Məmmədhəsən Hacınski Haqqinda Melumat - Vikipedia

Məmmədhəsən Hacınski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məmmədhəsən Hacınski

Azərbaycanlı dövlət xadimi

Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (3 (15) mart 1875, Bakı9 fevral 1931, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti və son sədri, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya SeymininZaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin ticarət və sənaye naziri, Bakı Şəhər Dumasının üzvü.

Məmmədhəsən Hacınski
bayraq
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Dövlət Plan Komitəsinin sədr müavini
bayraq2
1923 – 1931
SonrakıHeydər Vəzirov
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti sədri
bayraq2
1 aprel 1920 – 27 aprel 1920
ƏvvəlkiNəsib bəy Yusifbəyli
Sonrakıvəzifə ləğv olundu
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin ticarət, sənaye və ərzaq naziri
bayraq2
18 fevral 1920 – 30 mart 1920
HökumətII Yusifbəyli hökuməti
ƏvvəlkiXudadat bəy Məlik-Aslanov
Sonrakıvəzifə ləğv olundu
24 dekabr 1919 – 18 fevral 1920
HökumətII Yusifbəyli hökuməti
ƏvvəlkiMəmmədhəsən Hacınski (özü)
SonrakıMustafa bəy Vəkilov
Oktyabr 1919 – 22 dekabr 1919
HökumətI Yusifbəyli hökuməti
ƏvvəlkiNəsib bəy Yusifbəyli
SonrakıMəmmədhəsən Hacınski (özü)
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri
bayraq2
26 dekabr 1918 – 16 yanvar 1919
HökumətII Xoyski hökuməti
Əvvəlkivəzifə ləğv edilib
SonrakıNəriman bəy Nərimanbəyli
17 iyun 1918 – 6 oktyabr 1918
HökumətII Xoyski hökuməti
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
6 oktyabr 1918 – 7 dekabr 1918
HökumətII Xoyski hökuməti
ƏvvəlkiƏbdüləli bəy Əmircanov
Sonrakıİvan Protasov
28 may 1918 – 6 oktyabr 1918
HökumətII Xoyski hökuməti
I Xoyski hökuməti
Əvvəlkivəzifə təsis edilib
SonrakıƏlimərdan bəy Topçubaşov
7 dekabr 1918 – 27 aprel 1918
FraksiyaMüsavat və bitərəflər fraksiyası
27 may 1919 – 7 dekabr 1919
FraksiyaMüsavat və demokratik bitərəflər qrupu
22 aprel 1918 – 26 may 1918
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
23 fevral 1918 – 26 may 1918
FraksiyaMüsəlman fraksiyası
QrupMüsavat və demokratik bitərəflər qrupu
Zaqafqaziya Komissarlığı ticarət və sənaye komissarının müavini
11 noyabr 1917 – Yanvar 1918
KomissarMəmməd Yusif Cəfərov
Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədr müavini
12 iyul 1917 – 28 may 1918
SədrƏlimərdan bəy Topçubaşov
ƏvvəlkiMəhəmməd Əmin Rəsulzadə
Sonrakıvəzifə ləğv edilib
29 mart 1917 – 12 iyul 1917
Əvvəlkivəzifə təsis edilib
SonrakıƏlimərdan bəy Topçubaşov
1902 – 1917
Şəxsi məlumatlar
Doğum tarixi 3 (15) mart 1875
Doğum yeri
Vəfat tarixi 9 fevral 1931(1931-02-09) (55 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
  • Sankt-Peterburq Dövlət Texnologiya İnstitutu[d]
Fəaliyyəti diplomat, memar, siyasətçi, mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı real məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir.

1908-ci ildə Bakıya qayıdaraq, tikinti işlərində, müəllifi Nikolay fon der Nonne olan baş şəhərsalma planı təkmilləşdirilməsində iştirak etmişdir. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin nəcibləşdirməsi barədə kitab nəşr olunur.

