Məmməd Cəfər Haqqinda Melumat - Vikipedia

Məmməd Cəfər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məmməd Cəfər (Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu; 9 may 1909, Naxçıvan11 may 1992, Bakı) — tənqidçi, ədəbiyyatşünas, nasir,Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1982).[1]

Məmməd Cəfər
Doğum tarixi 9 may 1909(1909-05-09)
Doğum yeri
Vəfat tarixi 11 may 1992(1992-05-11) (83 yaşında)
Vəfat yeri
Elm sahəsi ədəbiyyatşünaslıq
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1982 Azərbaycan SSR Dövlət mükafatı
"Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni
Məmmədcəfər Cəfərovun evi

Həyatı redaktə

Məmmədcəfər Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini burada aldıqdan sonra 1928-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyub. Daha sonra 1932-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. O, 1935-1938-ci illərdə həmin universitetin Ərəb ədəbiyyatı kafedrasının aspirantı olub.[1]

Əmək fəaliyyəti redaktə

Məmmədcəfər Cəfərov ADPU-nun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, 1932-1935-ci illərdə "Gənc işçi", "Maarif işçisi" qəzetlərinin redaksiyalarında şöbə müdiri olub. O, 1938-1939-cu illərdə Ədəbiyyat fakültəsinin dekanı, 1939-1941-ci illərdə Bakı İkiillik Müəllimlər İnstitutunda baş müəllim vəzifəsini icra edib. BDU-nun Rus ədəbiyyatı kafedrasında dosent, həmçinin "Ədəbiyyat qəzeti" redaksiyasında şöbə müdiri (1941–1943) olub.[1]

Məmmədcəfər Cəfərov 1943-1945-ci illərdə Quba Müəllimlər İnstitutunda elmi işlər üzrə direktor müavini, eyni zamanda 1945-1949-cu illərdə "Ədəbiyyat qəzeti"nin redaktoru olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı olan Cəfərov Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi (1945–1951) olaraq fəaliyyət göstərib.[1]

Məmmədcəfər Cəfərov Bakı Dövlət Universitetinin 1951-1953-cü illərdə Rus ədəbiyyatı kafedrasının müdiri, 1959-1979-cu illərdə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, 1979-1981-ci illərdə həmin institutun direktoru olub. Akademik Azərbaycan EA Ədə­biy­yat, Dil və İncəsənət Bölməsinin aka­de­mik-katibi (1981-1987) və 1987-1992-ci illərdə Azər­bay­can Elm­lər Aka­demiyası Əlyaz­ma­lar İns­titutun­un baş elmi işçisi vəzifələ­rində çalışıb.[1]

Akademik fəaliyyəti redaktə

Məmmədcəfər Cəfərov ədəbi fəaliyyətə 1937–1938-ci illərdə "Kommunist", "Yeni yol" və "Ədəbiyyat qəzeti"ndə N. Q. Çernişevski, A. İ. Gertsen, V. Q. Belinski, Anri Barbüs, M. Qorki və V. Mayakovski kimi sənətkar yazıçılar haqqında dərc etdirdiyi məqalələrlə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxan elmi, ədəbi-tənqidi-publisist və bədii əsərləri onu elmi, ictimai və publisist fikrimizin mötəbər xadimi kimi tanıdır. Onun yaradıcılığı çoxcəhətli və geniş əhatəlidir: Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan, rus və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri və ali məktəblər üçün mühazirələri onu tənqidçi, ədəbiyyatşünas-alim, pedaqoq kimi səciyyələndirir.

İlk bədii əsəri "Snayper İlyas" (B., Azərnəşr, 1942) oçerklərindən başqa əsərlərini "Zurnaçı", "M. N.", "Dəmdəməki", "Zorən təbib", "M. Zeynaloğlu" imzaları ilə çap etdirmişdir. Aspirant və dissertantlara elmi rəhbərlik etmiş, elmlər namizədi və elmlər doktorları yetişdirmiş, akademik Feyzulla Qasımzadə ilə birlikdə orta məktəb üçün XIX–XX əsrlər ədəbiyyat dərsliyini yaratmışdır. 30 ilə yaxın pedaqoji fəaliyyəti ərzində rus ədəbiyyatı, Qərb ədəbiyyatı, estetika və tənqid tarixi, mətbuat tarixi, Azərbaycan ədəbiyyatı tarixi kurslarını yaratmış və tədris etmişdir. Onun ədəbi-tənqidi və publisist əsərləri keçmiş SSRİ xalqlarının dillərində nəşr olunmuşdur. "Mirzə Ələkbər Sabir" və "Cəlil Məmmədquluzadə" kitabları rus, ingilis, fransız, ərəb, fars, ispan, türk dillərində buraxılmışdır. O, 1970-1974-cü illərdə ali məktəblər üçün 3 cildlik "XIX əsr rus ədəbiyyatı tarixi" kitabını nəşr etdirib.[1]

Akademik "M.F.Axun­­­dovun ədə­bi-tənqidi gö­rüş­ləri" (1950), "Füzuli düşünür" (1959), "Hüseyn Cavid" (1960), "Azər­bay­can ədə­biyyatında romantizm" (1963), "Mü­tə­fəkkirin şəx­siyyəti" (1967), "Nizami­nin fikir dün­­ya­sı" (1982) və s. təd­qi­qat­la­rın müəllifidir. Alimin rəhbərliyi ilə onlarla elmlər na­­mizədi və elmlər doktoru təd­qiqat apa­­rıb. Məmmədcəfər Cəfərovun 30-dan artıq kitabı, 750-yə qə­­dər məqaləsi işıq üzü görüb.[1]

Vəfatı redaktə

Məmmədcəfər Cəfərov 11 may 1992-ci ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn edilib.[1]

Mükafatları redaktə

İstinadlar redaktə

  1. 1,00 1,01 1,02 1,03 1,04 1,05 1,06 1,07 1,08 1,09 1,10 "Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu" (Azərbaycan). science.gov.az. 16-09-2021 tarixində arxivləşdirilib.
  2. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1976-cı il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  3. Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

Xarici keçidlər redaktə


Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023