Lolium rigidum Haqqinda Melumat - Vikipedia

Lolium rigidum Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sərt quramit

(Lolium rigidum səhifəsindən istiqamətləndirilmişdir)

Sərt quramit (lat. Lolium rigidum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü.

Sərt quramit
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu bitki 20-50 (60) sm hündürlüyündə taxıllar fəsiləsinin bir illik ot bitkisidir. Çox gövdəlidirlər, gövdələri nazik və dik qalxandırlar. Yarpaqları ensiz xətlidir. Aprel-may aylarında çiçəkləyirlər, iyunun əvvəlində meyvə verirlər. Efemerlik xüsusiyyətlərinə malik olub yovşanla fitosenoloji qruplaşma əmələ gətirirlər. Neftlə çirklənmiş torpaqların bioloji rekultivasiya mərhələsində yaxşı bitmə qabiliyətinə malik taxıl bitkisidir. Qara yonca ilə birlikdə sıx cəngəllik əmələ gətirməklə yüksək məhsuldarlığa (190 s/ha) malikdirlər.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024