Müzakirə:Geymer Haqqinda Melumat - Vikipedia

Müzakirə:Geymer Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Geymer

Ən son rəy:1 il öncə, Dancewithdevil tərəfindən "Ad" mövzusunda

redaktə

Solavirum, məncə, "qeymer" adlandıraq. Bu ad sadəcə bu mövzuya istinad edilmir. Hörmətlə, dancewithdevil (müzakirə) 19:48, 21 iyun 2022 (UTC)Cavabla

dancewithdevil, "qeymer" yox, "geymer". Mənim üçün bir problemi yoxdur. --► Hörmətlə: SolaVirum 20:43, 21 iyun 2022 (UTC)Cavabla
Solavirum, yox elə "qeymer"dır. Hörmətlə, dancewithdevil (müzakirə) 21:04, 21 iyun 2022 (UTC)Cavabla
dancewithdevil, səhviniz var. Bu sahədə neçə dənə YM, SM hazırlamışam. Qərb mənşəli sözlərdə "q" səsindən sonra incə samit varsa, elə həmin səs "g" ilə yazılır. "Georgi" məsələn. --► Hörmətlə: SolaVirum 21:17, 21 iyun 2022 (UTC)Cavabla
Orfoqrafiya lüğətində də "geymer" sözü var. White Demツnyaz 22:08, 21 iyun 2022 (UTC)Cavabla
Solavirum, incə samit? White Demon, təzəlikcə qəbul edilib ki bu? Mən tələffüzü kimi "q" olaraq bilirdim. "G" olması mənasızdır, zatən "q" olaraq tələffüz edirsən, nə ehtiyac var axı. Bunu da digərləri kimi "q" olaraq yaz getsin də. "Q" yazmaq lazımdır, amma şərt beləykən, yaza bilmirik. Azviki daxilindəki bəzi məqalələr "q" ilə, bəziləri isə "g" ilə verilib. Hal beləykən, "g" iləmi əvəz ediləcək? Orfoqrafiyada "geymer" kimi verildiyi doğrudur. Mənbələrdə də "q" olaraq yazıldığına rast gəlmək mümkündür. Məsələn, [1]. Hörmətlə, dancewithdevil (müzakirə) 03:10, 22 iyun 2022 (UTC)Cavabla
dancewithdevil, *incə sait. Filan səhifədə elə yazılması nəyisə dəyişmir, AzViki fəaliyyətə başlayandan elə yazılır o cür olan sözlər, yazılmayıbsa da, qayda pozuntusudur. Bir qayda pozuntusunun başqa qayda pozuntusu ilə əvəz etmək olmaz. Xahiş edirəm, konstruktiv məsələlərə fikir bildirin. --► Hörmətlə: SolaVirum 12:04, 22 iyun 2022 (UTC)Cavabla
Solavirum, destruktiv heç nə yoxdu. Dediyim kimi, mən belə bilirdim. Dəyişək demirəm, zatən dəyişə də bilmərik. Ama kaş bilsəydik. Ona qalsa, viki yaradılandan yarı məqalələr elə açılıb, yarısı belə. Ən yaxşısı biz onları qaydasına qoyaq. Hörmətlə, dancewithdevil (müzakirə) 16:37, 22 iyun 2022 (UTC)Cavabla
White Demon, "Kateqoriya:Qeyminq" "Geyming" olmalı deyil? Bu səhifəni də "Geymer" adlandırıb, "Qeymer"den yönləndirmə vermək lazımdır. Hazırki adı da dəqiqləşdirmə səhifəsi olmalıdır. Hörmətlə, dancewithdevil (müzakirə) 02:52, 23 iyun 2022 (UTC)Cavabla
dancewithdevil, daha doğrusu, "geyminq". --► Hörmətlə: SolaVirum 02:45, 6 iyul 2022 (UTC)Cavabla
Solavirum, bəli   Hörmətlə, dancewithdevil (müzakirə) 02:49, 6 iyul 2022 (UTC)Cavabla
"Geymer" səhifəsinə qayıt.

Saytda 241 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024