Müzakirə:Comərd Gəray məscidi Haqqinda Melumat - Vikipedia

Müzakirə:Comərd Gəray məscidi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Gileyli məscidi (İçərişəhər)

(Müzakirə:Comərd Gəray məscidi səhifəsindən istiqamətləndirilmişdir)
Ən son rəy:1 ay öncə, Rəcəb Yaxşı tərəfindən "Adı və ili" mövzusunda

Adı və ili redaktə

@Rəcəb Yaxşı, müzakirəsiz şəkildə məqalənin adını dəyişib Comərd Gəray etmisiz. Zəhmət olmasa, bunu akademik mənbələrlə əsaslandırardız. E-qanun saytına görə elə yazmısızsa, biləsiz ki, ora akademik mənbə sayılmır, əksinə ilkin mənbə sayılır. İçərişəhərin rəsmi saytında isə "Gileyli (Comərd Gəray) məscidi" formasında yazılıb. Gördüyünüz kimi, birinci "Gileyli" daha sonra mötərizədə "(Comərd Gəray)" yazılıb. Saytın köhnə versiyasında isə eləcə "Gileyli" yazılmışdı. Deməli biz də məqalənin əsas adını "Gileyli" etməli, ilk cümlədə isə "Comərd Gəray" adına da yer verə bilərik. Digər bir məsələ isə ili ilə bağlıdır. Məscidi şəxsn görmüş, içində olmuş biri kimi deyə bilərəm ki, məscid qətiyyən XIV əsr abidəsinə oxşamır. Böyük ehtimalla İçərişəhərin saytının redaktorları məscidin tikildiyi ili (1309) yazarkən öncəsində "hicri-qəməri" sözlərini yazmağı unudublar. H.q. 1309-u miladiyə çevirəndə 1891 edir ki, bu da məscidin quruluşuna, memarlıq xüsusiyyətlərinə tam uyğun gəlir. Məncə elə ona görə məscid haqqında yazılıb ki, XIX əsrin II yarısında təmir edilib filan. 1891 zatən elə XIX əsrin 2-ci yarısıdır. samral müzakirə 00:37, 4 mart 2024 (UTC)Cavabla

İdarənin saytının Məscidlər bölməsində isə eləcə "Gileyli məscidi" yazılıb. samral müzakirə 00:44, 4 mart 2024 (UTC)Cavabla
Məqalənin adını "Comərd Gəray" mən etməmişəm. @Sura Shukurlu xanım edib. İttihamınıza görə mən də sizə "üzr istəyin" deyə bilərdim amma bu gərəksizdir. İşdir olub gözünüzə görünüb. Mən məqalədə sadəcə mətnə əl gəzdirmişəm o da istinadları göstərmək şəklində.
Məncə də məqalə Gileyli məscid adlanmalıdır. Tikinti üslubuna baxanda da XIX əsrə bənzəyir. Rəcəb Yaxşı (müzakirə) 06:30, 28 mart 2024 (UTC)Cavabla
"Gileyli məscidi (İçərişəhər)" səhifəsinə qayıt.

Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024