Məhəmməd Tağı Cəfəri Haqqinda Melumat - Vikipedia

Məhəmməd Tağı Cəfəri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məhəmməd Tağı Cəfəri

Məhəmmədtəqi Cəfəri — Professor Cəfəri 1304-cü günəş ilində (1926 miladi) Təbriz şəhərinin Dəvəçi məhəlləsində yoxsul bir ailədə doğulmuşdur. Boya-başa çatdıqdan sonra məktəbə getmişdir. O gündüzlər işləyib, gecələr məlumat əldə etmək üçün çalışmışdır.

Məhəmməd Tağı Cəfəri
Doğum tarixi
Doğum yeri Dəvəçi
Vəfat tarixi 16 noyabr 1998(1998-11-16)
Vəfat yeri
Fəaliyyəti dilçi, filosof, tərcüməçi, yazıçı
ostad-jafari.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhsil redaktə

Professor Cəfəri Təbrizin "Talibiyyə" mədrəsəsində (dini təmayüllü məktəb) təhsilin bitirib, Molla Hadi Səbzivarinin "Mənzumə"sindən və Molla Sədranın "Əsfar"ından dərs aldı. Sonra ali təhsil almaq, böyük alimlərin və müctehidlərin dərslərində iştirak etmək üçün Nəcəf-Əşrəf şəhərinə getdi.

O, dərin mütailəyə girişdi. Humanitar və ictimai elmləri, qərb fəlsəfəsini diqqətlə izlədi. Beləliklə də elə bir müstəviyə çatdı ki, çagdaş müctehidlər onun məqamını təsdiq etdilər. Sonra 33 yaşlı bu gənc alim İrana gəldi və Tehranda yaşamağa başladı.

İmam Əliyə (ə) əlaqəsi redaktə

Professor Cəfəri tədqiqdə, tənqiddə, çıxışda iqtidarlı olub dərin hafizəyə malik idi. Sadə yaşayışı ona xalq arasında hörmət qazandırmışdı. Müsəlmanların ilk imamı həzrət Əliyə (ə) həddən artıq eşq və məhəbbəti var idi və hər sözündə onun "Nəhcül-bəlağə" əsərindən sitat gətirərdi.

Yazdığı əsərlər redaktə

Professor Cəfərinin çeşidli zəminlərdə yazdığı əsərlər təkcə iranda deyil, hətta Avropada da şöhrət tapıb irfan, fəlsəfə aləmində eşsiz və təkdir. Qərbin adlım alimləri ilə məktublaşması və yaxından onlarla apardığı müsahibələr, fikir mübadilələri onun dünyagörüşünü aydınladır. 100 cilddən artıq çap olunmuş əsərləri onun mə`lumatını , fikrini və diqqətini hər tədqiq əhlinə göstərməkdədir.

Əllamə Cəfəri istəyi və eşqi dünyada hərəkətli, aktiv amillərindən bilirdi. Həqiqətin qarşısında təslim olmağı və sıxıntılar bərabərində davam gətirməyi yaşayış fəlsəfəsi sanırdı.

Kitabları redaktə

və başqa kitabları [1] Arxivləşdirilib 2008-04-02 at the Wayback Machine

Vəfatı redaktə

Professor, Filosof, Şərqin irfan səmasında parlaq günəş əllamə Cəfəri 73 yaşında dünyasını dəyişdi və Məşhəddə topağa tapşırıld.

Qaynaq – Mənbə redaktə


Saytda 47 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023