Müzakirə:Yohann Volfqanq Göte Haqqinda Melumat - Vikipedia

Müzakirə:Yohann Volfqanq Göte Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Yohann Volfqanq Göte

Ən son rəy:13 il öncə, Monakhfirst tərəfindən "Alman şairinin adı" mövzusunda
Yox orijinalında da G-dir. H-G yerdəyişməsi çox vaxt orijinal dildə H ilə yazılıb rus dilinə G ilə transliterasiya edilən, bizə də rus dilindən keçən sözlərdə olur. Bu hallarda da G işlədilməsi düz deyil amma Göte adında elə orijinalda da G-dir, H ilə yazılmanın bir əsası yoxdur. --TimBitsتِمبِتس 03:19, 15 dekabr 2010 (UTC)Cavabla
Bəzi mənbələrdə Höte kimi yazılıb. Hətta Google-da da nəticələr oldu.-- Pərviz  14:46, 19 dekabr 2010 (UTC)Cavabla

Bir qayda olaraq hansısa xaricinin ad və soyadı digər dildə yazılışında iki şərt nəzərə alınır :

  • orijinala yaxın yazılması (dəqiqliyi yoxlamaq üçün son dövrlərdə orjinaldakı yazı da olduğu kimi verilir
  • yeni dildə yazılığında pis və ədəbsiz səslənməsinə yol verilməməsi.

Hetenın ( Höte də olar ) azərbaycan dilində yazılışı uzun müddət azərbaycan filoloqları arsında ciddi müzakirə mövzusu olmuşdur. Sonda dilçilər onun Hete ( Höte ) varintını qəbul etdilər. G. yazılışı lap əvvəlki yazılış formasıdır. Ona görə də mən böyük alman şairinin adının "H" hərfi ilə yazılmasının bərpa edilməsi variantını müdafiə edirəm.--Acategory 15:24, 19 dekabr 2010 (UTC)Cavabla

Alman şairinin adı redaktə

Almanca Goethe yazılır. Latın əlifbasından istifadə edən bütün dillərdə (təəssüf ki, yeganə istisna azərbaycan dilidir) eynilə Goethe yazılır. Bu halda oxunuşla yazılış bir-birinə çox yaxın olur. İngilis, fransız, ispan, türk və sair dillərə baxın.

Azərbaycan dilçi və ədəbiyyatçıları Sovet dövründə dünyanı rus dili vasitəsilə öyrənirdilər, ona görə ruscaya baxanda Göte yazmalı idilər, səslənmə xoşlarına gəlmədiyi üçün Höte yazırdılar, bu dilçiliyin, transliterasiyanın və s. elmi-mədəni qanunauyğunluqların əksinə idi.

Digər sahələrdə də oxşar uyğunsuzluqlara, ziddiyyətlərə rast gəlinirdi. Məsələn, riyaziyyatçılar Alman riyaziyyatçısı Gaussu Hauss kimi yazırdılar, çünki ruscada Qauss idi, onlar belə güman edirdilər ki, yəqin almancada Hauss olub ki, ruslar Qauss yazıblar.

İndi Azərbaycanda bu barədə mübahisələr gedir. Bir sıra Azərbaycan alimləri orijinal latın əlifbalı adları olduğu kimi saxlamağa başlayıblar. Əvvəl-axır buna gələcəyik, dünya bir yolla, biz isə ətalətlə başqa və səhv yolla gedə bilmərik.

