Müzakirə:Roma imperiyası Haqqinda Melumat - Vikipedia

Müzakirə:Roma imperiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Roma imperiyası

Ən son rəy:14 il öncə, Wertuose tərəfindən ""Roma İmperiyası"" mövzusunda

"Roma İmperiyası" redaktə

Salam azeri latin klaviaturanı suretli istifade ede bilmirem bağışlayın. Roma imperiyası dedikde mence her iki imperiya başa düşülmelidir. hem qerbi roma hem Şerqi Roma imperiyası. Yaddan çıxarmayaq ki, Bizans adı (her ne qeder qebul edilmiş olsa bele) sadece bir alman tarixçinin 19 esrde Şerqi Romanı Qerbi romadan ayırmaq asan olsun deye Şerqi Roma imperiyasına verilmiş bir etiketden başqa bir şey deyil. Şerqi Roma imperiyasının çoxu yunan olan ehalisi yene de özlerini Romaioi=Romalı adlandırırdılar. Eger uygun görülse burada biraz düzeliş etmek isterdim :D

PrinceValiant 01:26, 30 Avqust 2008 (UTC)

Salamlar. Vacib mövzudur və bu məqaləni inkişaf edirməyinizi alqışlayıram amma bir məsələyə toxunmaq istərdim. Azvikidə Azərbaycan elmində, elmi ədəbiyyatında mövcud olan ənənələr davam etməlidir. Çünki azvikinin oxuyucuları və yaradıcıları əsasən o şəxslərdir ki, onlar Azərbaycanda mövcud olan elmi ədəbiyyatlardan istifadə etmişlər. Bəlkə də səhv edirəm (çox xahiş edirəm Azərbaycan dilində tarixi ədəbiyyatlar oxumuş şəxslər fikrimi ya təsdiqləsinlər, ya da inkar etsinlər) amma Azərbaycan tarixi ədəbiyyatlarında Roma imperiyası dedikdə parçalanmaya kimi mövcud olmuş vahid imperiya, daha sonra isə Qərbi Roma İmperiyası kimi tanınmış imperiya nəzərdə tutulur. Nəzərə almanızı məqsədəuyğun hesab edirəm
Uğurlar--A_M_D m-f 16:43, 30 Avqust 2008 (UTC)

Salam. Roma İmperiyası e.ə. 30-ci ildən 476-cı ilə qədərki dövr (Qərbi Roma imperiyası dağılana qədər) hesab olunur. Roma İmperiyası anlayışını Şərqi Roma imperiyasına şamil etmək olmaz. Şərqi Roma imperiyasının adı dəyişilərək Bizans imperiyası olduğundan onu Roma imperiyası hesab etmək olmaz.--Orxancalilov 16:53, 30 Avqust 2008 (UTC)