Çar Rusiyası dövrü redaktə

1913-cü ildə Bakı Şəhər İdarəsinə rəhbərlik edirdi. O, Şirvanşahlar Sarayına xüsusi diqqət yetirirdi, sarayın bərpası və qorunması haqqında tez-tez təkliflər irəli sürürdü. Hacınskinin təşəbbüsü ilə Ömər Abuyev və Zivər bəy Əhmədbəyov sarayın gələcək bərpası üçün elmi-tədqiqat işləri aparmışdılar. 1902–1917-də Bakı Şəhər Dumasının üzvü olmuşdur. Hümmət və müsəlmanlar arasında savadlılığı yayan "Nəşri-maarif" cəmiyyətinin yaradıcılarından biri idi, "Nicat" müsəlman maarif cəmiyyəti və Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin Mərkəzi Komitəsinin rəhbərliyində çalışmışdı.

1917-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayını açıq elan edib, fəal iştirak etmişdi. Həmin ilin mayında müsəlmanlarının Moskva qurultayında da iştirak etmişdir. 

Keçid dövrü redaktə

Zaqafqaziya Komissarlığının ticarət və sənaye komissarının müavini (Məmməd Yusif Cəfərovun müavini) vəzifəsində işləmişdir. Müsavat üzvü olaraq Zaqafqaziya Seyminin üzvü seçilmişdir. Osmanlı imperiyası ilə danışıqlar aparan nümayəndə heyətinin üzvü idi. Trabzon konfransında iştirak edərkən, Seymin danışıqların dayandırılması qərarını şikayət edib, bunu sülhün pozulması cəhdi kimi qiymətləndirmişdi və bunu tarixdə görünməmiş təxribat adlandırmışdı.

Hacınskinin məsləhəti ilə, Akaki Çxenkeli danışıqları kəsmədi. Hacınski də daxil olmaqla, nümayəndə heyətinin bir neçə üzvü Trabzonda qaldı. Hacınski Ənvər paşa ilə söhbətdə Osmanlı imperiyasının Cənubi Qafqazda apardığı siyasəti təhlil etmişdir. Hacınskinin sayəsində Osmanlı imperiyası sülh təşəbbüsü ilə çıxış etməyə başladı.

Zaqafqaziya Demokratik Federativ Respublikası dövründə Məmmədhəsən Hacınski ticarət və sənaye naziri idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü redaktə

Batum konfransında Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən Zaqafqaziya Seyminin altı əsas nümayəndəsindən biri idi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Müsavat və demokratik bitərəflər qrupundan üzvü, həmçinin İstiqlal Bəyannaməsini imzalayan 26 şəxsdən biri olmuşdur.

I Xoyski hökuməti redaktə

Məmmədhəsən Hacınski I Xoyski hökumətində ilk xarici işlər naziri təyin olunmuşdur. Məhəmməd Əmin Rəsulzadə ilə yanaşı Batum müqaviləsini Hacınski də imzalamışdır. 1918-ci il iyunun 14-də Hacınski Gürcüstan hökumətindən Borçalı qəzasından qoşunlarını dərhal çıxarılmasını tələb edib etiraz notası göndərmişdi. Hacınski Gürcüstan və Ermənistan hökumətlərinə Cənubi Qafqaz respublikalarının sərhədlərinin dəqiqləşdirilməsi üçün birgə komissiyanın yaradılmasını təklif etmişdi.

II Xoyski hökuməti redaktə

Məmmədhəsən Hacınski II Xoyski hökumətində də xarici işlər naziri vəzifəsini tuturdu. 1918-ci il oktyabrın 6-da kabinə daxili dəyişikliklər zamanı Məmmədhəsən Hacınski maliyyə naziri vəzifəsinə təyin olunur.

1918-ci ilin 15 – 17 noyabr tarixləri arasında Məhəmmədhəsən Hacınski xəstə olduğu üçün vəzifələri müvvəqəti olaraq Əbdüləli bəy Əmircanov tərəfindən icra olunub.

1918-ci il noyabrın 28-də o, Dağlılar Respublikası ilə müqavilə bağlayır, müqaviləyə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Dağlılar Respublikasına 10 milyon rubl məbləğində faizsiz kredit verir.

