Müzakirə:Yoldaş, səni kim apardı? Haqqinda Melumat - Vikipedia

Müzakirə:Yoldaş, səni kim apardı? Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Yoldaş, səni kim apardı?

"Yoldaş" nə vaxtın sözüdür ki? :) --Proger danış 09:20, 13 Sentyabr 2010 (UTC)

Qədimdən :)--Vago 06:13, 13 Sentyabr 2010 (UTC)
İnanmıyorum :P :) --Proger danış 09:20, 13 Sentyabr 2010 (UTC)

Yoldaş. Hər iki kəlmə çox-çox qədimdir. -- Cekli829 14:46, 13 sentyabr 2010 (Cek vaxtı ilə)

Dəvəqaçdı bu iki kəlimə də çox-çox qədimdir. Bu o demək deyil ki, onların birləşiyi qədimdir. --Proger danış 09:51, 13 Sentyabr 2010 (UTC)

Yoldaş Proger! Hər halda günəbaxan nə qədər qədimdirsə, yoldaş da o qədər qədimdir. Yoldaş sözü sırf Azərbaycan sözüdür. Bu sözün ən pik dövrü SSRİ zamanına təsadüf edir. İndinin özündə də köhnə kişilərin ən çox işlətdiyi sözdür. -- Cekli829 14:59, 13 sentyabr 2010 (Cek vaxtı ilə)

"Qədim" sözü 6 ay bundan əvvəlki tarixlərə şamil olunur (mənbə Qurani-Kərim, Yasin surəsi, 39). Bunu müzakirələrdə nəzərə almağınız xahiş olunur. :)--Vago 10:03, 13 Sentyabr 2010 (UTC)
Başa düşmədim? Bəlkə mən müsəlman deyiləm? Bu nə deməkdir? Mən dünyəvi ölkədə yaşayıram, qərarlar da dini əsaslı deyil bu ölkədə. Həm də hansı uşaq "yoldaş" deyir axı? Mənə bir 7-8 yaşlı uşaq göstərin ki, deyə "Biz, "yoldaş səni kim apardı?"" oyununu oynayırıq. Absurddur bu. --Proger danış 11:16, 13 Sentyabr 2010 (UTC)
Birincisi Vikipediya vətəndaşı olduğunuz Azərbaycan Respublikasının konstitusiyasına tabe deyil ki, qərarları da bu konstitusuya çərçivəsində olsun. İkincisi, Sizi bilmirəm, amma ən azı Azərbaycan Respublikasının ibtidai siniflərində təhsil alan 7-8 yaşlı uşaqlar "İki yoldaş" hekayəsini Ana dili kitabından oxuyub, deməli, bu söz onlara tanışdır. Üçüncüsü də "qədim" sözü ərəb sözüdür və mənə görə mötəbər mənbə hesab olunan Qurani-Kərimdə qədim sözü 6 ay əvvəl üçün işlədilib. Sizin iradınız nəyədir, mən onu başa düşmürəm? Belə bir oyunun varlığından xəbərsizsinizsə, onun adının yanlışlığı haqqında fikir yürütməniz doğru deyil (ən pis halda oyunun yaradıcısı adı belə seçib) Belə bir oyunun varlığından xəbəriniz varsa, buyurun, Sizə görə adını dəqiq deyin onu qeyd edək. Əgər bu oyunun qədimdən mövcudluğuna şübhəniz varsa, baxmayaraq ki "qədim" sözü haqqında yuxarıda həqiqəti əks etdirən, yarı zarafat, yarı ciddi fikir bildirmişəm, həmin fikrimin üstündə qalıram, lakin bu sözün məqalədə işlədilməsinin tərəfdarı deyiləm.--Vago 11:52, 13 Sentyabr 2010 (UTC)
Mən də bilirəm ki, tabe deyil. Necə "o" konstitusiyaya tabe deyil, dini kitablara da tabe deyil. O üzdən də yuxarıda gətirdiyiniz sitat yersiz idi. Mən də yersizliyi tamamladım. Söhbət uşaqların ibtidai siniflərdə nəyi keçib-keçməməyindən getmir, qədim, xalq arasında oynanılan uşaq oyunundan gedir. Məktəbin nə dəxli var? Mən sual verirəm: "Hansı uşaq bu gün deyir ki, "Biz, "yoldaş, səni kim apardı?" oyununu oynayırıq" deyir? Bilirsiniz necədir, Vikipediyada bir istifadəçi məqalə yazır və orada konkret nəyəsə mənbəsiz iddia edir. Düzdür? Bir başqası da gəlir və konkret sual qoyur. Kim deyir? Harada deyir? Mən konkret sual qoymuşam, konkret cavab olmayana qədər boş iddialar elə boş olaraq da qalacaq. Mən mənbəsiz bir "şeyə" şübhə edirəm. Düzdür? Bunu müəllif qoyub və sizdə müəəlifin tərəfindəsiniz. Düzdür? Nəhayət mənbəsizdir, düzdür? Vəssalam. Mənbə gətirilməyə qədər bu məqalədə "qədim" sözü çıxarılacaq. --Proger danış 12:09, 13 Sentyabr 2010 (UTC)
Sizə özünüzə görə yerində hesab olunan müzakirələrdə müvəffəqiyyətlər arzulayıram.--Vago 12:49, 13 Sentyabr 2010 (UTC)
Həmçinin. --Proger danış 19:37, 13 Sentyabr 2010 (UTC)
"Yoldaş, səni kim apardı?" səhifəsinə qayıt.

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024