Lokomotiv (Bakı) Haqqinda Melumat - Vikipedia

Lokomotiv (Bakı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Lokomotiv Bakı VK

(Lokomotiv (Bakı) səhifəsindən istiqamətləndirilmişdir)


Lokomotiv (Bakı)Azərbaycanda mübarizə aparan qadınlardan ibarət voleybol klubu. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin voleybol klubuna böyük töhfələr vermişdir. 2002-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. Komandanın sponsoru "Acıbadem" şirkətidir.[1]

Azərbaycan Lokomotiv
Loqonun şəkli
Ölkə
Şəhər Bakı
Ləqəb(lər) Dəmiryolçular
Rəng(lər) açıq göy
Yaranma tarixi 1998
Meydança Azərbaycan Voleybol Mərkəzi
Tutumu 2000
Prezidenti Azərbaycan Rəşad Abbasov
Baş məşqçisi Argentina Klaudio Kuello
Liqa Azərbaycan Superliqası
2013-2014 5
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

"Lokomotiv" Voleybol Klubu, 2008-ci ildə təsis edilmişdir[2]. Bu komandanın əsası isə 1998-ci ilə qədər gedib çıxır.

Komanda 2009–2010-cu illər mövsümündə, Azərbaycan Superliqası yarışlarında 2-ci yerə layiq görülmüş və Çağırış Kuboku turnirində çıxış etmək üçün haqq qazanmışdır. 2009–2010 cu illər mövsümündə sözügedən Avropa Çempionatının ilk mərhələsində İsrailin "Raanana" komandasını hər iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran "Lokomotiv", növbəti mərhələdə daha təcrübəli rəqib sayılan, Polşanın "Gvardia Vroclav" Voleybol Komandası ilə başabaş və əzimkar mübarizə aparmağına baxmayaraq, bu dəfə sevinən tərəf Polşa təmsilçisi olmuşdur.

Avropada qazanılan kubok redaktə

Qarşısına daha böyük məqsədlər qoyan "Lokomotiv", növbəti, 2010–2011-ci illər mövsümündə heyətini Kristin Riçards, Nikol Deyvis, Nansi Metkalf (hər üçü ABŞ) Kremena Kamenova, Mariya Filipova (hər ikisi Bolqarıstan) kimi voleybolçular ilə gücləndirməklə yanaşı, komandaya baş məşqçi qismində, sloveniyalı təcrübəli mütəxəssis Dragutin Baltiçi dəvət etmişdir. Klub rəhbərliyinin apardığı uğurlu transfer siyasəti öz müsbət nəticələrini vermiş, belə ki, 2010–2011-ci illər mövsümündə, Lokomotiv Voleybol Klubu Azərbaycan Çempionatının Super Liqa yarışlarının bürünc mükafatçısı olmaqla yanaşı, həm də, Avropa Çağırış Kubokunda uğurlu çıxışı ilə yadda qalmışdır. Belə ki, sözügedən mövsümdə, Lokomotiv Voleybol Klubu Challange Cup beynəlxalq turnirində Rusiya təmsilçisi Omiçka, Avstriya təmsilçisi Askö Linz Steg, Kipr təmsilçisi Apollon Limassol, və Azərbaycanın güclü voleybol klublarından sayılan İqdisadçı voleybol komandalarını mübarizədən kənarlaşdıraraq, Challange Cup turnirinin final mərhələsinə adlamış, yalnız finalda Azərreylə yenilən "Lokomotiv", sözügedən mötəbər turnirin gümüş medalına layiq görülmüşdür.

2011–2012-ci illər mövsümünü isə "Lokomotiv" Voleybol Klubu sözün əsl mənasında, Avropanın və Dünyanın voleybol aləminə böyük əks-səda salmışdır. Belə ki, komanda, Azərbaycan Çempionatının Super Liqa yarışlarının gümüş medallarına layiq görülməklə yanaşı, həm də, Avropa Çağırış Kuboku (CEV Challange Cup) beynəlxalq turnirində, Xorvatiyanın "ZOK Split", Belçikanın "Gent", Serbiyanın "OK Vizura Beograd", Macarıstanın "Vaşaş Budapeşt", Çexiyanın "VK KP Kralovo Pole Brno" voleybol komandalarını mübarizədənb kənarlaşdıran "Lokomotiv", final mərhələsində Azərbaycan təmsilçisi "Bakı" voleybol klubunu da üstələyərək, sözügedən türnirin qızıl medallarına layiq görülmüş və tarixində ilk dəfə olaraq, Avropa Çağırış Kubokunu başı üzərinə qaldırmışdır. Sonda turnirin Ən Dəyərli Oyunçusu da Dəmiryolçulardan olmuşdu. Komandanın kapitanı Nansi Metkalf göstərdiyi möhtəşəm oyunla layiqli şəklidə bu ada sahib olmuşdu.[3]

İlk dəfə Çempionlar liqasında redaktə

2012–2013-cü illər mövsümündə isə, "Lokomotiov" Voleybol Klubu, Avropanın daha mötəbər turniri sayılan və komandaların güc səviyyəsinə görə daha çox fərqlənən CEV Qadınlar Çempionlar Liqası turnirində ilk debütünü etmişdir. Stardaca Lokomotiv uğurlu çıxış edə bilmişdir. Belə ki, Avropanın klublararası çempionatının ən mötəbər yarışması olan CEV Çempionlar Liqasında debüt edən Lokomotiv, qrup mərhələsində Rusiyanın Dinamo Moskva, Polşanın Bank BPS Fakro MuszynaSerbiyanın Srvena Zvezda kimi güclü klubları arxada qoyaraq, qrup mərhələsini 1-ci yerdə tamamlamış və pley-off mərhələsinə yüksəlmişdir. Yalnız bu mərhələdə avrokuboklarda qəniminə çevrilən Azərreylə məğlub olmuşdu.

