Mübariz Tağıyev Haqqinda Melumat - Vikipedia

Mübariz Tağıyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mübariz Tağıyev

Mübariz Hüseyn oğlu Tağıyev (31 yanvar 1948, İrəvan) - azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006).

Mübariz Tağıyev
Ümumi məlumatlar
Doğum tarixi 31 yanvar 1948(1948-01-31) (76 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2006 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub.

Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 16 may 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[1]

Ailəsi redaktə

Atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə "Sovet Ermənistanı" qəzetində jurnalist vəzifəsində işləyib.

Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən iki qızı var. M.Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir[2].

Filmoqrafiya redaktə

  1. Cin mikrorayonda (film, 1985)
  2. Bircəciyim (film, 1986)
  3. Yay gününün xəzan yarpaqları (film, 1986)
  4. Bəxt üzüyü (film, 1991)
  5. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: münsif)
  6. Sirr (serial, 2012)

İstinadlar redaktə

  1. President.az. "M.H.Tağıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 14.09.2012. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.09.2012.
  2. "Şou-biznesimizin boşanmış tanınmışları". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-06.

Xarici keçidlər redaktə


Saytda 170 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024