Livan türkmanları Haqqinda Melumat - Vikipedia

Livan türkmanları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Livan türkmənləri

(Livan türkmanları səhifəsindən istiqamətləndirilmişdir)


Livan türkmanları (Livan azərbaycanlıları və ya Livan türkləri) — Livanda yaşayan türklərdir ki, sünni müsəlmandırlar və dilləri Azərbaycan diliƏrəb dilidir.

Livan türkmanları
Yaşadığı ərazilər
Livan Livan
Dili

Azərbaycan dili, Ərəb dili, Türk dili

Dini

Sünni (İslam)

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Ümumi məlumat redaktə

Livanda türk toplumu iki qrupla təmsil olunur, onlardan hər ikisi türk xalqlarının oğuz yarım qrupuna daxildir. Birinci qrup Livan və Suriya vətəndaşları olan və dövlət tərfindən türkman adlandırılan toplumdur ki, danışdıqları ləhçələri azərbaycan dilinə daxil edilir. Livan türkmanları İordaniyada, Suriyada və İraqda yaşayan və bu dövlətlərin mərkəzi ərəb hökumətləri tərəfindən türkman adlandırılan əhali ilə eyni mənşədəndir və onlar kimi azərbaycan dilinin ləhçələrində danışmaqdadırlar. Livanın Şimal əyalətinin Akkar bölgəsində Kobayat şəhəri yaxınlığında iki kənddə 5,050 nəfər, Beqaa əyalətinin Baalbək bölgəsində Baalbək şəhəri ətrafında beş kənddə 3,800 nəfər, 1897-1913-cü illərdə Krit adasının yunan nəzarətinə keçməsi ilə Osmanlı hakimiyyətinin Krit adasından Trablusa köçürdüyü türklər, Suriyadan bura köç etmiş az sayda türkman və 1940-cı illərdə işçi olaraq Livanda əsasən Beyrut şəhərində yerləşmiş Türkiyə vətəndaşları olan türklər bu ölkədə türk toplumunu əmələ gətirirlər.

Yaşayış məntəqələri redaktə

  • Akkar türkmanları
    • Şimal əyaləti:
      • Akkar bölgəsində (Kobayat şəhərinin yaxılığında):
        • Kavaşra kəndi - əhalisi 2,800 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir. Səsvermə hüququ olan əhalisi 1,066 nəfərdir.
        • Aydamun kəndi - əhalisi 3,000 nəfərdir (10-20 iyun, 2009). Sakinlərinin 2,250 nəfərini sünni türkmanlar, 750 nəfərini isə xristian ərəblər (80% ortodoks, 20% maruni) təşkil edir . Səsvermə hüququ olan əhalisi 1,849 (1249 nəfər türkman, 600 nəfər ərəb) nəfərdir .
  • Baalbək türkmanları
    • Beqaa əyaləti
      • Baalbək bölgəsində:
        • Duris kəndi - əhalisi 8,000 nəfərdir (10-20 iyun, 2009). Sakinlərinin yarısını məsihilər, digər yarısını isə müsəlmanlar təşkil edir. Kəndin müsəlman əhalisi iki etnik qrupdan ibarətdir: (85%) şiə ərəblər və (15%) sünni türkmanlar. Dolayısı ilə türkmanların sayı 600 nəfərdir. Kəndin səsvermə hüququ olan əhalisinin ümumi sayı 2,600 nəfərdir, onlardan 200 nəfərini türkmanlar təşkil edir.
        • Addus kəndi - əhalisi 800 nəfərdir (10-20 iyun, 2009). Əhalisinin 700 nəfərini sünni türkmanlar, 100 nəfərini isə şiə ərəblər təşkil edir.
        • Şeymiyə kəndi - əhalisi 1,000 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir . Səsvermə hüququ olan əhalisi 500 nəfərdir.
        • Nananiyə kəndi - əhalisi 800 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir.
        • Hədidiyə kəndi - əhalisi 500 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir .
      • Hermel bölgəsində:
        • Alqaa kəndi - əhalisi 500 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir .
  • Krit türkləri - Osmanlılar
    • Trablus şəhəri - Livana təxminən 1900-1910-cu illər arasında Krit adasından köçürülmüş türklərin sayı haqqında dəqiq məlumat olmasa da onların təxmini sayı 10,000 nəfər (10-20 iyun, 2009) dolayında qiymətləndirilir.
  • Suriya türkmanları
    • TrablusBeyrut şəhərlərində işsizlik səbəbiylə bura köç etmiş və dəqiq sayı bilinməyən Süriyalı türkman əhali yaşamaqdadır. 10-20 iyun 2009-cu il tarixlərində ORSAM-ın apardığı sorğuda iştirak etmiş bir neçə Suriyalı türkmanın məlumatlarına əsasən onların bu şəhərlərdəki işçi qohumlarının sayı 50-100 nəfərdir. Ancaq bəzi təxminlərə əsasən Livandakı Suriyalı türkmanların sayı bir neçə on min nəfər dolayındadır.
  • Türkiyə vətəndaşı türklər
    • Beyrut şəhəri - sayları təxminən 20,000 nəfərdir (10-20 iyun, 2009). Bir hissəsi ikili (Türkiyə-Livan) vətəndaşlığa sahibdir.

Mənbə redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024