Liu Kenq (Mortal Kombat) Haqqinda Melumat - Vikipedia

Liu Kenq (Mortal Kombat) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Liu Kenq (Mortal Kombat)

Liu Kenq
Ümumi məlumatlar
Adı: Liu Kenq
Orijinal adı: ing. Liu Kang
Yaradıcı: Con Tobias və Ed Bun
İlk görünüş: Mortal Kombat
Səsləndirən: Brayan Toti və Tot Çxve
Xüsusiyyətləri
Ailə:
Cins: Kişi
Dostları: Kitana, Sonya Bleyd, Conni Keyc, Reyden, Kunq Lao
Düşmənləri: Şanq Tsunq, Şao Kann
Silah: Alov
Ləqəbləri:
Görünüş: İnsan
Döyüş növü: Çjenfan, Cit Kun Do, "Əjdaha" kunq-fusu
Dünya: Yaxşı
Doğum yeri: Yer
Məşğuliyyəti:
Qabiliyyəti:

Liu Kenq (ing. Liu Kang) - "Mortal Kombat" oyun seriyasında olan əsas personajlardan biridir. Bo Rai Çonun keçmiş tələbələrindən biridir

Xarakteristika redaktə

Liu Kenq kiçik yaşlarında Şaolin məbədində təlim almışdır. Həmin vaxtlarda "Ölümcül döyüş" turniri, Şanq Tsunq və Qoro haqqında əfsanələr eşitmişdir. Şaolin məbədi başçıları Liu Kenqi "Ölümcül döyüş" turnirində heyət üzvü sırasında təmsil etmək üçün ona döyüş sənətlərinin sirrini öyrətmişlər. Liu Kenq bu turnirə qatıldıqdan sonra ilk rəqiblərini məğlub edir. Ardınca Kunq Laonu məğlub etmiş və bu qələbəni 500 il qoruyan Qoronu məğlub edir. Şanq Tsunqa qalib gəldikdən sonra "Ölümcül döyüş" turnirinin qalibi olur. Turnirdən sonra Şanq Tsunqun adası məhv olur və Liu Kenq Şaolin məbədinə qayıdır. Lakin Şanq Tsunq sağ qalmışdır. Şanq Tsunq qərara gəlir ki, bu turniri Xarici Dünyada keçirsin. Çünki turnirə Yer döyüşçülərini cəlb edərək, onları asanlıqla məğlub edəcək və planını müvəffəqiyyətlə həyata keçirəcəkdir. Liu Kenq isə Yer döyüşçüləri sırasında Şao Kannın döyüşçülərinə qarşı mübarizə aparmağa başlayır.

Xarici keçidlər redaktə


Saytda 29 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024