Müzakirə:Yohan Volfqanq Göte Haqqinda Melumat - Vikipedia

Müzakirə:Yohan Volfqanq Göte Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Yohan Volfqanq Göte

Höte olmalıdır yoxsa Göte?

Göte. 74.122.177.68 02:48, 15 İyul 2007 (UTC)

Höte yoxsa Göte redaktə

Raziyam...Göte bəlkə də düzgündür. Amma gəlin etiraf edək ki Götedən Höte daha yaxşı səslənir...Şerlok Holmzu rus diline tərcümə edəndə ruslar əvvəlcə Qolmz (Голмз) olaraq tərcemənin düzgün hesab edirdilər. Amma sonradan Xolmzu seçirlər. Yəni deməyim odur ki, Höte də olar və məncə daha yaxşıdır...Səbəb sadədir..Daha yaxşı səslənir:)..

Vikipdiyada adları biz özümüz seçmirik, əgər yerləşmiş standard forma varsa onu işlədirik. Əgər azərbaycan dilindəki əksər ədəbiyyatda bu adın Höte olaraq işləndiyinə dair etibarlı qaynaqlar varsa onda məqalənin adını dəyişmək olar. Birdən çox forma mövcuddursa onda daha geniş yayılanı və ya daha mötəbər qaynaqlarda işlənəni seçmək olar. --TimBitsتِمبِتس 22:15, 16 İyul 2007 (UTC)

amma ruslarda H hərfi olmadığından Q və X hərfləri arasında seçim etməli olublar. Bizim dildə isə H hərfi var və Goethe sözü transkripsiyada məhz Göte kimi oxunur. Kiməsə hansısa söz xoş gəlmirsə onların hamısını dəyişmək lazımdır?

Əsasən Höte işlənir Azərbaycan dilli ədəbiyyatda. Haradasa 80-90% qəzet, jurnal və kitablarda. Ümumiyyətlə klassiklərin adlarının, əsərlərinin adlarının dilimizə tərcüməsində çoxlu səhvlərə yol verilib. Bunun da başlıca səbəbi həmin müəlliflərin və onların əsərlərinin sovet dövründə - rus dilindən bizim dilimizə tərcümə olunmasıdır. Eyni problem Franç Kafka məqaləsində də var. Onun da buradakı və Azərbaycan dilli ədəbiyyatlardakı adı və əsərlərinin adı arasında fərq var (Məsələn adı Frans Kafka yazılır, buradakı "Məhkəmə prosesi" kimi qeyd olunan əsəri sadəcə "Proses" kimi tərcümə olunub). Alman dilini bilmədiyimdən hansı variantın daha düzgün olduğunu söyləyə bilmərəm. Digər tərəfdən əgər lap 80-90% ədəbiyyatda adlar bir cür burada isə başqa cür yazılırsa, onda da problem görmürəm. Çünki bir də görürsən bir səhvə yol verilir və sonra o səhvə yüzlərlə istinad olunur və axırda elə o cür də qəbul edilir. Hər halda məncə bu məsələlər tədricən, müzakirələr sayəsində yoluna qoyulacaq. Hörmətlə: --Sortilegus 17:47, 28 Mart 2008 (UTC)

"Yohan Volfqanq Göte" səhifəsinə qayıt.

Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024