Məlik Aslan bəy Məlikyeqanlı Haqqinda Melumat - Vikipedia

Məlik Aslan bəy Məlikyeqanlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məlik Aslan bəy Məlikyeqanlı

Məlik Aslan bəy Bağdad bəy oğlu (1787, Tuğ1832, Tuğ) — Qarabağ bəylərindən, Dizaq mahalının naibi.

Məlik Aslan bəy Bağdad bəy oğlu
Məlik Aslan bəy Bağdad bəy oğlu
Doğum tarixi 1787
Doğum yeri
Vəfat tarixi 1832
Vəfat yeri
Dəfn yeri
Uşaqları

Şirin bəy, Hacı Fərhad bəy, Kərbəlayi Əli Qulu bəy, Firudin bəy,

Nəcəf bəy, Haci Abbas bəy

Həyatı redaktə

Aslan bəy Bağdad bəy oğlu Dizaq mahalının Tuğ kəndində dünyaya gəlmişdi. Bir neçə dildə savad almışdı. Rus dilini də bilirdi. Məliklik taxtına çıxıb, Dizaq mahalını idarə etməyə başladı. Tarixçi Mir Mehdi Xəzani "Kitabi-tarixi-Qarabağ" adlı əsərində yazır: "Amma sonra mərhum Mehdiqulu xan əsri və dövləti Rusiya zamanı yenə Məlik Aslan bəy və oğlanları tərəqqilər bulub, mahallara hakim və naib olub, əyani-vilayət cümləsindən məhsub oldular."[1].

Məlik Aslan Dizaq piyadalarının başında rus-Iran savaşlarında iştirak etmişdi. Bundan başqa rus əsgərlərini və zabitlərini öz hesabına ərzaqla təmin edirdi. Hətta bir dəfə feldmarşal Paskeviçi qoşunu ilə bərabər qonaqlamışdı. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: "Paskeviç sərdar dəxi o səfərdə gəlib, Qarabağda Təxti-tavusda ki, Dizaq mahalında və Quru çay üstə bir məhəldir, orda qoşun ilə bir müddət əyləndi. Çərəkən kənarında da bir ay yarım dayandı. Əlhəqq Məlik Aslan bəy Dizaqi o vaxtdan sərdar Paskeviç xidmətində çox layiqli xidmətlər etmişdi. Orada qoşuna nabələd vaxtı çox tüncü və tədarükat hazırlayıb, sərdarı və qoşunu məmnun və razı eləmişdi"[2].

Məlik Aslan rus üsul-idarəsi dönəmində Zəngəzur mahalının da naibi olmuşdu.

Ailəsi redaktə

Məlik Aslanın uruğu Məlik-Aslanov soyadını daşıyır.

Övladları: Şirin bəy(1803-1863), Hacı Fərhad bəy(15.06.1805,Tuğ-1889,Tuğ), Kərbəlayi Əli Qulu bəy(1810-?), Firudin bəy(15.06.1811,Tuğ-27.05.1857,Tuğ), Nəcəf bəy(1816-?), Haci Abbas bəy(1817-?)

İstinadlar redaktə

  1. Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1991.
  2. Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1991.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu. Məlik Yeqan və onun törəmələri. "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–34.
  • Məlik-Aslanovların soyağacı haqqında, N.A. Cavanşir Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh: 23-25 ISBN 5-86871-204-4

Həmçinin bax redaktə

Məlik-Aslanovlar

Məlik-Aslanovlar[+]


Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024