Müdafiə Haqqinda Melumat - Vikipedia

Müdafiə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

MüdafiəSilahlı Qüvvələrin müdafiə xarakterli hərbi əməliyyatlarını nəzərdə tutan fəaliyyəti. Rəqibin hücumunun qarşısını almaq, strateji əraziləri, mövqeləriobyektləri əldə saxlamaq və hücuma keçmək üçün şərait yaratmaq üçün istifadə edilir.

Müdafiə rəqib mövqelərin atəş zərbələrinə atəş zərbələri (nüvə muharibəsində nüvə zərbələri) ilə cavabı, quru, havadənizdən hücumun qarşısının alınmasını, düşmənin mövqeləri ələ keçirməsinin qarşısının alınmasını və hücuma keçən canlı qüvvə və texnikasının darmadağın edilməsini nəzərdə tutur.

Müdafiə strateji, taktiki və operativ əhəmiyyətli ola bilər. Müdafiə əvvəldən hazırlanır və ya düşmən tərəfin hücumu zamanı təşkil edilir. Müdafiə əks tərəfin hücumunun qarşısının alınması ilə yanaşı hücum elementlərini də özündə birləşdirir. Bu əks cavabın verilməsi, əks hücumun həyata keçirilməsi, düşmənin mövqelərinin və bazasının dağıdılması və onun fəallığının aşağı salınması formasında ola bilər.

Qədim dövrdə və orta əsrlərdə müdafiə üçün qalalardanqəsrlərdən istifadə edilirdi. XIVXV əsrlərdən etibarən orduların odlu silahlarla təchiz edilməsi ilə əlaqədər səhra müdafiə istehkamlarının qurulmasına başlandı. Torpaq istehkamlardan rəqibə atəş açmaq və onun atəşindən qorunmaq üçün isifadə edilirdi. XIX əsrin ortalarında lüləli və uzaq məsafədən atəş açan silahların meydana gəlməsi ilə müdafiə işi təkmilləşdirilməyə başlandı. Bunun üçün ilk növbədə qoşunların arxa cəbhədə yerləşdirilməsi təşkil edildi.

Müdafiənin tipləri redaktə

  • ümumqoşun
  • havadan müdafiə
  • raket əleyhinə
  • kosmik silahlardan müdafiə
  • tank əleyhinə
  • artilleriya əleyhinə
  • gəmi əleyhinə
  • digər tiplər

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023