Lorens Kun Haqqinda Melumat - Vikipedia

Lorens Kun Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Lorens Yakovleviç Kun (alm. Lorenz Jakob Kun‎, 1884, Yelenendorf, Yelizavetpol qəzası1942) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Lorens Kun
alm. Lorenz Jakob Kun
bayraq
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri
bayraq2
15 dekabr 1918 – 27 aprel 1920
15 dekabr 1918 – 27 aprel 1920
FraksiyaMilli azlıqlar fraksiyası
Şəxsi məlumatlar
Doğum tarixi 1884
Doğum yeri
Vəfat tarixi 1942
Fəaliyyəti siyasətçi

Həyatı redaktə

Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində anadan olmuşdur. 1915-ci ildən neft sənayeçisi Bekenderfun yanında sahə müdiri olaraq çalışdı.

1920-ci illərdə o, Gəncə rayonunda mühəndis kimi çalışmışdır. Gəncə Rayony "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi. Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis işləri və mədəni-maarif işləri daxil idi.

Repressiya redaktə

Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur.[1] 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır. 1933–1934-cü illərdə Gürcüstanda Mirzəan sahəsinin baş mühəndisi olaraq çalışmışdır.

Lorens Kun 18 fevral 1938-ci ildə yenidən həbs olundu və 5 il həbs cəzasına məhkum edildi. 18 fevral 1940-cı ildə SSRİ Daxili İşlər Komissarlığı Şimali Ural İTL rəhbərinin qərarı ilə Kaganoviç adına Tavda Dəmiryolu Stansiyaya köçürüldü. 1942-ci ildə Uxtada vəfat etdi.

Siyasi fəaliyyəti redaktə

Yelenendorfda işlədikdən sonra yerli Alman komitəsinə üzv seçilmişdir.

10 dekabr 1918-ci il tarixində Alman Milli Şurası sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, sənədləri 15 dekabr tarixində təsdiqlənmişdir. O, parlamentdə Milli azlıqlar fraksiyasının üzvü və sədri olmuşdur.[2][3][4][5][6]

Parlamentin 10 dekabr 1918 tarixli sayca 2-ci iclasında Lorens Kun azərbaycanlılar və almanlar arasındakı 100 illik dostluq haqqında belə çıxış etmişdir.[7]

"  ...ən səmimi qonşuluq əlaqələrimiz heç vaxt pozulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti almanları sakitcə gələcəyə baxır, öz milli mənsubiyyətlərinin qorunacağına və sakit iş həyatına davam edəcəyinə ümidlidir və müstəqil Azərbaycanın xeyrinə çalışacaqlar.. " 

Ailəsi redaktə

  • Xanımı Lina Forer — (d.1898) "Forer qardaşları" Səhmdar Cəmiyyətinin qurucularından olan Henrix Forerin qızı
  • Oğlu: Alfred Kun — (d. 1925)
  • Qızı: Qertruda Kun — (d. 1917)
  • Qardaşları: Robert Kun, Samuil Kun (d. 1870), İmmanuel Kun (d. 1881)

Mənbə redaktə

İstinadlar redaktə

  1. Государственный Архив новейшей истории Азербайджанской Республики (Баку), Институт германских и восточноевропейских исследований, Гёттинген (Германия). Конкордия. Производственный кооператив виноградарей и виноделов Гянджинского района. — Одесса, 2001. — С. 71–73.
  2. Hacıyeva, Rima. Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı (az.). Bakı: Mənəvi Dəyərlərin Təbliği Fondu. 2019. 23.
  3. Ангальдт, Марина. "Азербайджанские немцы: от славного прошлого до депортации". Russian DAZ (rus). 2022-04-13. 2023-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
  4. Государственный исторический архив Азербайджанской Республики, Государственный архив Азербайджанской Республики, Институт германских и восточноевропейских исследований, Гёттинген (Германия). Еленендорф в Азербайджане. — Одесса, 2001. — С. 116.
  5. Lorens Kun // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. 472. ISBN 9952-417-44-4.
  6. Stenoqramlar 2, 1998. səh. 49-50
  7. Рауф А. ГУСЕЙН-ЗАДЕ Немцы Азербайджана Arxivləşdirilib 2021-11-20 at the Wayback Machine : журнал. — IRS Наследие, 2007. — № 25. — ISSN1992–4836.

Ədəbiyyat redaktə

  1. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
  2. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
  3. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
  4. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023