Məmmədtağı Əliyev Haqqinda Melumat - Vikipedia

Məmmədtağı Əliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məmmədtağı Əliyev

Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu Əlizadə (10 yanvar 1858, Şamaxı1918, Şamaxı) — Rusiyada I Dövlət dumasının üzvü[1], "Hümmət" partiyasının yaradıcılarından biri, "Əkinçi" qəzetinin fəal müxbiri olmuşdur.

Məmmədtağı Əliyev
27 aprel (10 may) 1906 – 9 iyul (22 iyul) 1906
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1858(1858-01-10)
Doğum yeri
Vəfat tarixi 1918
Vəfat yeri
Vəfat səbəbi Mart soyqırımı
Partiya
Fəaliyyəti siyasətçi, Rusiya imperiyası I Dövlət Duması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Məmmədtağı Hacı Əbdüssəməd oğlu 1858-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Real məktəbi bitirmişdi. Moskva Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasının məzunu idi. Azərbaycanda bioloji və kənd təsərrüfatı bitkilərinin yayılmasında bu akademiyanın tələbəsi Məmmədtağı Əliyev fəal iştirak edirdi.

 
Soldan oturanlar: qardaşı Mehdi Əliyev, Məmmədtağı Əliyev, Əli bəy Hüseynzadə. Ayaq üstə: Sadıq bəy Ağabəyzadə (Sankt-Peterburq, 1886)

Məmmədtağı Şirvani təxəllüsü ilə "Əkinçi" qəzetinə məqalə yazırdı.[mənbə göstərin]

Məmmədtağı Əliyev Almaniyada, Finlandiyada yaşamışdı. Bir neçə dildə – alman, fransız, ərəb, fars və rus dillərində gözəl danışan Məmmədtağı Əliyev Rusiyada I Dövlət Dumasının deputatı olmuşdur. Duma qovulduqdan sonra isə Şamaxıya qayıtmış və şəhərin ictimai həyatında fəaliyyət göstərmişdir. Onun zəngin və nadir şəxsi kitabxanası olmuşdur. Həmin kitabxanada nadir əlyazmaları və məşhur adamların avtoqrafları xüsusilə diqqətəlayiq imiş. Məmmədtağı Əliyevin nüfuzu, elmi dünyagörüşü, milli təəssübkeşliyi hamıya məlum idi və ermənilər 1918-ci ilin martında azərbaycanlılara qarşı Şamaxıda törətdikləri qətliam zamanı onun evinə də hücum etmişdilər. Öz ocağını, zəngin kitabxanasını qoruyan Məmmədtağını ermənilər vəhşicəsinə öldürmüş və bütün mülkünə od vuraraq külə döndərmişdilər.[2]

Bu hadisədən xəbər tutan Mirzə Mahmud təcili Bakıya gəlir və qardaşının qaçqın düşmüş ailəsini, yaxın qohumlarını götürüb Aşqabada qayıdır. Mirzə Mahmud yüksək təhsil ala bilməsə də həyatın çətinlikləri ilə üz-üzə qalmış, tacir olana qədər keçdiyi və yaşadığı həyat yolu ona dünyanın hər üzünü tanıtdırmışdı. Aşqabada köçən Hacı Əndüssəməd orada Şuşa gözəli Nabat xanımla evlənmişdi. Nabat xanım gənc yaşlarında vəfat etmişdi.

Ələşrəf Əlizadənin babasıdır.

Həmçinin bax redaktə

İstinadlar redaktə


Saytda 41 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023