Tekrar salam. Men israr etmek istemirem amma Azerbaycan elmi edebiyyatı axı qismen de olsa saxta bir şablon üstünde qurulub. Menim özüm de ASEni sevirem amma deyin bes herhansı bir kolxozçunu burda meşhur adam kimi göstermek de axı o enenenin bir parçasıdır. Tam obyektivlik lazımdırsa mence stereotiplerden vaz keçmeliyik. Axı cüretli ol hissesinde bele de yazılıb. Bütün versiyaları yazaq. Edward Gibbonun versiyasını da Rus tarixçilerinin versiyasını da. Bir misal 1899 cu ilde ABŞın Cenubi Karolina (adını sehv sala bilerem) ştatında Pi ededinin 3.6 olduğu sesverme neticesinde qebul edilib. Bezi hessas mövzularda (xüsusen modern siyasi ve geopolitik mövzularda) bu prinsiplerden vaz keçmek olar amma Roma İmperiyası kimi mövzuda mence tam obyektivlik lazımdır. Xarici elmi edebiyyata da baxmaq olar. Amma sadece tek terefden deyil. Bir de başqa bir problemi nezerinize çatdırmaq isteyirem. Xarici adların tercüme edilmesi ile elaqedar. Adlar tercüme edildikde multilingual istifadeçiler eziyyet çekirler: meselen deyek ki Alban tarixi ile elaqedar bele Elm ve Heyat jurnalında bir yazı oxumuşdum: "bu mövzuda Bernard Utye de Feride xanım ile hemfikirdir." googleda ve başqa motorlarda ne qeder axtarsam da (hem Bernard Utier, bernard utie, bernard utje şeklinde) bu adda bir tarixçi tapa bilmedim. Eger orijinal adı Fransızca möterizede yanında yazılsaydı daha yaxşı olmazdı beyem? Mence Corc Uolker Buş şeklinde yazılan adın yanında mütleq (George Walker Bush) orijinal adı yazılsa çox yaxşı olar. Başqa bir şikayet daha :P . Azerbaycan elmi edebiyyatı ümumiyyetle ruscadan tercüme edildiyine göre yanlış çevirmelere rast gelinir. Rus dilinde h herfi ve sesi olmadığına göre ruslar ya Q ya da X herfinden istifade etmek mecburiyyetinde qalırlar. Biz de ruscadan tercüme edilmiş materialı çevirdikde orijinalda H olan herf Q veya X kimi tercüme olunur. Meselen: hermetik-герметичный - germetik. Ümumiyyetle orijinal dilden tercüme yoxdursa ikinci dilden tercümelerde ya mena genişlenmesi ya da daralması qaçınılmazdır. Bu tamamile ziddiyetli neticeler doğurmursa qebul edile bilir bir şeydir. MEselen: Vehicle,Tool - Araç - Yol,Vasite burada düzgün seçilmezse problem doğurur. Bir mesele daha: Coğrafiyadan bilirik ki, Xuanxe çayı Sarı denize tökülür. Çince bilenler menim fikrimi desteklese veya redd etse sevinerem. Xuan - Sarı, xe - çay . Yeni eslinde biz deyirik Sarıçay çayı Sarı denize tökülür. her ikisi çince qalsa veya her ikisi tercüme olunsa daha yaxşı olarmı? Şexsi fikrim tercüme olunsun amma yanında orijinalı möterizede verilsin. Sadece tercüme olunsa problemler yaranacaq. Çünki sarı, yaşıl dağlar, göller, çaylar bir çox coğrafi regionda mövcud ola biler.

Elmi yanaşma ne demekdir: Hipotez qurulur ve mövcud veziyyeti ne qeder izah ede bildiyine baxılır. Müveffeqiyyetle izah edirse saxlanılır ve teoreme çevrilir. Günün birinde eyni teorem artıq bezi meseleleri izah ede bilmirse redd edilir ve yeniden hipotez qurulur. Elmi metod bizden bunu teleb edir.

Bütün bunlar şexsi fikirler olaraq qalır ve sadece ve sadece teklifden ibaretdir. Eneneler yaxşıdırsa onları qoruyaq mane olursa alternativ getirek. Men azerbaycan elmi edebiyyatının enenelerinin bir çoxunu sevirem çünki bize yol gösterir ama Aristotel demişken (Platon menim dostumdur amma heqiqeti daha çox sevirem). Bir de evveller vikipediya azerbaycan çox zeif idi. Amma bugün bütün vikipediyaçılarla qürur duyuram. Heqiqeten böyük işdi. Tebrikler. El ele verib mükemmelleşek. sağolun PrinceValiant 20:51, 30 Avqust 2008 (UTC)

