Məhəmməd ibn Əbu Sac Haqqinda Melumat - Vikipedia

Məhəmməd ibn Əbu Sac Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məhəmməd ibn Əbu Sac

Əbu Übeydullah Məhəmməd ibn Əbu SacƏbu Sac Divdadin oğlu, sərkərdə.

Əbu Übeydullah Məhəmməd ibn Əbu Sac
محمد بن أبي الساج
889 – 901
ƏvvəlkiƏbu Sac Divdad
SonrakıDivdad ibn Məhəmməd
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Bərdə
Fəaliyyəti rəhbər[d]
Atası Əbu Sac Divdad

Hakimiyyətə gəlməzdən öncə redaktə

879-cu ildə Əmr ibn Leysin xidmətində Məkkə səfiri olaraq fəaliyyətə başlamışdı. Daha sonraları ƏnbarRəhba şəhərlərinin valiliyinə gətirilmişdir. 884-cü ildə Əhməd ibn Tulunun ölümündən sonra İshaq ibn Kundac əl-Xəzəri ilə ittifaqa girərək oğlu Xumaraveyxə qarşı döyüşsə də məğlub oldu və daha sonra Xumaraveyxin tərəfinə keçərək 1 il Mosul vilayətini əlində saxladı. 889-cu ildə İshaq tərəfindən məğlub edilərək Bağdada qaçdı və həmin il əl-Müvəffəq tərəfindən Azərbaycana vali olaraq göndərildi.

Azərbaycanda redaktə

Azərbaycana gələn kimi ilk işi Marağada üsyan edən Abdullah Həmdaninin üsyanını yatırmaq oldu. 893-cü ilin mayında ona yalandan bağışlanmaq vəd verib edam etdirən Məhəmməd Marağanı öz paytaxtı etdi. Lakin əsasən Bərdədə otururdu.

Ermənilərlə münasibətlər redaktə

885-ci xəlifə əl-Mötəmid bölgəyə Bizans işğalından qorunmaq üçün Baqratuni sülaləsindən I Aşotu hökmdar kimi təyin etmişdi.[1] Onun ölümündən sonra taxta oğlu I Smbat (Baqratuni) çıxmışdı. Məhəmməd də öz növbəsində Smbata vassal statusunun simvolu olaraq xəlifə adından tac və hədiyyə göndərmişdi. Lakin 895-ci ildə erməni ordusunun ArranGürcüstana hücumuna cavab olaraq Məhəmməd DəbilNaxçıvan torpaqlarını da öz ərazisinə qatmışdı, lakin məğlub olaraq yenidən sülh imzaladı[2]. 898-ci ildə özünü müstəqil elan edəndən sonra yenidən Ermənistana hücum edən Məhəmməd bu dəfə Qarsı ələ keçirib Smbatın həyat yoldaşını əsir götürdü, oğlu Divdadı Dəbilə hakim qoydu. 899-cu ildə Smbatın oğlu Aşot (gələcək hökmdar II Aşot) müqabilində girov dəyişimi etdi. Aşot Məhəmmədin sarayında yaşamağa başladı. Həmin il Vaspurakan hakimi Aşot-Sarkis Artsrunini də özündən asılı hala salmışdı. Həmin il Tiflisi ələ keçirdi. 900-cü ildə Vaspurakanı işğal edərək birbaşa öz torpaqlarına qatdı.

Müstəqilliyi redaktə

898-ci ildə "Afşin" titulunu qəbul edərək özünü xilafətdən müstəqil elan etmişdi. Bərdədə tapılan sikkələrin üzərində "afşin" titulu var. Lakin daha sonra yenidən xəlifəyə tabe oldu. 901-ci ildə mart ayında Bərdədə xəstəlikdən vəfat etdi. Yerinə oğlu Divdad ibn Məhəmməd keçdi.

Ailəsi redaktə

Divdad ibn MəhəmmədƏbül-Müsafir Fəth adlı iki oğlu vardı.

İstinadlar redaktə

  1. Nina Qarsoiyan (2004). "The Independent Kingdoms of Medieval Armenia". Armenian People form Ancient to Modern Times, cild. I : The Dynastic Periods: From Antiquity to the Fourteenth Century. Palgrave Macmillian. ISBN 978-1403964212., səh. 244
  2. Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 0-521-20093-8.səh 229

Saytda 144 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024