Məcnun Hacıbəyov Haqqinda Melumat - Vikipedia

Məcnun Hacıbəyov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məcnun Hacıbəyov

Məcnun Salam oğlu Hacıbəyov (5 oktyabr 1935, İkinci Nügədi, Quba rayonu16 noyabr 2021) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1989).

Məcnun Hacıbəyov
Doğum tarixi
Doğum yeri İkinci Nügədi, Quba rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (86 yaşında)
Vəfat səbəbi COVID-19
Dəfn yeri
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989 "Sənətkar" medalı

Həyatı redaktə

Məcnun Hacıbəyov Quba rayonunun İkinci Nügədi kəndində yaşamışdır. 1935-ci ilin 5 oktyabrında rayonun II Nügədi kəndində doğulan aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib.[1] Akyorluq istedadını isə elə uşaq yaşlarından hiss etməyə başlayıb. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib[2].

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Aktyor yalnız "Solğun çiçəklər" tamaşında "Əbdül" rolunu oynamadığı üçün heyfislənir. 1999-cu ilin 13 iyulunu həyatının ən ağrılı günlərindən biri kimi xatırlayır. Həmin gün aktyorun ömür gün yoldaşı Zahidə xanım 57 yaşında faciəli şəkildə dünyasını dəyişib. Bir neçə ildir ürəyinə görə müalicə alır. Aktyor deyir ki, yaşlandığım üçün bəzən yaddaşım da sözümə baxmır. Buna baxmayaraq hələ də mütaliə edir. Aktyorun son yaratdığı obraz isə "Yarımştat" tamaşında olub. O, bu tamaşada Murtuz obrazını canlandırıb.

Görkəmli sənətkar 16 noyabr 2021-ci ildə 86 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. Sənətkar doğulduğu Quba rayonunun İkinci Nügədi kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.[3]

Ailəsi redaktə

Məcnun Hacıbəyovgil ailədə 9 uşaq olublar — 7 oğlan 2 qız. Əməkdar artist Məcnun Hacıbəyovun Ceyhun və Pərviz adında 2 oğlu, Zülfiyyə adında 1 qızı, 7 nəvəsi və 3 nəticəsi var.

Filmoqrafiya redaktə

İstinadlar redaktə

  1. "Əməkdar artistin 80 illik yubileyi qeyd edildi". 2015-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.
  2. "Məcnun Hacıbəyov". 2016-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-07.
  3. "Məcnun Hacıbəyov dəfn edildi". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023