PrinceValiant ilk öncə qeyd edim ki, Sizin kimi Vikipediyaçının Azvikiyə qoşulmasına həqiqətən sevinirəm. Sizin kimi bu cür "şikayət" yazanlar nə qədər çox olsa bir o qədər sürətlə inkişaf edərik. Xoş gəlmisiniz :)
İndi isə keçək əsas məsələyə- Ona görə də deyilir ki, Vikipediya demokratiya deyil, burada çoxluq heç də hər zaman düzgün olmur. Mən məsələnin səsvermə ilə də həll edilməsinin tərəfdarı deyiləm. Əlbəttə Sizinlə tam razıyam ki, nöqsanlar kifayət qədərdir. Elm nə qədər azad olmağa çalışsada öz dövrünün siyasi-ideoloji tələblərinə cavab verməlidir. Xüsusilə tarix kimi elm. Lakin mən demək istədiyim tamam ayrı məsələdir. Həqiqət necədir, o ayrı məsələ (qısa kənaraçıxma:Həqiqət özü də nisbi bir anlayışdır). Bu terminlər Azərbaycanlı istifadəçiləri çaşdıra bilər. Yəni Azərbaycanda neçə-neçə nəsil gözünü açıb və oxuduğu ədəbiyyatlarda Roma İmperiyası dedikdə parçalanmaya qədər mövcud olan və daha sonra Qərbi Roma imperiyası kimi adlanmış imperiyanın nəzərdə tutulduğunu oxumuşlar. İndi isə biz vikipediyada başqa cür yazaq. Bu məqalələri oxuyan şəxslər o zaman düşünəcəklər ki, bu səhvdir və deməli vikipediya etibarlı mənbə deyil. Çünki onların bu vaxta kimi oxuduqları mənbələrdə fərqli yazıblar.
Azvikidə adlandırmada həqiqətəndə problemlər var. Yəni bu vaxta kimi heç bilməzsiz (bəlkədə azvikini yaxından izləmisiniz) bu mövzuda neçə sona çatmamış müzakirələr var. Transliterasiya həmçinin. Transliterasiyanın əsasən rus dilindən aparıldığını və bu barədə problemlərin olduğunu da bilirəm. Lakin sonuncu nəşr olunmuş orfoqrafiya lüğətinin əvvəllərində qeyd edilib ki, bundan sonra adın rus dilində olan formasına yox, orijinal versiyası transıiterasiya olunmalıdır və bu əsas götürülməlidir.
Ümumiyyətlə bu prinsipin inkişaf etdirilməsinə daha nə kimi təklifiniz ola bilər?
Nəyisə unutdumsa üzrlər amma məncə bütün "şikayətlərə" münasibət bildirdim, yoxsa yox?
Uğurlar, bir daha xoş gəlmisiniz--A_M_D m-f 10:46, 31 Avqust 2008 (UTC)

Tekrar Salam. Xoş gördük. Mence de Vikipediya demokratiya olmamalıdır. Sizinle hemfikirem. O zaman en yaxşısı bu olar ki, men heç bu meqaleye "indilik" el vurmayım. Çünki ister istemez öz doğru bildiyim variantı empoze etmeye(azerbaycanca "yeritmekdi" deyesen amma nese yaxşı alınmır.) çalışacağam. En yaxşısı bu olar ki, Meqale biraz redakte olunduqdan sonra elavelerimle onu zenginleşdirim. Bu hamı üçün de uyğun olar. Adlandırma prinsiplerini oxudum ve düzü bele qaydaların olduğunu bilmirdim. Mence o dediyim Xarici adların orijinalı möterizede yazılsın. Bu sadece avropa dillerine şamil olunsa da olar. meselen: Frans List (Ferenč Lizst-macarca). Eziyyet çekib cavab verdiyiniz üçün teşekkürler. Helelik başqa "şikayetim" yoxdur :)) .

P.S: Yadıma düşdü Finikiya Allahı Vaal haqqında yazmaq isteyirdim amma bu ad bir çox avropa dilinde Baal kimi seslenir. Vaal yazıb Baal şeklinde axtarışları oraya nece yöneltmek olar? Tekrar teşekkürler.

