Leyla İsmayılova Haqqinda Melumat - Vikipedia

Leyla İsmayılova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Leyla İsmayılova

İsmayılova Leyla Rizvan qızı (belar. Лейла Рызванаўна Ісмаілава) – Belarus Respublikasının tanınmış jurnalisti, musiqili televiziya proqramının aparıcısı,[1] model, Minskdə keçirilən 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı (Denis Kuryanla birgə), 2011 Avroviziya Mahnı Müsabiqəsində Belarus üzrə səsvermənin nəticələrini elan edib. O, həmçinin 2012 Avroviziya Mahnı Müsabiqəsinin Belarusda keçirilən seçim turunun aparıcısı olub.

Leyla İsmayılova
belar. Лейла Рызванаўна Ісмаілава
Leyla İsmayılova. Fayl: Rodelio Astudillo.
Leyla İsmayılova. Fayl: Rodelio Astudillo.
Doğum tarixi (34 yaş)
Doğum yeri Minsk
Belarus Belorusiya SSR
Vətəndaşlığı SSRİ SSRİBelarus Belarus
Atası Rizvan İslam oğlu İsmayılov
Anası Halina İvanauna Rujantsova
İxtisası audiovizual jurnalistika
Təhsili Belarus Dövlət Universiteti Jurnalistika İnstitunu
Fəaliyyəti jurnalist, model[d], televiziya aparıcısı
Fəaliyyət illəri 2010 — indiyə qədər
Mükafatları "Miss Minsk — 2009"da "Miss pressa" titulu
"Ən yaxşı musiqili-əyləncəli şou aparıcısı" nominasiyası üzrə "Televiarşinia — 2011" milli mükafatı
leila.tv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Leyla İsmayılova 28 iyul 1989-cu ildə Minskdə anadan olub. Atası Rizvan İsmayılov, anası minskli Halina Rujantsovadır. Leyla anadan olandan bir ay sonra ailə Bakı şəhərinə köçüb.

Atasını 3 yaşında ikən itirib. Ağdamda neft bazasının direktoru olan Rizvan İsmayılov Ermənistan–Azərbaycan münaqişəsinin qurbanıdır – o, erməni tərəfinin Ağdam şəhərini bombardman etməsi nəticəsində həlak olub. 3 uşaqla tək qalan anası Minskə köçüb.

Leyla 15 yaşından mətbuatda çıxış etməyə başlayıb. 2006-cı ildə Belarus Dövlət Universitetinin Liseyini (tarix sinfini), sonra isə Jurnalistika İnstitutunu fərqlənmə diplomu ilə (audiovizual jurnalistika, 2011-ci ilin ən yaxşı məzunu) bitirib[2].

2010-cu ildə Avropa Komissiyasının "Erasmus Mundus" təqaüd proqramı çərçivəsində Yunanıstanın Saloniki şəhərində yerləşən Aristotel Universitetində təhsil alıb. Buradan Minskdə keçirilən "Avroviziya" uşaq musiqi yarışmasının aparıcısının seçim turuna qatılıb. Seçim turundan uğurla keçməsi onun televiziya ilə əməkdaşlığının əsasını qoyub.

Leyla həmçinin musiqi kliplərində, foto və telereklamlarda çəkilib. Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçısıdır. 2011-ci ildən Hollivudun aktyorluq məktəblərindən olan "Playhouse West Acting School and Repertory Theatre"də təhsil alır.

Leylanın anası – rus dili və ədəbiyyatı müəlliməsidir. Böyük bacısı Esmira – jurnalist, iqtisadçı və yazıçıdır. O cümlədən, Azərbaycanın Belarus səfirliyində çalışıb, bir neçə uşaq kitabı nəşr etdirib. Hazırda isə BMT-nin İnkişaf proqramının Minskdə həyata keçirdiyi layihələrdən birinin rəhbəridir. Kiçik qardaşı Bəhram universitetdə təhsil alır.

Əsas televiziya verilişləri redaktə

  • 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsi – aparıcı.
  • 2011 Avroviziya Mahnı Müsabiqəsi – Belarusun səsvermə nəticələrini elan edən.
  • Birinci milli kanalda "Navahodni ahienchik" (Yeni il bayramı). 2011-ci il – aparıcı.
  • "Nəhənglərin döyüşü" ("Intervilles") əyləncəli idman oyunu, Fransa. 2011-ci il – Belarus komandasının üzvü.
  • "Muzychniya veçary u Mirskim zamku" ("Mir qəsrində musiqi gecəsi"). 2011-ci il – aparıcı.
  • "Slavyanski bazar u Viciebsku" ("Vitebsk Slavyan bazarı") Beynəlxalq İncəsənət Festivalı. 2011-ci il – aparıcı.
  • "Eurafest" (Belarusun "Eurovision-2012" təmsilçisinin seçimi) – aparıcı.

Musiqi klipləri redaktə

Model redaktə

Təltif və mükafatları redaktə

  • "Miss Minsk — 2009"-da "Miss pressa" titulu.
  • Belarus Dövlət Universitetinin Jurnalistika İnstitutunun 2011-ci ildə ən yaxşı məzunu.
  • "Ən yaxşı musiqili-əyləncəli şou aparıcısı" nominasiyası üzrə "Televiarşinia-2011" milli mükafatı.

İstinadlar redaktə

  1. Vüqar İsmayılov. "Dünyaca məşhur azərbaycanlı xanımlar" (az.). modern.az. 14.02.2015. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-17.
  2. "Лучшие выпускники БГУ — 2011 // БГУ  (rus.)". 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-29.
  3. "Vinsent. Восеньскі вальс // youtube.com. [[Belarus dili|bel.]]". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-29.
  4. "The Maneken. Обратный билет // youtube.com. (rus.)". 2013-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.
  5. ["Caroline Monick Silk Scarves Collection 2013 // Caroline Monick  (ing.)  (fr.)". 2013-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-20. Caroline Monick Silk Scarves Collection 2013 // Caroline Monick  (ing.)  (fr.)]

Xarici keçidlər redaktə


Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023