Məhkəmə Haqqinda Melumat - Vikipedia

Məhkəmə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məhkəmə — Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı.[1] Ədalət mühakiməsini həyata kеçirən, haqqın, ədalətin təntənə çalmasına xidmət еdən, dövlətin Ali hakimiyyət orqanı.

Məhkəmə

Azərbaycan Respublikasının Məhkəmə Sistemi Azərbaycan Respublikası ALİ məhkəməsində, Apelyasiya məhkəmələrindən, ümumi məhkəmələrdən və digər ixtisaslaşmış məhkəmələrdən ibarətdir. Azərbaycanda üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir:

  1. Birinci instansiya məhkəmələri
  2. Apelyasiya instansiyası məhkəmələri
  3. Kassasiya instansiyası məhkəməsi

Birinci instansiya məhkəmələri redaktə

Birinci İnstansiya məhkəmələri İlkin məhkəmə orqanlarıdır. Birinci İnstansiya məhkəmələrinə Rayon (Şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli iqtisad məhkəmələri və ağır cinayətlərə dair işlər üzrə məhkəmələr daxildirlər.

Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş mülki və cinayət işlərinə, o cümlədən inzibati xətalara dair işlərə baxır.

Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər mübahislərdən irəli gələn işlərə baxılır.

Apelyasiya instansiya məhkəməsi redaktə

Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir.

Maraqlı şəxslərin şikayətinə və prokurorun protestinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq onu dəyişdirmədən saxlayır, yaxud ləğv edərək yeni qərar çıxarır, yaxud iş üzrə icraata xitam verir, yaxud ərizəni baxılmamış saxlayır, yaxud da dəyişdirilməsi barədə qərar qəbul edir.

Kassasiya instansiya məhkəməsi redaktə

Kassasiya instansiya məhkəməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda apelyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir.

Kassasiya instansiya məhkəməsi işlərə baxarkən əvvəllər qəbul edilmiş qərarları ya baxılmamış saxlayır (yəni qərarı dəyişdirmir), yaxud qərarı dəyişdirərək yeni hökm və ya qərar çıxarır, yaxud da hökmü və ya digər qərarı ləğv edərək yenidən baxılması üçün geriyə göndərir (yəni əgər əvvəllər cinayət işinə apellyasiya məhkəməsində baxılıbsa, yenidən apelyasiya instansiya məhkəməsinə qaytarır).

İstinadlar redaktə

  1. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. 2006

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024