Son illər redaktə

Lokomotiv 2013–14 mövsümündə böyük enişə keçmişdi. Belə ki, bu mövsümdə CEV Kubokunda son səkkizə qala bilməyən komanda[4] Azərbaycan Superliqasında da ilk dördə girənməmiş və pleyoffa da vəsiqə qazana bilməmişdi.[5]

Uşaq voleybolu redaktə

"Lokomotiv " Voleybol Klubu uşaq voleyboluna da böyük diqqət ayırır. Klubun Biləcəri qəsəbəsində yerləşən təlim-məşq bazasında müxtəlif yaş qruplarına bölünmüş, 40-dan çox uşaq və yeniyetmələr voleybolun sirrlərini öyrənir və gələcəkdə yerli idmançıların aşkarlanmasında təcrübəli mütəxəssislər "Lokomotiv" təlim-məşq bazasında gərgin iş aparırlar. Təbii ki, məqsəd təkcə "Lokomotiv" Voleybol Klubuna yerli idmançıları cəlb etmək deyil, həm də Azərbaycan milli komandasına daha çox yerli voleybolçuların cəlb edilməsidir.[6]

Heyəti redaktə

2013–14 mövsümü üçün[7]

Nömrə Oyunçunun adı Mövqeyi Doğum tarixi Ölkəsi
1 Gizem Giraygil Ötürücü 1986 Türkiyə  Türkiyə
2 Ariel Vilson Blokçu 1989 ABŞ  ABŞ
3 Mariya Filipova Libero 1982 Bolqarıstan  Bolqarıstan
4 Sa-Nee Kim Toppaylayıcı 1981 Cənubi Koreya  Cənubi Koreya
5 Viera Klimoviç Blokçu 1988 Belarus  Belarus
7 Valdone Petrauskaite   Diaqonal 1984 Litva  Litva
8 Aleksis Krimes Blokçu 1986 ABŞ  ABŞ
9 Lauren Qibbemeyer Blokçu 1988 ABŞ  ABŞ
11 Kassidi Liçtman Hücumçu 1989 ABŞ  ABŞ
13 Katarina Barun Diaqonal 1989 Xorvatiya  Xorvatiya
14 Prisilla Rivera Hücumçu 1984 Dominikan Respublikası  Dominikan Respublikası
16 Aleksandra Samoylova Hücumçu 1987 Rusiya  Rusiya
17 Anna Qrbaç Toppaylayıcı 1988 Xorvatiya  Xorvatiya
18 Suzana Cebiç Libero 1985 Serbiya  Serbiya

Uğurları redaktə

Ölkədaxili redaktə

Beynəlxalq arenada redaktə

CEV turnirlərindəki oyunları redaktə

Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Qızıl set Nəticə
2009/2010 Çağırış kuboku I mər İsrail  Raanana VBC (s)3:2 (e)3:0 2–0
II mər Polşa  Impel Gwardia (s)1:3 (e)3:2 1–1
2010/2011 Çağırış kuboku II mər Rusiya  Omiçka Omsk (s)2:3 (e)3:0 2–0
1/16 final Avstriya  Linz-Steg (s)3:0 (e)3:0 2–0
1/8 final Kipr  Apollon Limassol (e)3:0 (s)3:0 2–0
1/4 final Almaniya  Schweriner SC (e)3:0 (s)3:2 2–0
1/2 final Azərbaycan  Igtisadchi Baku (s)3:0 (e)2:3 1–1
Final Azərbaycan  Azerrail Baku (e)1:3 (s)1:3 0–2
2011/2012 Çağırış kuboku II mər Macarıstan  Vaşaş Budapeşt (s)3:0 (e)3:0 2–0
1/16 final Xorvatiya  Split (s)3:0 (e)3:0 2–0
1/8 final Serbiya  Vizura Belqrad (e)3:1 (s)3:0 2–0
1/4 final Çexiya  Kralove Pole Brno (s)2:3 (e)3:0 1–1
1/2 final Belçika  Gent Dames (s)3:0 (e)3:0 2–0
Final Azərbaycan  Azəryol Bakı (s)3:2 (e)2:3 (e)1:0 2–1
2012/2013 CEV Çempionlar Liqası Qrup mər Serbiya  Srvena Zvezda (s)3:2 (e)3:0 2–0
Qrup mər Rusiya  Dinamo Moskva (e)3:0 (s)2:3 1–1
Qrup mər Polşa  Fakro Muszyna (s)3:1 (e)3:2 2–0
1/6 final Azərbaycan  Azərreyl (s)0:3 (e)0:3 0–2
2013/2014 CEV Kuboku 1/16 final Çexiya  Kralovo Pole (e)3:0 (s)3:0 2–0
1/8 final İsrail  Hapoel Kfar Saba (e)3:0 (s)3:0 2–0
1/4 final Polşa  Muszyna (s)0:3 (e)2:3 0–2
2014/2015 CEV Kuboku 1/16 final Almaniya  Rote Raben (s)3:0 (e)3:1 2–0
1/8 final Serbiya  Srvena Zvezda (s)3:0 (e)3:1 2–0
1/4 final Rusiya  Dinamo Krasnodar (e)3:0 (s)0:3 (s)0:1 1–2
2015/2016 CEV Çempionlar Liqası Qrup mər Rusiya  Dinamo Kazan (s)1:3 (e)3:0 1–1
Qrup mər Azərbaycan  Azərreyl (e)3:1 (s)3:1 2–0
Qrup mər Almaniya  Allianz Stuttgart (e)3:0 (s)1:3 1–1
1/6 final İsveçrə  Voléro Zürichl (e)3:2 (s)1:3 1–1

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 176 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023