Məclisi-fəramuşan Haqqinda Melumat - Vikipedia

Məclisi-fəramuşan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məclisi-fəramuşan

"Məclisi-fəramuşan" ("Unudulmuşlar məclisi") və ya "Məclisi-xamuşan" ("Dinməz, sakit adamlar məclisi").

Məclisi-fəramuşan
Yaranma tarixi 1872
Ləğvolma tarixi 1910

Ədəbi məclis. 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri M. M. Nəvvab, H. Qaradaği, F. Kəminə, A. Asi, M. Ə. Baki, B. Səbur, B. Fədai, M. Katib və b. şairlər idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər.

Məclisin fəal iştirakçıları redaktə

  1. Xurşidbanu Natəvan
  2. Mir Möhsün Nəvvab (1833–1919)
  3. Məşədi Abdulla bəy Abış
  4. Həsənəliağa xan Qaradağski (1847–1929)
  5. Abdulla bəy Asi (1841–1874-Qasım bəy Zakirin qız nəvəsi)
  6. Sədi Sani Qarabaği (Həsənəli xan Qaradaği) (1854–1879)
  7. Fatma xanım Kəminə (1841–1898)

Məclisin digər iştirakçıları redaktə

  1. İbrahim bəy Azər (1836–1885-Asinin böyük qardaşıdır),
  2. Mirzə Hüseyn bəy Salar (1876-cı ildə vəfat etmişdir),
  3. Mirzə Əbülhəsən Şəhid (1816–1884),
  4. Mirzə Məhəmməd Katib (1833–1888),
  5. Mirzə İsmayıl Məhzun (1821–1894),
  6. Məşədi Əyyub Baki (1866–1909)[1]

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.

Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024