Limanda (film, 1954) Haqqinda Melumat - Vikipedia

Limanda (film, 1954) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Limanda

(Limanda (film, 1954) səhifəsindən istiqamətləndirilmişdir)

Limanda — 1954-cü ildə ABŞ-də çəkilən film.

Limanda
ing. On the Waterfront[1]
Janr dram filmi[2][3][…], cinayət filmi[1], triller filmi[1]
Baş rollarda
İstehsalçı Columbia Pictures
Distribütor Columbia Pictures, Netflix
İlk baxış tarixi 1954, 5 noyabr 1954[1], 17 dekabr 1954, 28 iyul 1954[7], 6 avqust 1954[7]
Müddət 108 dəq.[1]
Büdcə 910.000 $
Gəlir 9.600.000 $[8]
Ölkə
Dil ingilis dili[1]
Rəng ağ-qara[d][1]
Çəkiliş yeri Nyu Cersi[9]
IMDb ID0047296
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmunu redaktə

Köhnə boksçu Terri Melloy (Marlon Brando) qardaşı Çarlinin istəyi ilə Conni Frendli adlı adamın yanında işə düzəlir. Conni mafiya adamıdır və qanunsuz işlərlə məşğul olur. Conni onlara xəyanət etmiş insanları aradan götürür. Bir gün Conninin adamları Terrinin qonşuluğunda yaşayan bir şəxsi qətlə yetirirlər. Terri bu qətlin şahidi olur, lakin heç kim qətlin kim tərəfindən həyata keçirildiyini deməyə cürət etmir. Keşiş Berri və qətlə yetirilən şəxsin bacısı Edi qatili axtarmağa baçlayırlar. Edinin görən Terridə ona qarşı sevgi yaranır. Terri Conni Frendliyə qarşı çıxır.

Film haqqında redaktə

1954-cü ildə Elia Kazan tərəfindən çəkilmiş və hal-hazırda bütün dövrlərin ən yaxşı filmlərindən hesab olunan film… Rollarda Marlon Brando, Karl Malden, Eva Meri Seynt və b. çəkiliblər. Film 12 Oskar nominasiyasından "Ən Yaxşı Film" və "Ən yaxşı Rejissor" da daxil olmaqla 8-ni qazandı. Marlon Brando "Ən Yaxşı Aktyor" kimi ilk Oskarını aldı. Maraqlı məqamlardan biri filmin "2-ci planda Ən Yaxşı Aktyor" kateqoriyasında 3 nominasiya almasıdır. Amerika Film İnstitutunun (AFİ) tərtib etdiyi "Bütün Dövrlərin 100 Ən Yaxşı Filmi" siyahısında bu film 8-ci pillədə yer alıb.

Film Hollivudun Qızıl dövrünün bütün əlamətlərini özündə əks etdirir. Yüksək rejissor işi, aktyor oyunu ilə seçilən film həqiqi film gözəlliyindən zövq almaq istəyənlər üçün gözəl seçimdir.

Rollarda redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023