Müzakirə:Skiflər Haqqinda Melumat - Vikipedia

Müzakirə:Skiflər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Skiflər

Ən son rəy:5 il öncə, Gogolplex tərəfindən "Etnikmerkeziyetçi" mövzusunda

Diletant ve etnosentrik məqalə redaktə

Çox diletant və etnosentrik emosiyali bir məqalədir, skiflərin tarixi ile maraqlananlar, inqilis səhifədə arxeoloji, linqvist və genetik araşdırmaları oxuya bilərlər. Azərbaycan səhifə ise yalnəz bir nəfərə, Prof. Q.Qeybullayeva əsaslanir. Əgər bu tarixçinin dogrudan da skiflərin türk oldugu barədə elmi dəlilleri varsa niyə görə bunları nufüzli tarix jurnalda çap eləmir? — Bu imzasız yazı Elm2011 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 15:47, 17 aprel 2011 (UTC)Cavabla

Sizcə biz məlumat toplamaq üçün ingilis, rus dillərindəki mənbələrə qaçmalıyıq? Diletantlıq iddiasını isə hələ sübut etməlisiniz. ----N KOziMüzakirə 14:59, 18 aprel 2011 (UTC)Cavabla


Xarici dilli (inqilis, rus və sair) mənbələri ən azı ona görə oxumaq lazimdir ki, məqalənin özündə də müalifə sərfəli olanda Herodotdan, Diyakovondan sitatlar gətirilir. Diletantliq ən çox orada göstərilir ki, bir kiçik və az tanınmış tarixçi qrupunun iddia etdiyi hipoteza şübhəsiz həqiqet və ya „gəniş son illərin araşdırmaları“ kimi, dünya şöhrətli alimlərin isə bu mövzüda apardığı araşdıramaları isə ilkin tedqiqat kimi qələmə verilir.Konkret olaraq:
  • Məqalədə belə bir yazını oxumaq olar: „Herodot yazır ki, skif-aqrippilər yastıburun və enli buxaqlıdır“. Problem ondadır ki, Herodot agrippiləri skiflərə aid etmirdi, onları skiflərin şimalda yaşayan qonşuları olduğunu yazır. Skiflərə gəldiksə Herodot burada 4 tayfadan danıshır və tayfaların biri, Budinoy, göy-gözlü və ağbəniz olduğunu yazır (Herodot IV, 108). Məqalədə istifadə olunan ifadə ilə desək “bununla skiflərin türk mənşəli olması havadan asılı qalir”.
  • Məqalede skiflərin işlədiyi topominikanin, xüsusi adların türk olduğu güman edilir və bunlar Prof. Qeybullayeva əsaslanılır. Nədənsə Şemerenyi-nın inqilis dilində yazilmish və çap edilmish monografiyasina bu qədər yer ayrılmır. Ə gər Qeybullayev bu dünya şöhrətli alimlə razı deyilsə, qoy öz dəlillərini inqilis dilinə tərcüme edib müzakiraya qoysun.
Szemerényi, Oswald. Four old Iranian ethnic names: Scythian – Skudra – Sogdian – Saka (PDF). Veröffentlichungen der iranischen Kommission Band 9. Wien: Verlag der Österreichischen Akademie der Wissenschaften; azargoshnap.net. 1980.
  • Axır zamanlar çox mühüm rol oynayan genetik araşdırmalar barədə də söz açılmır. Bu araşdırmalara əsasən, skiflər göy-gözlü olublar və genetikaları altay xalqlardan çox fərqlidir:
Keyser, Christine. "Ancient DNA provides new insights into the history of south Siberian Kurgan people". Human Genetics. May 16, 2009. İstifadə tarixi: April 6, 2010.

— Bu imzasız yazı Elm2011 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 23:06, 19 aprel 2011 (UTC)Cavabla

Təəssüf ki Qiyasəddin Qeybullayev sizin bu istəyinizi yerinə yetirə bilməyəcək. ----N KOziMüzakirə 04:21, 20 aprel 2011 (UTC)Cavabla

