Lidiya Belozyorova Haqqinda Melumat - Vikipedia

Lidiya Belozyorova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Lidiya Belozyorova

Lidiya Olekseyevna Belozyorova (ukr. Лідія Олексіївна Бєлозьорова; 31 mart 1945, Xerson15 fevral 2022, Vinnitsa) — Ukraynalı səhnə və ekran aktrisası. O, ilk fəaliyyətnə Nikolay Kuliş Teatrında rəssam kimi başlayıb. Peşəkar karyerasına 1968–1969-cu illərdə Rivne Musiqili-Dram Teatrında başlayan Lidiya, sonrakı fəaliyyətini 1969–1972-ci illərdə Mariya Zankovetska Teatrında və nəhayət, Nikolay Sadovski adına Musiqili-Dram Teatrında davam etdirib. Belozyorova Nikolay Sadovski adına Musiqili Dram Teatrında 100-dən çox dram və musiqili tamaşada çıxış edib. O, Ukrayna SSR əməkdar artisti, Ukraynanın xalq artisti adlarına layiq görülüb və 3-cü dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilib.

Lidiya Belozyorova
Doğum tarixi 31 mart 1945(1945-03-31)
Doğum yeri
Vəfat tarixi 15 fevral 2022(2022-02-15) (76 yaşında)
Vəfat yeri
Təhsili
  • Kiyev Milli Teatr, Film və Televiziya Universiteti[d]
Fəaliyyəti kino aktrisası
Mükafatları Ukraynanın xalq artisti
Nikolay Zarudni mükafatı
3-cü dərəcəli "Knyaginya Olqa" ordeni

Həyatı redaktə

Lidiya Belozyorova 31 mart 1945-ci ildə Xersonda anadan olub.[1][2] 1963-cü ildə o, Nikolay Kuliş Teatrında rəssam kimi fəaliyyətə başlayıb.[3] Belozyorova 1968-ci ildə İ. K. Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin məzunu olub.[4][5][6]

O, 1968–1969-cu illərdə Rivne Musiqili-Dram Teatrında, 1969–1972-ci illərdə isə Mariya Zankovetska Teatrında aktrisa kimi çalışıb.[2][5][6] 1972-ci ildə Belozyorova Nikolay Sadovski adına Musiqili Dram Teatrında çalışmağa başlayıb[4][7] və teatrda 100-dən çox dram və musiqi tamaşalarında rol alıb.[8]

Kinoda da rolları var idi. O, 1971-ci ildə çəkilmiş "Şən Jabokriçilər" filmində Parasya rolunu, 1972-ci ildə Boris İvçenkonun "İtirilmiş məktub" filmində kazakın arvadı və 1975-ci ildə İsaak Şmarukun "Sadə qayğılar" filmində Valeriya obrazını canlandırıb.[1] Belozyorova 2005–2007-ci illərdə "Muxtarın qayıdışı" televiziya proqramının ikinci, üçüncü, dördüncü, beşinci və altıncı seriyalarında rol alıb.[6]

Belozyorova, aktyorluğu ilə yanaşı güclü səsə də sahib idi. O, adətən müxtəlif yaş, temperament, xarakter və millətdən olan qəhrəmanları canlandırırdı.

Belozyorova 2022-ci il fevralın 15-də Vinnitsada vəfat edib.[9]

Fevralın 17-də günortadan sonra Vinnitsa şəhərinin Nikolay Sadovski adına Musiqili Dram Teatrında Belozyorovanın xatirəsinə, ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi təşkil olunub.[2]

Teatr işi redaktə

  • Odarka ("Dunayın o tayında kazak")
  • Natalka Poltavka ("Natalka Poltavka")
  • Mariya ("On ikinci gecə")
  • Tevyenin arvadı ("Xatirə duası")
  • Bayadera ("Bayadera")
  • Mirandolina("Mirandolina")
  • Hanuma ("Hanuma")
  • Lyubov Fedorovna ("Mazepa")
  • Bobrençixa ("Marusya Çuray")
  • Pamela ("Əziz Pamela")
  • Bernarda Alba ("Bernard Albanın evi")
  • Mariya Vasilyevna ("Vanya əmi")
  • Marselina ("Dəli gün və ya Fiqaronun evliliyi")
  • Dulskaya ("Xanım Dulskayanın mənəviyyatı").

