Münster Universiteti Haqqinda Melumat - Vikipedia

Münster Universiteti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Münster Universiteti

Münster Universiteti — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Münster şəhərində yerləşən ictimai tədqiqat universiteti.

Münster Universiteti
Westfälische Wilhelms-Universität Münster
Universität Münster[1]
Universität Münster
Westfälische Wilhelms-Universität
Westfälische Landesuniversität
Loqonun şəkli
Xəritə
51°57′50″ şm. e. 7°36′47″ ş. u.
Əsası qoyulub 16 aprel 1780
Tələbə sayı 43.728[2]
Ölkə
Sayt uni-muenster.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almaniyanın beşinci ən böyük universiteti və alman intellektual həyatının aparıcı mərkəzlərindən biridir. Universitet Təbiət, Sosial və Humanitar elmlər üzrə geniş spektrli fənlər təklif edir. Bəzi kurslar ingilis dilində də tədris olunur, o cümlədən doktorantura proqramları, habelə geoinformatika, coğrafi-məkan texnologiyası və ya informasiya sistemləri üzrə aspirantura kursları.

Universitetin professorları və keçmiş tələbələri Avropanın ən nüfuzlu və ən yaxşı maliyyələşdirilən mükafatı olan on Leibniz mükafatı,[3] Filds medalı və iki Nobel mükafatı qazanıblar.

Şloss — universitetin inzibati mərkəzi və simvolu

Tarixi redaktə

Universitet XVI-cı əsrin sonlarında Münster Yezuit Kolleci kimi inşa edilmişdir.[4]

1780-ci ildə, müasir Münster Universiteti 4 fakültə ilə qurularaq istifadəyə verildi: Hüquq, Tibb, Fəlsəfə, İlahiyyat.[5]

1843-cü ildə Kral İlahiyyat və Fəlsəfə Akademiyası (Königliche Theologische und Philosophische Akademie),[5] qeyri-rəsmi olaraq Münster Akademiyası (Akademie Münster) adlandırıldı.

22 avqust 1907-ci ildə Konstitusiya məhkəməsi rəsmi olaraq universitetin adını Vestfaliya Vilhelm Universitetinə dəyişdirdi.[5]

2023-cü ildə universitet Münster Universiteti (Universität Münster) adlandırıldı.[6]

Avropa dərəcələri redaktə

1999-cu ildə Bolonya Prosesi başladı, onun məqsədi ali təhsil ixtisaslarının standartlarının və keyfiyyətinin müqayisəliliyini təmin etmək idi. Münster Biznes İdarəetmə və İqtisadiyyat Məktəbi ilk olaraq bakalavrmagistr dərəcələrini təsis etmişdir.

2006—2007-ci ilin qış semestrində bütün tədris bakalavr — magistr sisteminə keçirilib. İstisnalara tibb, stomatologiya, əczaçılıq və hüquq sahəsində Staatsexamen-ə[7] aparan tədqiqatlar daxildir.[8]

Akademik strukturu redaktə

 
Universitetin Tibbi Araşdırmalar Mərkəzi
 
Musiqi Konservatoriyası
 
Entrance English Seminar


  • Hüquq fakultəsi
  • İqtisadiyyat fakültəsi
  • Protestantlıq İlahiyyat fakültəsi
  • Katolik İlahiyyat fakültəsi
  • Sağlamlıq Elmləri fakültəsi
  • Təhsil və Sosial Elmlər fakültəsi
    • Kommunikasiya Elmləri İnstitutu (KEİ) (PR, Jurnalistika, Media Elmi)
  • Psixologiya və İdman Elmləri fakültəsi
  • Tarix — Fəlsəfə fakültəsi
  • Filologiya fakültəsi
  • Riyaziyyat və İnformatika fakültəsi
  • Fizika fakültəsi
  • Kimya və Əczaçılıq fakültəsi
  • Biologiya fakültəsi
  • Yer Elmləri fakültəsi
  • Musiqi fakültəsi

Kitabxanası redaktə

Münster Universiteti və Dövlət Kitabxanası universitetin tədqiqat, tədris və öyrənmə işlərini ədəbiyyat və məlumatlarla təmin edir. Kitabxana Münster Universitetinin və Münsterdəki digər universitetlərin tələbələri və işçiləri, eləcə də şəhər və bölgə sakinləri üçün əlçatandır. O, dövlət kitabxanası olaraq, Vestfaliya haqqında ədəbiyyat və məlumatları əldə edir, indeksləşdirir və qoruyur və regionda tədqiqat, iş və təhsili dəstəkləyir.

Münster Universitetinin bütün kitabxana sistemi, təhsil, tibb, sosial elmlər bölmələri və Hollandiya Evindəki kitabxanası olan ULB-dən əlavə, fakültə və fakültələrdə daha 83 ixtisaslaşdırılmış kitabxanadan (2019-cu ilə qədər) ibarətdir.[9]

Həmçinin bax redaktə

  • Almaniyada təhsil

İstinadlar redaktə

  1. https://www.uni-muenster.de/kommunikation/FAQ_umbenennung.html.
  2. Statistisches Bundesamt Deutschland - GENESIS-Online (alm.).
  3. "Arxivlənmiş surət". 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
  4. "Geschichte der Universität Münster". uni-muenster.de (German). Arxivləşdirilib 2021-07-14 at the Wayback Machine
  5. 1 2 3 Online-Redaktion, Westfälische Wilhelms-Universität Münster, Westfälische Wilhelms-Universität Münster. "Geschichte der WWU Münster – Struktur". www.uni-muenster.de. 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
  6. "FAQ on the Change of Name". University of Münster. 3 May 2023. 29 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
  7. "Arxivlənmiş surət". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  8. [1] Arxivləşdirilib 2014-12-16 at the Wayback Machine Study guide – range of courses and corresponding degrees. Retrieved 25. September 2012.
  9. "Universitäts- und Landesbibliothek Münster" (German). Arxivləşdirilib 2023-10-02 at the Wayback Machine

Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024