Mükri eli Haqqinda Melumat - Vikipedia

Mükri eli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mükri eliKürd əşirəti.

Soy-kökü redaktə

Soy-kökü haqqında müxtəlif mülahizələr var. Bəzi tarixçilər bu eli kürd, bəziləri isə türk kökənli sayırlar.

Monqol fütuhatı dönəmində Azərbaycana, İrana, Kiçik Asiyaya gələn uluslardan biri də Merkitlər idilər. Rojbəyani Mükri sözünü, Mekritdən gəlməsini söyləyib.[1]

Mənbələr mukri(n) və ya muqri(n) tayfalarının avarların tərkibində Qafqaza axını haqqında məlumat verir.

Şərəfəddin Bedlisi, mükrilərin nəsəbin İraqın Şəhri Zur şəhərində yaşayan Mükriyyə qəbiləsinə yetirir.[2]

Tarixi redaktə

XVI yüzilliyin sonlarında yazılan, kürd tayfalarının tarix və coğrafiyasını əks etdirən və kürd tarixinin araşdırılmasında əsas mənbə rolunu oynayan "Şərəfnamə" kitabında bu gün Savuqbulaq bölgəsində geniş bir əraziyə yiyələnmiş Mükrilərin Osmanlı ərazisindəki Zül şəhəri (Şəhrəzur hazırda İraqa daxildir) ətrafında yaşayan Mükriyə tayfasına bağlı olduğu yazılır. Rəvayətə görə, Baban paşaları nəslinə mənsub Seyfəddin adlı bir şəxs Baban tayfasını və digər kürd əşirətlərini toplayıb Azərbaycandakı Dəryaz bölgəsini Çabuklu türklərindən alaraq orada məskunlaşmışdır. "Seyrüld-əkrad" müəllifinə görə də, Mükri eli XVI yüzilliyin sonlarında Osmanlı torpaqları və Quzey Mesopotamiyadakı İbn Ömər ərazisindən (indiki Suriya) Azərbaycana köç etmişlər. O yazır ki, ilk dəfə Baban nəslindən Babamir adlı bir nəfər Savuqbulağı Azərbaycan türklərindən almış və onun sülaləsi müəyyən müddət bu bölgəyə hakim olmuşdur. Qaçar dönəminə qədər Mukri tayfası Avşar elinin üzvü idi və 1782-ci ildə birliyin bəylərbəyi Məhəmmədqulu xan Savuqbulaq bölgəsinin idarəçiliyini Dünbuli türklərindən alıb Budaq xan Mukriyə vermişdir.

Yayılma coğrafiyası redaktə

Mükri eli Kiçik Zab hövzəsinin və Urmiya gölünün ətrafında yaşayırdı.

Dili redaktə

Sorani dili Mükri şivəsində danışırlar.

Tanınmış nümayəndələri redaktə

İstinadlar redaktə

  1. Rojbəyani, Məhəmmədcəmil, Mükrilərin Kürdüstanda hökmdarlıqları
  2. Şərəfəddin Bedlisi, Şərəfnamə

Saytda 179 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024