Loqan (film, 2017) Haqqinda Melumat - Vikipedia

Loqan (film, 2017) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Loqan (film, 2017)

i i inwieweit g

Loqan (ing. Logan) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2017-ci ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman filmi,fantastikadöyüş filmi. Film "İks-adamlar" seriyasının 10-cu, Şimal porsuğu haqqında isə 3-cü. Rejissoru isə Ceyms Mengold. Filmin çəkilişləri 2016-cı ilin aprelində başlanılıb. "Loqan" filminin premyerası 2017-ci ilin 17 fevralında Almaniyanın Berlin şəhərində baş tutub. 2 mart 2017-ci ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb.

Loqan
Logan
Janr super qəhrəman filmi
fantastika
döyüş
Əsas mövzu yaşlanma[d], Altsheymer xəstəliyi, ölüm
Rejissor Ceyms Mengold
Prodüserlər Louren Şoler Donner
Saymon Kinberg
Xatç Parker
İcraçı prodüser Sten Li
Əsərin müəllifləri Roy Tomas
Len Veyn
Con Romita
Ssenari müəllifləri Ceyms Mengold
Skott Frenk
Maykl Qrin
Baş rollarda
Operator Con Metison
Bəstəkar Marko Beltrami
İstehsalçı 20th Century Fox
Distribütor 20th Century Fox, InterCom[d][1], Microsoft Store[d], Netflix
İlk baxış tarixi 17 fevral 2017
(Berlin premyerası)
3 mart 2017
(ABŞ)
Müddət 137 dəqiqə
Büdcə 97 milyon $
Gəlir 617,4 milyon $
Ölkələr ABŞ ABŞ
Dil ingiliscə
İl 2017
Əvvəlki film Şimal porsuğu: Ölməzlik
Rəng rəngli
Çəkiliş yeri Nyu-Meksiko, Luiziana, Missisipi ştatı
IMDb ID3315342
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

90-cı Oskar mükafatı nominasiya mərasimində film Ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyasında mükafata namizəd göstərilmişdir.

Məzmun redaktə

2029-cu ildə mutanlar 25 ildən artıqdı ki doğulmurlar. Loqan yaşı keçdikcə reqenerasiyası günü-gündən zəifləyir, və o axırıncı günlərini Texasın El Paso şəhərində limuzin sürücüsü olaraq pul qazanır. O, axırıncı qalmış mutantlar — Professor Çarlz Ksavye və Kaliban ilə birlikdə Meksika-ABŞ sərhədinin yaxınlıqında yaşayırlar, bir halda ki Çarlz Alhzheymer xəstəliyinə görə, onun telepatik hücumları insanlara təhlükəlidi. Amma bir gün, Loqan Transigen korporasiyasının işçisi Qabriela Lopez tapır, və ondan xahiş edir ki 11 yaşlı Loranı Şimali Dakotada yerləşən "Edenə" aparmasını xahiş edir. İstəmədən də olsa işi qəbul edən Loqan, ertəsi gün Qabrielanı ölü tapır. Daha sonra Loqan, ÇarlzLora,Transigenin qatilərindən qaçırlar. Qatillərin başçısı olan Donald Pirs, mutantları his etmək qabiliyəttinə malik olan Kalibanı zorla məcbur edir ki, mutantları tapmaqa ona kömək eləsin. Qabrielanın telefonundan məlum olur ki, Transiqen mutantların DNT-dən, yeni mutantları yetiştirib. Amma uşaqları idarə etmək çətin olduğuna görə, doktor Zander Rays, qərara gəlir ki, onları öldürərək yeni X-24 yaradacaq. Qabriela və başqa tibb işçiləriylə birlikdə qaçmaqa qərar verir. Oklahoma Sitini otelərin birində istirahət ederkən, onları qatillər yenə tapır, amma Çarlzın telepatik hücümları onları iflic edir. Buna öyrəşən Loqan, qatillər öldürür. Daha sonra üçlü, fermer Vill Mensonla tanış olur, və o onları evinə dəvət edir. Axşam Loqan, Vill ilə birlikdə su borusunu düzəltməyə qedirlər. Onlar evdə olmadığı vaxt Çarlzın xatırlayır ki, ona görə Vetçesterdə bir neçə min insan ölmüşdü. Ancaq o bu sözləri Loqana yox, onun oxşarı X-24 danışır. X-24 əvvəlcə bütün Menson ailəsini, daha sonra isə Çarlzı oldürüb, Loranı götürür. Bunu görən Loqan, X-24 ilə döyüşməyə başlayır. Loqandan daha çevik olan X-24 onu öldürməyə yaxın olur, amma Vill Menson onu öz maşınıyla dayandırır. Loqan, Çarlzı dəfn etdikdən yollarına davam edirlər. Onlar başqa mutantların yanına çatırlar. Ertəsi gün Lora başqa mutantlar ilə birlikdə Edenə yola düşür, amma Loqan görür ki, onların dalınca qatillər düşüb. Loqan uşaqlara kömək edərək onların qaçmasına şərait yaradır. Amma Loqan doktor Zander Rays ilə üz-üzə gəlir. Zander Loqan başa salır ki, məhz bir neçə il ərzində mutantların yox olmasına şərait yaradıb, və məlum olur o Loqanın bədəninə adamantium yeritmiş adamın oğludu. Loqan onu tapanca ilə öldürür, amma Donald Pirs X-24 Loqanla döyüşə buraxır. X-24 Loqanı düşmüş ağaca sancaraq öldürücü yaralayır. Daha sonra, Lora adamantium qülləsi ilə X-24 öldürür. Olərkən Loqan, Loraya deyir ki, onun silah olmamasını deyir.

Rollarda redaktə

Qiymətləndirmə redaktə

Gəlir redaktə

"Loqan" filmi ABŞKanadada 226,2 milyon $, digər ölkələrdə 391.2 $ gəlir əldə etmişdir. Nəticədə 97 milyon $ büdcə ilə, 617,4 milyon $ gəlir əldə etmişdir.

Tənqidçilərin mövqeyi redaktə

Rotten Tomatoes saytı 294 rəy əsasında 93%, yəni 7.9 reytinq verib. Sayt tənqidçilərinin ortaq rəyində isə deyilir: Hyu Cekman öz Şimal porsuğu rolunda axırıncı çıxışında — şiddətli, çaşdırıcı, düşünülmüş bir döyüş janrında super qəhrəman filmidi. Metacritic isə 51 rəy əsasında filmə orta normal səviyyədə 77 bal verib.

Xarici keçidlər redaktə

  1. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024