Salamlar. Məqalə məzmununda adların orijinal versiyalarının mötərizədə yazılması mütləq olmalıdır. Bir yerdə, başda olsa kifayətdir. Sadəcə az vikidə bu qanun da göstərilib. Təkcə bu düzəlişə görə qanunu müzakirəyə çıxartmaq yaxşı deyil. Ona görə də soruşdum ki, bu qanuna daha hansı əlavələr edə bilərik?
İstiqamətləndirmə səhifələri yaratmaq üçün #redirect[[]] yazından sitifadə edilir. Məsələn, Baal məqaləsi yaradılır və məqalənin məzmununda yalnız #redirect[[Vall]] sözlərini yazın. Qurtardı getdi.
Uğurlar--A_M_D m-f 13:15, 1 Sentyabr 2008 (UTC)

Cənab Sortilegus, məgər dil adlarının yazılışında hansısa ümumi qərar qəbul edilibmi ki, bu məqalədəki "lat." və "ing." qısaltmalarını "latınca" və "ingiliscə" sözləri ilə əvəz etmisiniz? Wertuose 09:03, 30 dekabr 2008 (UTC)Cavabla

Söhbətə qarışdığım üçün üzr istəyirəm, lakin demək istəyirəm ki, ümumi qərardan xəbərim yoxdur, bircə onu deyə bilərəm ki, AMEA-da elmi əsərlərdə bu yazılışdan geniş istifadə edilir. Məncə burada da bu termindən istifadə etmək olar.--Ira 09:34, 30 dekabr 2008 (UTC)Cavabla

Əvvəlcə salam və xoş gəlmisiniz.Şərhləri oxudum və bir fikirlə heç vat razılaşa bilmərəm ki,"Azərbaycan dilindəki elmi ədəbiyyat rus dilindən tərcümədir".Belə fikir bildirmək ən azından Azərbaycandilli elmi ədəbiyyatın yaranmasında həyatlarını fəda etmiş böyük alimlərimizə təhqirdir.Sonra Bizansın bəzi ədbiyyatlarda Şərqi Roma imperiyası adlandırılması doğrudur.Lakin bu məhz dövlətin adı dyil.Bu termini işlədən tarixçilər Bizansım Roma imperiyasının Şərq əyalətlərini əhatə etdiyini göstərmək məqsədi güdmüşlər.Lakin dövlətin rəsmi adı süquta qədər Bizans olub.İmperya hökmdarları rəsmi sənədlərdə və məktublaşmada özlərini Bizans İmperatoru kimi təqdim edirdilər.Eləcə də ərəb tarixçiləri bu dövləti Bizans və ya Rum dövləti kimi təqdim edirlər.Bizans sözünün əvəz olunmasının qəti əlehinəyəm.Bir də Roma imeriaysı tarixi ilə bağlı ən dəyərli əsərlərdən biri Həsənovun Qədim Roma imperiyası kitabıdır.Kitab əfsanələr dövründən süquta(parçalanmaya) qədərki dövrü əhatə edir.Bu mənbəən də faydalanmanı tövsiyə edərdim.İşlərində uğurlar!Sefer azeri

Belə bir Şablona ehtiyac var - {{İmperiya}} Hörmətlə: --MrArifnajafov 18:22, 17 dekabr 2009 (UTC)Cavabla

Yaratdığınız {{İmperiya}} şablonunu hələlik heç bir məqalədə istifadə etməməyinizi məsləhət görürəm. Çünki, bu şablon hələ ki, istifadəyə yararsız haldadır. {{tl|İnfoqutu Tarixi dövlət}} şablonu var, o da yararsız vəziyyətdədir, amma bu cür bir şablonun hansı bəndlərdən ibarət olmalı olduğuna oradan baxa bilərsiniz. Wertuose 20:09, 17 dekabr 2009 (UTC)Cavabla
"Roma imperiyası" səhifəsinə qayıt.

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024