Məhərrəm Nəcəfzadə Haqqinda Melumat - Vikipedia

Məhərrəm Nəcəfzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məhərrəm Nəcəfzadə

Məhərrəm İsmayıl oğlu Nəcəfzadə (30 noyabr 1966, Bakı21 dekabr 2023) — musiqiçi. 15 musiqi alətində ifa bacarığı ilə tanınıb.

Məhərrəm Nəcəfzadə
Ümumi məlumatlar
Doğum tarixi 30 noyabr 1966(1966-11-30)
Doğum yeri
Vəfat tarixi 21 dekabr 2023(2023-12-21) (57 yaşında)
Musiqiçi məlumatları
Təhsili

Həyatı redaktə

Məhərrəm İsmayıl oğlu Nəcəfzadə 1966-cı il noyabrın 30-da Bakıda anadan olub.[1][2] 1973-1981-ci illərdə Yasamal rayonundakı 172 saylı məktəbdə oxuyub. 1981-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun tar sinfinə daxil olub. 1986-cı ildə təhsilini başa vurub. Xırdalan şəhərindəki Abşeron Mədəniyyət Sarayında ansambl rəhbəri, Müəllimlər Mərkəzində konsertmestr, Dövlət Muğam Teartrının muğam-studiyasında xanəndə Mürşüd Məmmədovun sinfində müşayiətçi, tarzən-konsertmeystr, "Şəms" instrumental ansamblının yaradıcısı və bədii rəhbəri olub. Məhərrəm Nəcəfzadənin qardaşları Abbasqulu, Mehdi, İlham musiqiçilərdir. Onlar 1988-ci ildə "Qardaşlar" kvarteti yaradıblar.

21 dekabr 2023-cü il tarixində vəfat edib.[3]

İstinadlar redaktə

  1. modern.az. "Tanınmış virtouz ifaçı vəfat etdi". modern.az (az.). 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  2. "Arxivlənmiş surət". 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  3. "Tanınmış musiqiçi qəfil vəfat etdi - FOTO". Oxu.Az (az.). 2023-12-21. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.

Saytda 181 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024