Leyla Şıxlinskaya Haqqinda Melumat - Vikipedia

Leyla Şıxlinskaya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Leyla Şıxlinskaya

Aktrisa

Leyla Fərrux qızı Şıxlinskaya (12 iyun 1947, Moskva) — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti (1998), sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990–1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri.

Leyla Şıxlinskaya
Doğum tarixi (76 yaş)
Doğum yeri Moskva[1], RSFSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Andrey Loginov (keçmiş)[1]
Uşaqları Ceyla
Filipp[1]
Fəaliyyəti aktrisa
baletmeyster
Fəaliyyət illəri 1965-ci ildən
Təhsili GİTİS
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1998 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1993
IMDb ID0793430

Həyatı redaktə

12 iyun 1947-ci ildə Moskvada[1] anadan olmuşdur. Leyla Şıxlinskaya balet məktəbini, daha sonra GİTİS-in teatrşünaslıq fakültəsini bitirmişdir. "Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaratmışdır. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib.[1] Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.

Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur etmişdir[2] və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olmuşdur.[1]

1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1993-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 1998-ci ildə isə "xalq artisti" fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 5-ci Element - Leyla Şıxlinskaya 22.10.2015 Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine. youtube.com, 31.10.2015.  (az.)
  2. "Лейла Шихлинская: "В нашей клинике ещё ни одному ребёнку не сказали "нет"!"". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023