Müzakirə:Sektor11 Haqqinda Melumat - Vikipedia

Müzakirə:Sektor11 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Sektor11

Məqalənin adı uzundur. Məqalə yaradılanda və ya onu axtaranda yazmırlar "orqanik kimyəvi birləşmə benzol". Yazırlar sadəcə "benzol" və nəticə çıxır. Yalnız məqalənin tərkibində qeyd edilir ki, bu bəs orqanik kimyəvi birləşmədir. Azad azarkeş qrupu ilə də belə etmək lazımdır. Əgər eyni adlı heç bir məqalə yoxdursa məqalənin adını sadəcə "Sector 11"-ə dəyişdirmək varsa, "Sector 11 (azarkeş qrupu)" yazmaq lazımdır. Ümumiyyətlə soruşum, bəlkə mən səhv deyirəm - bu azarkeş qrupunun adı "Sector 11"-dir ya rəsmi adı elə "Sector 11 azad azarkeş qrupu" gedir? Əgər ikinci variantdırsa məqalənin adı olduğu kimi qalmalıdır. --Proger danış 20:45, 1 Sentyabr 2010 (UTC)

Qeyri-ensiklopedik məqalədir. Çox güman ki, yaxın gələcəkdə idarəçilər tərəfindən silinəcək. Mən "ürəyiyumşaq" idarəçi kimi hələ silmirəm.--Sortilegus 20:17, 6 Sentyabr 2010 (UTC)

Razı deyiləm. Hər-halda birləşmədir. Özüdə Azərbaycanda hansı normal futbol üzrə xüsusi azarkeş qrupu var? Məncə sadəcə işləmək lazımdır. Ürəyiyumşaq idarəçi :P :D. Bu viki bir ailədir e, amma ). Çox ləzzətli sözlər çıxır :P. --Proger danış 21:52, 6 Sentyabr 2010 (UTC)

Elə "qrup Tofiq Bəhramov adına Respublika Stadionunda 11-ci sektorda məskunlaşır" cümləsi gülməlidir. --Sortilegus 22:15, 6 Sentyabr 2010 (UTC)

Mən nə deyirəm bəs? Sadəcə ensiklopedik etmək lazımdır. İntervikilərdə bu cür azarkeş qruplarına aid məqalələr var. Burada da yaratmaq olar. Sadəcə gərək normal yazıla... --Proger danış 23:58, 6 Sentyabr 2010 (UTC)

Mümkünsə məqaləni dediyiniz kimi ensiklopedik edə bilərsiniz? Onsuz qısa məlumat verilib.Yəni çox da dəyişikliyə ehtiyac yoxdu. Elnuryek 12:38, 8 Sentyabr 2010 (UTC)

Zəhmət olmasa adını Sector 11 (azad azarkeş qrupu) kimi dəyişdirərsiniz.Çünki bayaq Çarşı,teksas və s. səhifələrinə baxdım onlarda da elə gedir.Təşəkkürlər. Elnuryek 12:40, 8 Sentyabr 2010 (UTC)

"Sektor11" səhifəsinə qayıt.

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024