Məhəmməd Əsəd Haqqinda Melumat - Vikipedia

Məhəmməd Əsəd Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məhəmməd Əsəd

Məhəmməd Əsəd(əsl adı Leopold Vays, alm. Leopold Weiss‎; 2 iyul 1900[1][2][…], Lvov, Sisleytaniya[3]23 fevral 1992 və ya 20 fevral 1992[3]) — jurnalist.

Məhəmməd Əsəd
Doğum tarixi 2 iyul 1900(1900-07-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 fevral 1992(1992-02-23) (91 yaşında) və ya 20 fevral 1992(1992-02-20)[3] (91 yaşında)
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti yazıçı, diplomat, jurnalist, tərcüməçi, roman yazıçısı, dilçi, avtobioqraf[d], filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

1900-cü ildə Avstriya-Macarıstan imperiyasının tərkibində olan Qalisiya əyalətinin mərkəzi Lvov (Lemberq) şəhərində dünyaya gələn yəhudi əsilli Leopold Vays gənc yaşlarında Fələstində yaşayan qohumlarına baş çəkir, bu zaman İslam dünyası və müsəlmanların həyatı ilə yaxından tanış olur. İslam dini ilə dərindən maraqlanan köhnə aqnostik L. Vays 26 yaşında İslamı qəbul edir və özünə Məhəmməd Əsəd adını verir.

Məhəmməd Əsəd uzun illər Səudiyyə Ərəbistanının kralı İbn Səudun məsləhətçisi, 1949–52-ci illərdə isə Pakistanın BMT-də nümayəndəsi olmuş, hər iki ölkənin konstitusiyasının hazırlanmasında yaxından iştirak etmişdir.

Daim islahatlar tərəfdarı olan Məhəmməd Əsəd islam dünyagörüşü, hüquq və fəlsəfəsi haqqında çoxlu kitabın müəllifidir. Qurani-Kərimin Məhəmməd Əsəd tərəfindən ingilis dilinə izahlı tərcüməsi bütün dünyada standart kimi qəbul edilir.

Dünya səyahətçisi, tərcüməçi, diplomat, dinşünas, mütəfəkkir və politoloq Məhəmməd Əsəd dinlərarası dialoqun inkişaf etdirilməsinə, Qərb dünyasında İslam dini ilə bağlı obyektiv fikrin formalaşmasına verdiyi töhfələrə görə yüksək qiymətləndirilir.

İstinadlar redaktə


Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023