III Xoyski hökuməti redaktə

Məmmədhəsən Hacınski III Xoyski hökumətində dövlət nəzarəti naziri təyin olunur. O, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Hacınski Paris konfransında Topçubaşov rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində idi, konfrans iştirakçılarına azərbaycanlıların müstəqillik uğrunda mübarizə, ağır iqtisadi vəziyyət və Azərbaycan Xalq Cümhuriyyətinin zəngin neft yataqları haqqında məlumat vermişdir.

Hacınski Əlimərdan bəy Topçubaşov ilə birgə ABŞ vətəndaşı M. Robinovu Azərbaycan nümayəndə heyətinin maliyyə məsləhətçisinin vəzifəsinə təyin edilməsi barədə əmri imzalamışdır. Hacınski Parisdə Dağlılar Respublikası ilə imzalanmış ikitərəfli müqavilənin müəllifi idi. Konfransdan Bakıya qayıtdıqdan sonra o, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Nəsib bəy Yusifbəyli ilə birlikdə Tiflisə gedir. Dövlət Müdafiə Komitəsinin əmri ilə Hacınski Fətəli xan XoyskiMəmmədrza ağa Vəkilovla birlikdə Azərbaycanı Azərbaycan-Ermənistan konfransında təmsil edən nümayəndə heyətinin işində iştirak edir. Hacınski konfrans çıxışında bildirmişdi ki, Azərbaycan və Ermənistan arasında sülhə əsas maneə sonuncunun ərazi iddiaları olmasıdı.

I Yusifbəyli hökuməti redaktə

1919-cu il oktyabr ayında I Yusifbəyli hökumətində daxili işlər naziri vəzifəsi Nəsib bəy Yusufbəylidən Hacınskiyə verildi.

II Yusifbəyli hökuməti redaktə

Hacınski 24 dekabr 1919-cu il tarixində II Yusifbəyli hökumətində yenidən daxili işlər naziri təyin olunur, lakin o, 1920-ci il fevralın 18-də bu vəzifədən uzaqlaşdırılaraq müvəqqəti olaraq ticarət, sənaye və ərzaq naziri vəzifəsinə təyin olunmuş Xudadat bəy Məlik-Aslanovun əvəzinə ticarət, sənaye və ərzaq naziri təyin olunur.

Hacınski hökuməti redaktə

II Yusifbəyli hökumətinin istefası qəbul edildikdən sonra parlament 1920-ci il martın 30-da Hacınskiyə hökumətin formalaşdırılmasını tapşırdı. Hacınski partiyalarla danışıqlar aparıb, bolşeviklərə nazir portfellərini təklif etsə də, onlardan imtina cavabını aldı. Aprelin 22-də Hacınski, parlamentin sədr müavini və sədr əvəzi Məmməd Yusif Cəfərova hökumətin formalaşdırılması mümkün olmadığını haqda məlumat verdi.

Sovet dövrü redaktə

Sovet rejimi bərqərar olduqdan sonra müəyyən müddət Azərbaycan SSR Dövlət Plan Komitəsində çalışan Hacınski, 1923-cü ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Dövlət Plan Komitəsinin sədr müavini təyin olunur.

1924-cü ildə Bakıda Azərbaycan Milli Mərkəzi yaradılmışdı. Mərkəzə ziyalılar, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin keçmiş Sovet hakimiyyətinə qarşı birgə mübarizə aparmaq üçün "Birləşmiş Zaqafqaziya Komitəsi" yaratmış, Müsavatİttihad partiyaları ilə birləşmişdi. Dağıstanda sovet hakimiyyətinə qarşı mübarizə aparan təşkilatla və kəndli partiyası ilə də əlaqə yaradılmışdı. mərkəz öz fəaliyyətində Parisdə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi "Qafqaz Siyasi Mühacirlərinin Birləşmiş Komitəsi" və Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Müsavatın İstanbul bürosunun siyasi məramnamələrini rəhbər tutmuşdur.[1].

