Müzakirə:Azərbaycandakı sinaqoqların siyahısı Haqqinda Melumat - Vikipedia

Müzakirə:Azərbaycandakı sinaqoqların siyahısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Azərbaycandakı sinaqoqların siyahısı

Ən son rəy:5 il öncə, Nicat49 tərəfindən "Quba sinaqoqları" mövzusunda

Quba sinaqoqları redaktə

Salam Sefer azeri, White DemonCekli829. Qubada 6 sinaqoqun olduğu qeyd olunur. Lakin mən onlardan yalnız dördünü tapa bildim. Digər iki sinaqoqun hansı olması barədə bəlkə sizlərin məlumatı olar ? Hörmətlə.--Nicat49   müzakirə 00:25, 27 iyun 2018 (UTC)Cavabla

Nicat49 yəqin, o mənbə səhvdir. AzVision saytında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən hazırlanan bu məqalədə 7 sinaqoqun olduğu yazılıb. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 01:26, 27 iyun 2018 (UTC)Cavabla
Nicat49, bu ayın əvvəlindəki Vikidüşərgədə olanda Qırmızı qəsəbədə də olmuşduq. Qırmızı qəsəbəni bizə gəzdirən bələdiyyə başçısı hətta bizə demişdi ki, əvvəllər burada 13 sinaqoq olsa da, indi ancaq 2 sinaqoq fəaliyyət göstərir.--White DemΩn (el psy congroo) 04:43, 27 iyun 2018 (UTC)Cavabla
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yalnız fəaliyyət göstərən və hansısa icmanın adına qeydiyyata alınmış məbədlər haqqında məlumat verir. Yəni sinaqoq əgər sinaqoq kimi yox, məsələn muzey kimi istifadə edilirsə onların məlumatında bu qeydə alınmır. --sefer azeri 05:50, 27 iyun 2018 (UTC)Cavabla
Hamınıza təşəkkürlər. İsrailin Azərbaycandakı səfirliyinə yazacam. Onlar hər halda dəqiq bilərlər.--Nicat49   müzakirə 21:25, 27 iyun 2018 (UTC)Cavabla

Bu gün İsrail səfirliyindən cavab gəldi. Cavabı olduğu kimi diqqətinizə çatdırıram — Salam, sualiniz ucun tesekkur direm. size bildirmek isteyirem ki Qennadi Zelmanovic artiq Ashkenazi yehudilerin dini icmasinin rehberi deyil. indi bu vezifeni Aleksandr Sharovski tutur. Qubada dogrudan da 6 sinagog var, lakin onlarin hamisi fealiyyet gostermir. size meslehet gorurem Qubadaki Dag yahudilerinin Icmasinin sedri (Qirmizi Qesebe) Yurik Nifteliyev ile elaqe saxlayasiz. tessuf ki size elaqe nomresi vere bilmeyecem. Size meslehet gorerdim ki, Bakida Dag yahudilerin sinagogu ile elaqe saxlayib Quadaki Icmana sizin elaqe yaratmaga komek etmeyi xahis edersiz. tesekkur edirem. Bu cavabdan yalnız bir şeyi dəqiqləşdirmək oldu, o da Qubada 6 sinaqoqun olmağı.--Nicat49   müzakirə 16:58, 28 iyun 2018 (UTC)Cavabla

"Azərbaycandakı sinaqoqların siyahısı" səhifəsinə qayıt.

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024