Mərdan Camalov Haqqinda Melumat - Vikipedia

Mərdan Camalov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Camalov Mərdan Talıb oğlu

Mərdan Camalov
bayraq
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
12 noyabr 2019-cu ildən
ƏvvəlkiLütvəli Babayev
bayraq
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
18 aprel 2005 – 12 noyabr 2019
ƏvvəlkiSədaqət Qəhrəmanova
Sonrakıİlqar Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi 27 may 1956(1956-05-27) (67 yaş)
Doğum yeri

Təltifləri "Şöhrət" ordeni — 2016 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı redaktə

27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir.

M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.[1]

Siyasi fəaliyyəti redaktə

2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

1997-ci ildən YAP-ın üzvüdür.

İstinadlar redaktə

  1. "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.

Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024