Məcnun heyvanlar arasında Haqqinda Melumat - Vikipedia

Məcnun heyvanlar arasında Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məcnun heyvanlar arasında

Məcnun heyvanlar arasındaI Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.[1]

Məcnun heyvanlar arasında
Rəssam Ağa Mirək Mirzə Qiyas
Tarixi 1539-1543
Üslubu Təbriz miniatür məktəbi
Sifarişçi I Şah Təhmasib
Saxlanıldığı yer Britaniya Milli Kitabxanası

Mövzu redaktə

Nizaminin "Leyli və Məcnun" poemasında, Leylinin atasının elçilərə etiraz etməsindən sonra, Məcnun insanlardan uzaqlaşaraq səhrada yaşamağa qərar verir. Vaxt keçdikcə o, vəhşi heyvanlarla dostlaşır, dərdlərini onlarla bölüşür.

Təsvir redaktə

Üslub və dəst-xəttinə görə Ağa Mirəkə aid edilən[2] miniatür, zəngin koloriti, mənzərənin göz oxşayan məziyyəti ilə seçilir. Lakin, bu məziyyət süjetin kədərli səciyyəsi ilə bir yerə sığmır.[2] Miniatürün bütün səthi qayalıq dağlara, Yamaclardan kükrəyən qaynaqlara, ala-bula gövdəli tozağacısərv ağaclarına, bəyaz çiçək və kollara qərq olmuşdur. Belə lirik səpkidə verilən mənzərə ağac kölgəsində yatan nakam bir eşq mücəssəməsi və onun iztirabları ilə təzad təşkil edir.[2]

Miniatürün aşağı hissəsində təsvirin aid olduğu səhnədən beytlər yazılmışdır.[2]

İstinadlar redaktə

  1. "Khamsah of Nizami". bl.uk. Britaniya Milli Kitabxanası. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2017.
  2. 2,0 2,1 2,2 2,3 Zamanov, 1981. səh. 46

Ədəbiyyat redaktə

  • Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.

Həmçinin bax redaktə


Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023