Müqəddəs Tanrı anası kilsəsi (Çörəkli) Haqqinda Melumat - Vikipedia

Müqəddəs Tanrı anası kilsəsi (Çörəkli) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müqəddəs Tanrı anası kilsəsi (Çörəkli)

Müqəddəs Tanrı anası kilsəsiXocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]

Müqəddəs Tanrı anası kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Xocavənd
Yerləşir Çörəkli kəndi
Tikilmə tarixi XVI-XVII əsrlər
Müqəddəs Tanrı anası kilsəsi (Azərbaycan)
Müqəddəs Tanrı anası kilsəsi

Tarixi redaktə

Kilsə timpanında inşaat kitabəsinin olmaması, onun tikilmə tarixini müəyyənləşdirməkdə çətinlik yaradır. Lakin, hələ dəqiq öyrənilməməsinə baxmayaraqçəhrayı rəngli qranit pilonlara birləşdirilmiş zəngin dekorlu dörd xaçdaş üzərindəki tarixlə artıq XII əsrdə burada dini kompleks olduğunu sübut edir.[2]

Abidəni tədqiq etmiş K. Mkrtçyan qeyd edir ki, divar hörgüsü, epiqrafika nümunələrinin stilistik xüsusiyyətləri və sair xüsusiyyətləri əsas götürərək demək olar ki, kilsə XVI-XVII əsrlərdə daha qədim dini kompleksin yerində inşa edilmişdir.[2]

Memarlıq xüsusiyyətləri redaktə

Kilsə Çörəkli kəndinin düz mərkəzində, məktəb binasının yanında yerləşur. Birnefli bazilika formasına malik tikili tağtavanlı dama malikdir. Planda düzbucaqlı formaya malik tikilinin ölçüləri 12.6x6 metrdir.[2] Kilsənin inşasında yaxşı yonulmuş yerli daşlardan istifadə edilmişdir.[2]

Apsidanın hər iki tərəfində köməkçi otaqlar vardır. Kilsənin əsas girişi cənub tərəfdəndir. Buna baxmayaraq, şimal divarında da giriş qapısı olmuş, lakin, sonrakı dövrdə həmin qapı hörülərək qapadılmışdır. Ehtimal ki, şimal qapısı vasitəsi ilə kilsə şimal tərəfdə yerləşən məqbərə-sovməə və ya hansısa digər tikili ilə əlaqələndirilmişdir.[2] Kilsənin iki tərəfli damı divarönü pilonlar üzərində dayanan tağlar tərəfindən saxlanılır.

İstinadlar redaktə

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. 1 2 3 4 5 Mkrtçyan, 1989. səh. 136

Ədəbiyyat redaktə

  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989

Saytda 216 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024