Müzakirə:İsmayıl xan Xoyski Haqqinda Melumat - Vikipedia

Müzakirə:İsmayıl xan Xoyski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:İsmayıl xan Xoyski

Ən son rəy:11 il öncə, Aydinsalis tərəfindən "Zazalar" mövzusunda

Zazalar redaktə

Hörmətli Aydinsalis hazırda dünbili adını daşıyan və zaza və ya kürd dilində danışan tayfa yoxdur, hörmətli həmsöhbət heç Xoyskilər o soyadı qəbul edəndə də yox idi . Tamamiylə türkcə danışan və özünü türk hesab edən - özünü kürd hesab etməyən (gülməlidir) bir tayfadan yaranmış sülalədən danışırıq ! Elmi ədəbiyyatda dünbili tayfasının kürd olması isbat olunmayıb, onların hətta zaza olub olmadığı mübahisə mövzusudur . Səbəb Şərəf xan Bidlisi deyilən bir şəxs olub - Şərəfnamə deyilən əsər yazıb (1591-1594-cü illərdə) yalnız orada mərkəzi anadoluda zaza-dimili konfederasiyasının tərkibində bu tayfanın adını çəkib ! ondan başqa onların zaza olmasını və ya ehtimalını göstərən tarixi sənəd yoxdr . Kürd olmasına dair fikirlər isə gülünc doğurmaqdan başqa bir şeyə qadir deyil ! Tozdan (əsassız) yerdən mübahisə yaratmayaq ! Ruslar öz imperiya dövlətinin siyasi sifarişi ilə tarixi yazarkən kirlədir və ondan cəfəngiyyat yardırdılar ! İstoriya napisannoe ruskimi khrupkoe kak kartochniy domik - necə deyərlər ! siz öncə Qərbi Azərbaycanda əvvəl və indi yaşayan kürd tayfalarının tarixi və dilləri ilə maraqlanın dediyimin təqsdiqini görəcəksiniz ! Hörmətlə !--Asparux Xan Bulqar (talk) 19:49, 17 may 2012 (UTC)Cavabla

Hörmətli :Asparux Xan Bulqar, mənim nə kürdlərlə, nə də zazalarla, nə də türklərlə heç bir qəsdi-qərəzliyim yoxdur. Mən mötəbər elmi ədəbiyyatda oxuduqlarımı yazıram, orada nəinki Xoy xanlarının, hətta İrəvan və s. yerlərin xanlarının da kürd olması göstərilir və həmin alimlərin fikirləri indiyə qədər təkzib olunmayıb: səh 23; 24; 45; 55; 68; 70; 92; 100; 105, 149 və 171-ci səhifələrdə dümbülülərin kürd tayfası olması göstərilir, o cümlədən, 123-cü səhifədə birbaşa Cəfərqulu xan Xoyskinin, yəni İsmayıl xanın atasının kürd olması göstərilir!. Bunlar sizi qane etmirsə, başqa mötəbər mənbələrə də istinad edə bilərəm. Bir də ki, Əhmədin, ya Məmmədin kürd olmasından niyə qorxmalıyıq ki? Onların kürd olmasını nəyə görə kimdən gizlətməliyik? Biz düzünü yazmalıyıq... -- Aydın Məmmədov 21:21, 17 may 2012 (UTC)Cavabla
"İsmayıl xan Xoyski" səhifəsinə qayıt.

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024