Məhərrəm Bədirzadə Haqqinda Melumat - Vikipedia

Məhərrəm Bədirzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məhərrəm Bədirzadə

Məhərrəm Əlisəftər oğlu Bədirzadə — Azərbaycanın televiziya rejissoru, əməkdar incəsənət xadimi (2006).

Məhərrəm Bədirzadə
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (76 yaşında)
Vəfat səbəbi uzun sürən xəstəlik
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti Rejissor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2006

Həyatı redaktə

Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb[1]. Uşaqlıq çağları Novxanı bağlarında keçib. 190 saylı orta məktəbi bitirdikdən sonra həmin ildə də də Mirzə Ağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. 1971-ci ildə Azərbaycan Televiziyasına işə qəbul olunub.[2]

Məhərrəm Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. Sevdiyi peşəsini tələbələrə şövqlə, can yanğısı ilə öyrədir.

8 aprel 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.[3]

Filmoqrafiya redaktə

  1. Mənim günahım (film, 1985)
  2. "Qayınana" əməliyyatı (film, 1999)
  3. Bağdada putyovka var... (film, 2000)
  4. Gəl qohum olaq (film, 2001)
  5. Mən sənin dayınam (film, 2001)
  6. Gəlinlər (film, 2002)
  7. Yol yoldaşları (film, 2003)
  8. Sonuncu şahid (film, 2004)
  9. Mənim üçün varsan (film, 2005)
  10. Təlatüm (film, 2006)
  11. Gürzə (2008)
  12. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  13. Ünvansız eşq (2011)
  14. Səni axtarırıq... (film, 2013)
  15. Dələduzlar (film, 2014)
  16. Zirvə yolunun xoşbəxt adamı (film, 2016)

İstinadlar redaktə

  1. "Bədirzadə Məhərrəm Əlisəttar oğlu". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-10.
  2. Mədəniyyət TV. "Məhərrəm Bədirzadənin anadan olmasından 79 il ötür" (az.). Youtube.com. 15.01.2024. 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-15.
  3. Turan. "Görkəmli televiziya rejissoru dünyasını dəyişdi" (az.). "Şərq" qəzeti. 08.04.2021. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.

Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024