Məhəbbət Mirzəyev Haqqinda Melumat - Vikipedia

Məhəbbət Mirzəyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məhəbbət Mirzəyev

Məhəbbət Zaman oğlu Mirzəyev (16 dekabr 1994, Dünyamalılar, Beyləqan rayonu2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Məhəbbət Mirzəyev
Məhəbbət Zaman oğlu Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1994(1994-12-16)
Doğum yeri
Vəfat tarixi 2 aprel 2016(2016-04-02) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi Çavuş
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Məhəbbət Mirzəyev 1994-cü ilin 16 dekabr günündə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.

Hərbi xidməti redaktə

Məhəbbət Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 12-si isə Məhəbbət Mirzəyev doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və hərbi qulluqçu Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Məhəbbət Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024