Məmmədsadıq Abdullayev Haqqinda Melumat - Vikipedia

Məmmədsadıq Abdullayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məmmədsadıq Abdullayev

Məmmədsadıq Məmmədağa oğlu Abdullayev (1 iyul 1924 - 18 oktyabr 2006) — alim, anatom, histoloq, Tibb elmləri doktoru (1965), professor (1965), Əməkdar elm xadimi.

Məmmədsadıq Abdullayev
Məmmədsadıq Məmmədağa oğlu Abdullayev
Doğum tarixi
Doğum yeri Lənkəran, Azərbaycan SSR
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Elm sahələri Anatom, histoloq
Elmi dərəcəsi Professor
Elmi adı Əməkdar elm xadimi
Təhsili
Mükafatları "Şərəf nişanı" (Azərbaycan), "Qızıl qələm" mükafatı

Həyatı redaktə

Məmmədsadıq Abdullayev 1 iyul 1924 ildə Lənkəran şəhərində anadan olmuşdur.1940-cü ildə,Lənkəran şəhərinin 2№-li orta məktəbini bitirmiş və 16 yaşında, Azərbaycan Tibb İnstitutuna qəbul olunmuşdur.1944-cü ildə institutu fərqlənmə ilə bitirmişdir, 1943-cü ildən son günlərinə qədər Azərbaycan Tibb İnstitutunda dərs deyib.1947-ci ildə buranın aspiranturasını və 1965-ci ildə Leninqradda S.M.Kirov adına Hərbi-Tibb Akademiyasında doktoranturanı bitirmiş və orada "Gözün hərəki aparat sinirləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, tibb elmləri doktoru adı almışdır. 1967-cı ildən professordur.1969-cu ildə Azərbaycan Tibb İnstitutunun "Histologiya" və 1969-1979-cu illərdə "İnsan anatomiyası" kafedralarının müdiri işləmişdir. 1988-2006-cı illərdə "İnsan anatomiyası" kafedrasının professoru, 1973-1979-cu illərdə Azərbaycan Anatomlar, Histoloqlar və Embrioloqlar Elmi Cəmiyyətinin sədri, 1976-1979, 1992-1995–ci illərdə Azərbaycan Tibb jurnalının baş redaktoru, 1976 - 1979-cu illərdə Azərbaycan SSR EA Terminologiya Komitəsinin üzvü olmuşdur.

1971-ci ildə SSRİ Ali Sovetinin rəyasət heyətinin fərmanı ilə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur, 2001-cü ildə "Qızıl qələm" mükafatı laureatı olmuşdur.

Məmmədsadıq Abdullyaev 18 oktyabr 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Elmi fəaliyyəti redaktə

Məmmədsadıq Abdullayevin tədqiqatları periferik sinirlərin mieloarxitektonikasının həm normada, həm də xroniki işemiya şəraitində öyrənilməsinə həsr edilmişdir. O, 300-ədək elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Bir sıra beynalxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

Əsərləri redaktə

  • "Аристотель и аристотелизм в истории анатомии" (1988);
  • "Большая трагедия малого круга" (1992);
  • "Qalenizm və renessans anatomiyasının iztirabları" (2000);
  • "İnsanın anatomiyası". I cild. (2000);
  • "Нервы в истории анатомии, их миелоархитектоника, восходящая дегенерация нервов, вегетативная природа нейрона" (2002).
  • "İnsan" (1996);
  • "Azərbaycanda XX əsrin tibb tarixində insanın anatomiyası" (2006).

Şer redaktə

"Mən daim insanlıq fikriylə yandım,
Xoşdur anılsam da, anılmasam da.
Əməyə, dostlara, haqqa inandım,
Xoşdur yanılsam da, yanılmasam da,
Çalışdım ki, xalqım getsin irəli
Özüm sanilsam da, sanılmasamda.
Gəzdim ölkələri anatom kimi,
Evdə tanınsam da, taninmasam da."

Məmmədsadıq Abdullayev

Keçidlər redaktə


Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023