Məhəmmədsəlim bəy Gərmərudi Haqqinda Melumat - Vikipedia

Məhəmmədsəlim bəy Gərmərudi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məhəmmədsəlim bəy Gərmərudi

Məhəmmədsəlim bəy Gərmərudi — şair, yüzbaşı.

Məhəmmədsəlim bəy Gərmərudi
Doğum yeri Sərab vilayəti, Gərmərud mahalı, Baslıq kəndi
Fəaliyyəti şair

Həyatı redaktə

Məhəmmədsəlim bəy Sərab vilayətinin Gərmərud mahalının Baslıq kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qızılbaş ordusunda xidmət etmişdi. Yüzbaşı rütbəsi vardı.

Məhəmmədsəlim bəy şair idi. Əfqan təxəllüsü ilə qəlboxşayan şeir yazırdı. Ünlü bioqraf Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: "Əfqan Məhəmmədsəlim bəy yüzbaşı Azərbaycanın Gərməri mahalından, söz ustalarındandır. Onun 600 beytdən ibarət qəzəllər və rübailər divanı vardır. Aşağıdakı rübailər ondandır:

Yaradıcılığı redaktə


Səni axtaranda mənim ayaqlarım titrəyir,

Günahdan qorxub, duada dodaqlarım titrəyir.

Camalın gülüstanını görmək həvəsilə mən,

Gecə həm gündüz nəsim kimi gözlərim titrəyir.

Tikdi məscid binası – bir sığıncaq, Əfqan,

Hər axşam faydalansın gələnlər oradan.

Allahın fəzlilə bu bina çatdı sona,
“Min Fəzlillah” sözünü tarix etdim ona.
(Hicri qəməri 1037\1627)

Mənbə redaktə

İstinadlar redaktə


Saytda 188 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024