Müzakirə:Talış-Muğan Muxtar Respublikası Haqqinda Melumat - Vikipedia

Müzakirə:Talış-Muğan Muxtar Respublikası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Talış-Muğan Muxtar Respublikası

Ən son rəy:4 ay öncə, 5.178.10.207 tərəfindən "qondarma" mövzusunda

Mənbə redaktə

Mənbələrə əsaslanmayan məqalənin nəyi vikiləşəcək ? İlk növbədə material konkret mənbələrə əsaslanmalıdır, o isə məqalədə yoxdur.--Acategory 12:25, 6 fevral 2012 (UTC)Cavabla

Mənbəsi yoxdur deyə məqalənin silinməsi doğru deyil. Məqalənin digər dil versiyalarında xeyli sayda mənbə var. "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 17 avqust 1993-cü il tarixli, 672 nömrəli Qərarına isə özüm istinad etmişəm. --►Safir yüzüklü Ceklimesaj 12:28, 6 fevral 2012 (UTC)Cavabla

Vikipediya nağıl kitabı yox, ensiklopediyadır. Yeni yaradılan məqalələr də mənbələrə əsaslanmlıdır. Heç kəs heş kimin yerinə nə mənbə axtarmalı, nə də onu vikiləşdirməlidir. Deyilən fikirlərə təsdiq görmədiyimə görə məqaləni sildim. Əgər kimsə onda ciddi material görürsə və marağı varsa, qoy onun üzərində işləsin. Belədə isə sadəcə vikiləşdirmək şablonu məqaləni silinməkdən xilas etməyəcək. --Acategory 12:41, 6 fevral 2012 (UTC)Cavabla

Bu məqalədə nağıl adlana biləcək hər hansısa bir fakta rast gəlmədim. Hər şey müasir tariximizdə, gözümüzün qabağında baş verib. Bu haqda Azərbaycan Respublikası Ali Sovetinin qərarlarında da bəhs olunub. --►Safir yüzüklü Ceklimesaj 12:50, 6 fevral 2012 (UTC)Cavabla

Mövzunun istiqamətini dəyişməyin. Vikipediyanın ensiklopedik xarakterini gözləmək hər kəsin borcudur. "gözümüzün qabağında baş verib" kimi ifadələr mənbə sayıla bilməz.--Acategory 17:01, 6 fevral 2012 (UTC)Cavabla

Vikiqaydalara görə mütləq mənbə yalnız və yalnız məlumatların mövcudluğu şübhə yaratdığı halda vacib tələb oluna bilər. Əlavə olaraq onu da qeyd edim ki, Vikipediya heç də təkmil ensiklopediya deyil, təkmilləşdirilməkdə olan ensiklopediyadır. --►Safir yüzüklü Ceklimesaj 08:01, 7 fevral 2012 (UTC)Cavabla

Bayrağı redaktə

Bayraq olaraq təklif edilən şəklin mənbəyi yoxdur.

Qorbaçov redaktə

Erkən hadisələr bölməsində masson olduğu iddia edilən Mixail Qorbaçovla bağlı Sultan Məmmədov adlı müəllifin özünün istinad etdiyi etibarlı mənbə varsa, buraya daxil edilməlidir. Əks halda onun bu səfsətəsi buradan dərhal silinməlidir! — Apollo (müzakirə) 03:41, 10 avqust 2020 (UTC)Cavabla

qondarma redaktə

zəhmət olmasa bu sözü yığışdırın 5.178.10.207 19:52, 13 dekabr 2023 (UTC)Cavabla

"Talış-Muğan Muxtar Respublikası" səhifəsinə qayıt.

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024