Mərakeş Haqqinda Melumat - Vikipedia
Tatli.Biz

Mərakeş Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mərakeş

Mərakeş (ərəb. المغرب‎‎‎‎, əl-Məğrib, tərcümədə "Qərb" deməkdir, və ya Məğrib əl-Əksa, "Uzaq qərb"), tam rəsmi adı Mərakeş Krallığı (ərəb. المملكة المغربية‎‎‎‎, Əl-Məmləkə Əl-Məğribiyə) — Afrika materikinin şimal-qərb hissəsində ərəb dövləti. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.

Mərakeş Krallığı

ərəb. المملكة المغربية‎‎
bər. ⵜⴰⴳⵍⴷⵉⵜ ⵏ ⵍⵎⴰⵖⵔⵉⴱ
fr. Royaume du Maroc
Mərakeş
Mərakeş gerbi
Gerbi
Şüarı: Allah, Vətən və Kral
Himni: Mərakeş himni
(azərb. "Çerifian himni"‎)
Mərakeş xəritədə yeri
PaytaxtıRabat
Ən böyük şəhəriKasablanka
Rəsmi dilləriƏrəb dili[1]
Amaziğ[2]
İdarəetmə formasıKonstitusiyalı monarxiya
• Kral
VI Məhəmməd
• Baş nazir
Abdelilah Benkirane
Tarixi 
• Yaranması
e.ə. 400[3]
Ərazisi
• Ümumi
  • 710.850 ± 1 km²
• Su (%)
0,056
Əhalisi
• 2011 təxmini
35,000,000[4]
• 2011 siyahıya alma
38-ci
• Sıxlıq
71.6/km2 (185.4/kv. mil) (122-ci)
ValyutasıMərakeş dirhəmi (MAD)
Yolun hərəkət istiqamətisağ
Telefon kodu212
ISO 3166 koduMA
İnternet domeni.ma
Mərakeş

TarixiRedaktə

Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (əl-Murabiyun, əl-Muvahhidun, Marinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharanı İspaniyadan geri qaytarmışdır.

ƏlmoravilərRedaktə

Gnome-searchtool.svg  Əsas məqalə: Əlmoravilər

ƏlmohadlarRedaktə

Gnome-searchtool.svg  Əsas məqalə: Əlmohadlar

CoğrafiyasıRedaktə

Məğrib Krallığı geniş çay sisteminə malikdir. Atlantik okeanına tökülən əsas çaylar Umm ər-rabi, Sibu, Tansift, Dera çaylarıdır.Ölkə Şimaldan İspaniya (Gibraltar(Cəbəli-Tariq) boğazı ilə) Cənub-Qərbdən Əlcəzair, Cənubdan Qərbi Saxara və Şərqdən Atlantik okean ilə həmsərhəddir.Mərakeşdə həmçinin İspaniyanın iki şəhərciyi (MelilaSeuta) yerləşir.Bu şəhərlər Okeana yaxın olduğu üçün hər il minlərlə turist istirahət üçün İspaniya və Mərakeşdən bura gəlir.

İqlimi ölkənin şərq və cənubunda isti və quru, Aralıq dəniziAtlantik okeanı sahilləri isə mülayim və yağışlıdır.

İqtisadiyyatıRedaktə

Yağışın çox olması kənd təsərrüfatına şərait yaradır. Burada arpa və buğda becərilməsi ilə ixtisaslaşan kiçik, ənənəvi təsərrüfatla yanaşı, sitrus meyvələri və qış tərəvəzləri ixracı üçün böyük miqyaslı təsərrüfat da var. Əsas məhsulları buğda, qarğıdalı, düyü, şəkər qamışı, çuğundur, üzüm, xurma, sitrus meyvələri, pambıq və zeytundur. Heyvandarlıq əsasən qoyun və keçi heyvandarlığıdır. Balıq sənayesi də iqtisadiyyatın əsas sahələrindəndir.

Məğrib dünyada ən böyük fosfat turşusu ixracatçısıdır. Digər təbii sərvətləri kömür, qurğuşun, dəmir filizi, gümüş və misdir.

Əsas ixrac malları fosfat turşusu, sitrus meyvələri, balıq (sardinya) yağları və xurmadır.

Sənayenin əsasını dağ-mədən sənayesi, gübrə, toxuculuq, xalçaçılıq, neft emalı, sement, qənd və meyvə şirəsi istehsalı təşkil edir.

ƏhalisiRedaktə

Əhalinin ümumi sayı - 33,8 mlyn. MisirSudan dövlətlərindən sonra üçüncü böyük ərəb dövlətidir. Əhalinin 60%-i ərəblər, 40%i isə bərbərlərdir. Mərakeşdə 7 min yəhudi yaşayır.

İstinadlarRedaktə

  1. "An Islamic and fully sovereign state whose official language is Tamazight, the Kingdom of Morocco constitutes a part of the Great Maghreb." "Moroccan Constitution" (#bad_url). 2011.
  2. "BBC News – Morocco's King Mohammed unveils constitutional reforms". 2011-06-18.
  3. 1 2 3 4 Mavretaniya — 0533.
  4. Site institutionnel du Haut-Commissariat au Plan du Royaume du Maroc. Hcp.ma. Retrieved on 2011-07-23.

Həmçinin baxRedaktə


Mərakeş haqqinda etrafli melumat


Mərakeş, Vikipediya, Vikipedi, Wikipedia, Википедия, Mərakeş haqqinda, ensklopediya, melumat birosu, meqaleler, melumatlar, haqqinda, azerbaycan, android, axtar, yeni, Mərakeş Haqqinda Melumat - Vikipedia, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

W

Saytda 160 nəfər
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021