Müsüslü Haqqinda Melumat - Vikipedia

Müsüslü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müsüslü (tarixi adı Müsüslü Şilyan) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.[1]

Müsüslü
40°27′12″ şm. e. 47°54′44″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1487 (2009) nəfər
Xəritəni göstər/gizlə
Müsüslü xəritədə
Müsüslü
Müsüslü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası redaktə

Müsüslü yer adı kənddə əhalinin məskunlaşdığı dövrdən əvvəl yaranıb. Bu ərazilər ta qədimdən tərəkəmə qışlağı olub, hal-hazırda da əhalinin çox hissəsi əcdadlarının tərəkəmə olduğunu deyir. Müsüslü toponimdir. Bu söz iki sözün birləşməsindən əmələ gəlib. Müs ərəb sözü olub dayanıb durmaq, tərpənməz, dönməz anlamını, Süslü sözü isə sulu mənasını verir. Aydın olur ki, Müsüslü toponominin mənası dayanmış sulu ərazi anlamındadır. Müs-sulu sözündən bəzi səslərin düşməsi və ya əlavə olunması nəticəsində müsüslü sözü əmələ gəlib. Müsüslü ərazisinin əhalisi ayrı-ayrı səbəblərdən burada müxtəlif vaxtlarda bir neçə istiqamətdə məskunlaşmışlar.

Əhalisi redaktə

Əhalisi Şamaxıdan gəlmədilər. Tərəkəmələrin Təkəli qolundandırlar. Əhalisinin sayı 1487 nəfərdir (2009-cu il).[2]

İnfrastruktur redaktə

Kənd əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Əkinçilik (bağçılıq) və maldarlıq (qoyunçuluq, camışçılıq, qaramal) əsas sahələrdir. Kənddə orta məktəb və məscid fəaliyyət göstərir. Məscid Hacıyev Ramiz adlı kənd sakinin vəsaiti hesabına 2016-cı ildə inşa edilərək istifadəyə verilmişdir.

Din redaktə

Kənddə Müsüslü kənd məscidi dini icması fəaliyyət göstərir[3].

Şəkilləri redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024