Müqəddəs Tanrı anası kilsəsi (Çanaqçı) Haqqinda Melumat - Vikipedia

Müqəddəs Tanrı anası kilsəsi (Çanaqçı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müqəddəs Tanrı anası kilsəsi (Çanaqçı)

Müqəddəs Tanrı anası kilsəsiXocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]

Müqəddəs Tanrı anası kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Xocalı
Yerləşir Çanaqçı kəndi
Tikilmə tarixi 1651
Müqəddəs Tanrı anası kilsəsi (Azərbaycan)
Müqəddəs Tanrı anası kilsəsi

Tarixi redaktə

Kilsə 1651-ci ildə inşa edilmişdir.[2] Kilsədə qədim əlyazmalar, perqamentlərdə yazılmış İncil nüsxələri, dəyərli relikviyalar və 1600-cü illərə aid bədii dəyərli xaçlar saxlanılırdı.[3] K. Mkrtçyanın məlumatına görə, qədim əlyazmalardan bəziləri Çanaqçının qədim skriptoriumunda hazırlanmışdır.[3]

Memarlıq xüsusiyyətləri redaktə

Hündür, geniş və uzunsov üçnefli bazilika formasına malik kilsə Çanaqçı kəndinin mərkəzində yerləşir. Planda düzbucaqlı formasına malik kilsənin tərəfləri 27.35 x 15.30 metrə bərabərdir.[3]

Altarın hər iki tərəfində köməkçi otaqların üstündə yerləşən pilonların zərifliyi, eyni zamanda maraqlı memarlıq elementləri tikilinin daxili kompozisiyasının ifadəliliyini vurğulayır.[3]

İstinadlar redaktə

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. Мнацаканян, А. Ш. К вопросу о литературе Кавказской Албании. Ереван. 1966. 46.
  3. 1 2 3 4 Mkrtçyan, 1989. səh. 143

Ədəbiyyat redaktə

  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989

Saytda 202 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024