Niyə? ----Cek Li Taranmesaj 04:39, 20 aprel 2011 (UTC)Cavabla

Təəssüf ki, AzVikidə tarixi məqalələrdə həqiqətən də bütün dünyanı bizə güldürəcək çox sayda “faktlar” var. Bunun əsas səbəbi demək olar ki, AzVikidəki az sayda istifadəçilərin tam əksəriyyətinin ya digər dillərdə olan informasiyalardan xəbərsiz olmaları, ya da ucuz millətçi iddialar qarşısında “dinc başımı niyə ağrıdım” deyərək məsuliyyətdən qaçaraq istəyidir. Midiya məqaləsinin müzakirəsində hamıdan xahiş etdim, bütün dünyanın irandilli kimi qəbul etdiyi, hətta Bibliyada fars kimi göstərilən Midiyalıları türk kimi göstərmək, Midiyanı bir Azərbaycan dövləti olduğunu iddia etmək düz deyil. Üstəlik bu məqaləni Vikipediya:Seçilmiş məqalə namizədləri səhifəsinə çıxarıb seçilmiş məqalə seçmək AzViki üçün olduqca lazımsız bir iş idi. Qiyasəddin Qeybullayev haqqında isə bir şeyi nəzərə almaq lazımdır, bu insan öz kitablarında “türk” deyəndə tam başqa bir şeyi nəzərdə tutur və özünün yeni iddilarını irəli sürür, bu bir normal şeydir, qeyri-normal olan ondan AzVikidə bir mənbə kimi istifadə olunmasıdır, çünki mən dəfələrlə yazmışam, rəhmətlik Qeybullayev öz kitabında açıq yazır ki, o “türk” deyəndə Vikipediya oxucusunun tanıdığı türkləri nəzərdə tutmur və ondan Vikipediyada mənbə kimi istifadə etmək normal halda mümkünsüz olardı. Ancaq hələ ki, reallıq budur--Melikov Memmedemail 06:32, 20 aprel 2011 (UTC)Cavabla
Mən bu qədər məsələyə düzbucaqlı baxışın tərəfdarı deyiləm. Kimin kimə "gülməsi" məsələsini isə Məmməd müəllim, inşallah Vikigörüşdə açıqlayaram. ----N KOziMüzakirə 06:50, 20 aprel 2011 (UTC)Cavabla
Sadə bir fakt, Albanlar, mannalılar və midiyalılar haqqında ən mötəbər informasıya onların fərqli xalqlar olmasıdır, yəni bu tarixi faktdır. Onlar heç olması biri yox, hər 3-ü "türk" elan edildikdə, bu sadəcə qeyri-ciddi bir şeydir.--Melikov Memmedemail 07:24, 20 aprel 2011 (UTC)Cavabla
Dünyada ciddi heç nə yoxdur Məmməd müəllim. ----N KOziMüzakirə 07:31, 20 aprel 2011 (UTC)Cavabla
Var. Qeyri-ciddilik özü də bir ciddilikdik. ----Cek Li Taranmesaj 07:35, 20 aprel 2011 (UTC)Cavabla

Məncə hər bir xalq öz dilinə və tarixinə aid məsələsində çox ciddi olmalıdır, bu sahədə necə deyərlər hər "nöqtənin-vergülün" əhəmiyyəti var və istər hökmdar olsun, istərsə də alim, gərək bu sahələrə öz istədiyi kimi "əl gəzdirmək" imkanına malik olmasın. Əgər elə biz özümüz Vikipediyada "qeyri-ciddilik özü də bir ciddiikdir" prinsipi ilə məqalələr yaratsaq, digərləri də bu məqalələrə bu cür qeyri-ciddi münasibət bəsləyəcək. Tarixi məqalələrdə bu yolverilməzdir --Melikov Memmedemail 07:53, 20 aprel 2011 (UTC)Cavabla

Aranızda Murad Acını oxuyan var? (Abiddin Həşimov 23 noyabr 2012 saat 01:19) — Bu imzasız yazı Hashimov (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

İstifadəçi:Safavi .Məncə bu məqalədə həm doğru həm də yalnış fikirlər var.Buna gürə də bu məqalədən istifadə edilməsini tam məsləhət görmürəm. — Bu imzasız yazı 217.168.186.213 (m) tərəfindən əlavə edilib;

Hamıya salam. Skiflərin mənşəyinə və məqalənin səviyyəsinə öz fikrimi bildirmək istərdim. Skiflərin iranlı olduğuna inanan şəxlər bir dənə də olsun atlı (kütləvi şəkildə atlı, köçəri yaşam sürən - körpəlikdən ahıl yaşlaradək), at əti yeyən və at südü içən hind-avropa, indo-iran xalqı göstərə bilərmi? Qədim tarixçilər skifləri, sarmatları, alanları, parfiyalıları iranlı yox, türk hesab edirdi. Bu suala indiyədək heç bir avroposentrik kitab və ya tarixçi, tarixsevər cavablandıra bilməyib.

Məqalənin həqiqətən də üzərində çox işləmək lazımdır. Skiflərin türk olduğunu göstərən çox qaynaq var. Bu məsələnin öyrənilməsi ilkin tarixi qaynaqlardan başlanır. Qədim tarixçilər haqqda Azərbaycan Vikipediyasında və ümumiyyətlə Aznetdə çox az bilgi var. --Stern88888 (talk) 17:51, 10 may 2013 (UTC)Cavabla

Etnikmerkeziyetçi redaktə

Merhaba,

Türkçe Vikipedi'de bu sayfada da gördüğüm etnosentirist ve WP:Fringe kriterlerine uymayan kısımları düzeltmiştim, eğer maddenin tarafsızlaştırılmasını isterseniz İngilizce veya Türkçe Vikipediyi baz alarak değişiklikler yapabilirsiniz.

İskitlerin etnik ve dilsel kökenleri uluslararası bilimsel camiada Doğu İran grubuna ait olarak genişçe kabul edilmektedir ve Türki kökenleri sadece Orta Asya ve Türkiye'de üretilen tarafsızlığı kuşkulu çalışmalarda ortaya konmaktadır. Bu tarz fringe savlar Vikipedi'nin kurallarına uymamaktadır.

Hey,

On Turkish Wikipedia I had corrected the ethnocentrist and fringe structure of the same article. Those theories are similarly found on this article. If you want to fix this issue you can edit the article based on English and Turkish versions.

Scythian and Saka roots are widely accepted as Eastern Iranic and Indo-European in the international linguistic, archaeologic, anthropologic and historical circles. The claim of their descendancy or affiliation with Turkic culture and language is classified as a fringe theory and mainly supported by Turkic researchers, whose impartiality can oftenly be brought into question. Also fringe theories are a violation of Wikipedias content guidelines.--Gogolplex (müzakirə) 14:02, 4 aprel 2019 (UTC)Cavabla

"Skiflər" səhifəsinə qayıt.

Saytda 9 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024