1928-ci ilin əvvəllərində Parisdəki siyasi mühacir mərkəzlərinin göstərişi əsasında yaradılmış Qafqazın Müstəqilliyi Komitəsinin analoji forması kimi Zaqafqaziya Birləşmiş Komitəsi yaradıldı. Komitəyə Azərbaycandan Məmmədhəsən Hacınski, Məhəmməd Xəlilov və Cəfər bəy Rüstəmbəyov, Gürcüstandan Çiçinadze və Alşibay, Ermənistandan isə Ter Qazaryan və İ. Arutyunov daxil idilər.

1931-ci il sentyabrın 30-da Azərbaycan SSR Dövlət Siyasi İdarəsi kollegiyasının məhkəmə iclasında, 1932-ci il fevralın 2-də isə Tiflisdə Zaqafqaziya DSİ kollegiyası yanında məhkəmədə "Azərbaycan Milli Mərkəzinin işi"nə baxılmış, onun fəaliyyətinə son qoyulmuş, üzvləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum olunmuşlar.[1]

Partiya fəaliyyəti redaktə

1904-cü ilin axırlarında Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı.[2] Məhəmmədhəsən Hacınski də bu təşkilatın sıralarına daxil olmuşdu.

Müsavat Partiyasının ilk üzvlərindən biri idi. Müsavat Partiyasının ikinci qurultayında Məmməd Həsən Hacınski partiyanın siyasət komissiyasına və Mərkəzi Komitəsinə yenidən seçilmişdir.

22 aprel 1920-ci il tarixində Hacınski Müsavat Partiyasını tərk edir və Azərbaycan Kommunist Partiyasının üzvü olur. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Hacınski Azərbaycan şəhərlərinin abadlaşdırılması ilə məşğul olur. 1930-cu il dekabrın 3-də Lavrenti Beriyanın əmri ilə Məmməd Həsən Hacınski həbs edilir. Həbsxanada Hacınski vərəmə yolxulur. İstintaq sənədlərinə görə, Hacınski işgəncələrə dözməyərək 1931-ci il fevralın 9-da intihar edir, digər ehtimala görə, 1931-ci il martın 8-də Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetirilir.[3]Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn olunub.

Repressiya və ölümü redaktə

 
Məmməd Həsən Hacınski istintaq zamanı

1930-cu il dekabrın 3-də Lavrenti Beriyanın əmri ilə Məmmədhəsən Hacınski həbs edilir.[3]

Həbsxanada Hacınski vərəmə yolxulur. İstintaq sənədlərinə görə, Hacınski işgəncələrə dözməyərək 1931-ci il fevralın 9-da intihar edir, digər ehtimala görə, 1931-ci il martın 8-də Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetirilir.[3]

Məmmədhəsən Hacınski Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn olunub.

Xatirəsi redaktə

 
Poçt markası

2016-cı ildə Azərmarka tərəfindən Memarlar İttifaqının 80 illiyi münasibətilə hazırlanan poçt markalarından biri Məmmədhəsən Hacınskiyə həsr olunmuşdur.

Qalereya redaktə

Mənbə redaktə

Ədəbiyyat redaktə

  1. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il (PDF). Bakı: Adiloğlu. 2006. səh. 216.
  2. Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti. Bakı. 2008.
  3. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
  4. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
  5. Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
  6. Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997.
  7. Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. 2. Bakı. 2000.
  8. Elşad Qoca. Sibir dərsi. Bakı.
  9. Musa Qasımlı və E. Hüseynova. Azərbaycanın xarici işlər nazirləri. Bakı.
  10. Cəmil Həsənli. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti. Bakı. 2009.
  11. Aydın Dadaşov. Məhəmməd Həsən Hacınski. Bakı. 2004.
  12. Tadeuş Svetoxovski, Brian C. Collins. Historical dictionary of Azerbaijan Historical dictionary of Azerbaijan (#bad_url). ABŞ: Scarecrow Press. 1999. ISBN 0810835509.

İstinadlar redaktə


Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023