Məqsəd İsayev Haqqinda Melumat - Vikipedia

Məqsəd İsayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məqsəd Müzəffər oğlu İsayev (7 iyun 1994-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.

Məqsəd İsayev
Ümumi məlumatlar
Tam adı Məqsəd Müzəffər oğlu İsayev
Doğum tarixi (29 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
Boyu 169
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Qəbələ
Nömrəsi 27
Karyerası
Gənclik karyerası
2009—2010 Azərbaycan Neftçi Bakı
Klub karyerası[* 1]
2013–2018 Azərbaycan Neftçi Bakı 100 (1)
2018 Azərbaycan Keşlə 6 (1)
2018–2020 Azərbaycan Sabah 42 (1)
2020–2021 Azərbaycan Səbail 22 (0)
2021–h.h Azərbaycan Qəbələ 29 (1)
Milli yığma[* 2]
2009 Azərbaycan Azərbaycan U-15 1 (0)
2010—2011 Azərbaycan Azərbaycan U-17 3 (0)
2012—2013 Azərbaycan Azərbaycan U-19 2 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 14 may 2022 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası redaktə

Məqsəd İsayev 1994-cü ildə Bakıda anadan olmuşdur. Məqsəd 9 yaşı olarkən Əli Abuzərovun rəhbərliyi altında Bakı olimpiya idman liseyində futbolla məşğul olmağa başlamışdır. O, beş il bu liseydə təhsil almışdır. Məqsəd Tiflisdə yerləşən rus-gürcü müasir humanitar universitetinin idarəetməsinin fakultəsinin tələbəsi olmuşdur.

Klub karyerası redaktə

Çempionat redaktə

Məqsəd İsayev Neftçi Bakı klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasına 2009-cu ildə Neftçi klubunun gənclərdən ibarət U-17 millisində başlamışdır. İki il burada çıxış etdikdən sonra Neftçi Bakı klubunun əvəzedici komandasına keçmişdir. Məqsəd 2013-cü ildən Neftçi Bakı klubunun əsas heyətinin oyunçusudur.

Kubok redaktə

O, Neftçi Bakı klubu ilə Azərbaycan Kubokunda bir oyunda iştirak etmişdir.[1]

Tarix Raund Klub Rəqib Liqa Nəticə
1 4 dekabr 2013 İkinci raund - 1/8 final «Neftçi» «Kəpəz» Premyer Liqa 1 : 0

Milli komanda redaktə

U-17 redaktə

Məqsəd İsayev Azərbaycan U-17 millisi ilə debütünü 22 oktyabr 2010-cu ildə Avropa Çempionatının təsnifat mərhələsində Portuqaliya millisinə qarşı oyunda etmişdir.[2]

U-19 redaktə

Məqsəd İsayev Azərbaycan U-19 milli futbol komandası ilə debütünü 28 oktyabr 2012-ci ildə Avropa Çempionatının təsnifat mərhələsində Gürcüstan millisinə qarşı oyunda etmişdir. Xorvatiyanın Zapreşiç şəhərində keçirilən görüşdə Azərbaycan millisi rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.[3]

Uğurları redaktə

Neftçi Bakı klubunun heyətində 2013 Futbol üzrə Azərbaycan Superkubokunun finalçısı olmuşdur.[4]

İstinadlar redaktə

Xarici keçidlər redaktə

Tarixçə redaktə


Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024