Kinoda rolu redaktə

  • 1971 — "Şən Jabokriçilər" (rejissor; Viktor İvanov) — Parasya
  • 1972 — İmiş məktub— kazak Vasilinin arvadı, Cadugər, İmperatriça
  • 1973 — Sol ekstremalın babası — epizodik rol
  • 1975 — Sadə narahatlıqlar (rejissor; İsak Şmaruk) — Taisiya
  • 2005 — Muxtarın qayıdışı / Köpək.gi | 9 seriya — İqorun qonşusu
  • 2007 — Muxtarın qayıdışı 4-cü sezon / Kino ulduz | 3 seriya — Anastasiya Sergeyevna

Mükafatları redaktə

1993-cü ildə o, Ukraynanın əməkdar artisti adına və eyni zamanda da Ukraynanın xalq artisti adına layiq görülüb.[3] Belozyorova 2001–2002-ci illərdə "teatr işinə görə" Nikolay Zarudni mükafatı laureatı adına layiq görülüb.[1][5][8] 2003-cü ildə isə O, 3-cü dərəcəli "Knyaginya Olqa" ordeni ilə mükafatlandırılıb.[5]

İstinadlar redaktə

  1. 1 2 3 Selenzev, V. E. Бєлозьорова Лідія Олексіївна [Lydia Oleksiivna Belozyorova] // Encyclopedia of Modern Ukraine (ukrayna). 2. 2003. 19 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2022.
  2. 1 2 3 Shutkevych, Olesya. "В Виннице умерла легенда местного театра, народная артистка Украины Лидия Белозерова" [Legend of the local theater, People's Artist of Ukraine Lydia Belozerova died in Vinnitsa]. The Day (Kyiv) (ukrayna). 16 February 2022. 17 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2022.
  3. 1 2 Fitsailo, S.V. "Багатогранність її таланту До 70-річчя від дня народження народної артистки України Л.О.Бєлозьорової" [The versatility of her talent To the 70th anniversary of the birth of People's Artist of Ukraine L.O. Belozherova] (ukrayna). K. Timiryazev Vinnytsia Regional Universal Scientific Library. 2015. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2022.
  4. 1 2 Бєлозьорова Лідія Олексіївна [Lydia Oleksiivna Belozyorova] // Who is Who in Ukraine (ukrayna). 2002. 25 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2022.
  5. 1 2 3 4 "Белозёрова Лидия Алексеевна" [Belozerova Lidia Alekseevna] (rus). 17 February 2022. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2022.
  6. 1 2 3 Лидия Алексеевна Белозерова [Lidia Alekseevna Belozerova] // Encyclopedia of Film and TV (ukrayna). 30 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2022.
  7. "Керівники області привітали народну артистку України Лідію Бєлозьорову" [Regional leaders congratulated People's Artist of Ukraine Lidia Belozyorova] (ukrayna). Vinnytsia Oblast Council. 7 April 2015. 11 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2022.
  8. 1 2 "Лідія Олексіївна Бєлозьорова" [Lidia Oleksiivna Belozyorova] (ukrayna). Şablon:İll. 2013. 27 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2022.
  9. Dmytruk, Oksana. "Ушла в вечность народная артистка из Винницы Лидия Белозерова Актриса отдала 60 лет сцене" [Lidia Belozerova, People's Artist from Vinnitsa, Gone to Eternity The actress gave 60 years to the stage] (ukrayna). Depo.ua. 15 February 2022. 15 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2022.

Xarici keçidlər redaktə


Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024