Mən təklif edərdim ki, Vikipediada yavaş-yavaş, addım-addım bu doğru yolu seçək, ən azı yeni məqalələrdə buna əməl edək və sonra yavaş-yavaş köhnə ad və terminləri də standartlara uyğunlaşdıraq. Nə vaxt bu işə başlanılsa, mən bu işdə tam kömək etməyə hazıram. Hörmətlə--Monakhfirst 16:03, 19 dekabr 2010 (UTC)Cavabla

Rahatlıq naminə bunun edilməsi işlərimizi asanlaşdırar, razıyam. Məsələ orasındadır ki, dilin yazılış qaydasını biz vikipediyada müəyyən edə bilmərik. Bu nöqtəni mən çox demişəm amma yenə də təkrar etmək lazımdır. İstənilən formanın işlənməsi vikipediyada ancaq mötəbər mənbələrdəki formaya əsasən müəyyən olunur. Yəni necə deyərlər "lazımi instansiyalar" lazımi dəyişikliyi edəndə burda da həmin dəyişiklik əks etdiriləcək, daha doğrusu etdirilməlidir. İndiki ada gəldikdə isə Göte adında mən hansısa ədəbsiz səslənmənin olduğunu hesab etmirəm, yəni əgər bu cür yazılmaya daha çox üstünlük verilirsə qalar, yox əgər dilçilikdə yuxarıda deyildiyi kimi Höte variantına keçilibsə onda biz də buna üstünlük verməliyik. --TimBitsتِمبِتس 16:32, 19 dekabr 2010 (UTC)Cavabla
Bütün dediklərinizlə razılaşıram. Ancaq bir məsələ aydın deyil. Goethe adını olduğu kimi Azərbaycan ziyalı məclislərində, teleekranlarda , ailələrdə necə səsləndirmək lazımdır ? Bəs orta məktəbdə gənc müəllimə qız bu adı yuxarı sinif şagirdlərinin yanında necə tələffüz etməlidir ? Sizcə əvvəlki nəsil dilçilərimiz bu tip məsələləri düşünərkən səhvəmi yol verirdilər ? --Acategory 16:39, 19 dekabr 2010 (UTC)Cavabla
Eləcə tələffüz edildiyi kimi, Göte. Belə şeylərdə nə isə başqa məna axtarmaq aşağı sinif şagirdlərinə maraqlı, ya gülməli gələ bilər. Hər halda Götedən danışan, ədəbi-elmi kontekstdə ələ alan birinin bu zəka səviyyəsini keçmiş olması lazımdır. Yəni bu cür xırdalıqlar primitiv düşüncənin göstəricisidi. Bəlkə də şairin adını öz dilindəki kimi (və ya ona ən yaxın bir formada) tələffüz eləmək müəyyən hallarda qəbahət sayıla bilər, məncə belə olmasa da hər halda bu mənim şəxsi fikrimdi. Alimlərimiz durub bu məsələni müzakirə eliyiblərsə deməli müzakirə eləməli nə isə olub. Əgər hazırki üstünlük verilən variant Hötedirsə problem yoxdur elə də dəyişərik, məqaləni tərkibində Göte variantını da alternativ kimi verərik, daha geniş məlumat almaq istəyənlər də bu müzakirələrlə tanış ola bilər. Yəni indi bizim burda apardığımız müzakirələr də əslində ensiklopediya yaratmağın bir hissəsidi. --TimBitsتِمبِتس 16:56, 19 dekabr 2010 (UTC)Cavabla

Bu günkü vəziyyət necədir? Gəlin Ən yaxşı germanist dilçi hesab olunan alman dili mütəxəssisi professor Fəxrəddin Yadigara müraciət edək. "Laypsiqin-Leypsiq, Haynrix Haynenin-Henrix Heyne, Qotenin-Qete ..şəklində işlənilməsi nə ilə izah oluna bilər?..Yalnız və yalnız həmin sözlərin rus dilindən götürülməsi ilə" (Fəxrəddin Yadigar. "Dilimiz. Qeyrətimiz. Qayğılarımız". "Maarif", Bakı, 1997; səh. 127.

Nəticə: Bu gün dilimizdə Qete yazılması qəbul olunub. (Fəxrəddin müəllim isə Qote yazılmasını istəyir). Əslində isə bu gün üçün düzgün kompromis variant Göte`dir. Sonralar isə, inşallah, Goethe yazmaq vaxtı gələcək.--Monakhfirst 18:54, 19 dekabr 2010 (UTC)Cavabla

"Yohann Volfqanq Göte" səhifəsinə qayıt.

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024