Mətanət Məmmədova Haqqinda Melumat - Vikipedia

Mətanət Məmmədova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mətanət Məmmədova

Mətanət Elmixan qızı Məmmədova (tam adı:Məmmədova Mətanət Elmixan qızı) — Naxçıvan Muxtar Respublikasının "Əməkdar jurnalisti" (2008), Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" (2020),[1] Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Mətanət Məmmədova
Mətanət Elmixan qızı Məmmədova
Doğum tarixi (51 yaş)
Doğum yeri Şahbuz rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası Jurnalist -publisist
Təhsili ali - Azərbaycan Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalisti”

Həyatı redaktə

Məmmədova Mətanət Elmixan qızı 10 mart 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsində (indiki Şahbuz şəhəri) anadan olub. 1980–1990-cı illərdə Şahbuz qəsəbə orta məktəbində təhsil alıb. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb.

Ailədir. İki övladı var.

Əmək fəaliyyəti redaktə

1990–2011-ci illərdə Şahbuz rayonunda nəşr olunan "Oğuz səsi" qəzeti redaksiyasında müxbir, məsul katib və redaktor vəzifələrində çalışıb. 2011–2017-ci illərdə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2017–2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan "Şərq qapısı" qəzetində müxbir və baş redaktorun müavini vəzifələrində işləyib.[2] Çalışdığı mətbu orqanlarda, eyni zamanda ölkə mətbuatında bütün qəzet janrlarında, xüsusilə publisistik janrda yüzlərlə yazısı dərc olunub. "Nuhçıxan" İnformasiya Agentliyinin köşə yazarı olub. 2020-ci ildən 2021-ci ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Dövlət qulluğunun kiçik müşaviridir. 2021-ci ildən "Səs" qəzetində çalışır.

Üzvü olduğu təşkilatlar redaktə

Təltifləri redaktə

7 mart 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının "Əməkdar jurnalisti", 22 iyul 2020-ci ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adlarına layiq görülüb.[3] "Blokada Naxçıvanı" adlı ikicildlik kitabına görə Ali Məclis Sədrinin 8 fevral 2021-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublika mükafatı alıb.[4]

Kitabları redaktə

2010-cu ildə "Qəzet jurnalistikası"[5], 2020-ci ildə "Naxçıvanın publisistik xəritəsi (Kitab Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında dərs vəsaiti kimi istifadə edilir), 2020-ci ildə "Naxçıvan blokadası" ikicildliyi,[6] 2021-ci ildə "Qarabağ dastanı" adlı kitabları[7] dərc olunub.

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  2. "Əməkdar jurnalist Mətanət Məmmədova yeni vəzifəyə təyin edilib".
  3. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  4. ""Naxçıvan blokadası" kitabının müzakirəsi keçirilib - FOTOLAR".
  5. ""QƏZET JURNALİSTİKASI"".
  6. ""Naxçıvan blokadası" ikicildliyi işıq üzü görüb".
  7. ""Qarabağ" dastanı və yaxud 2914 bənd bayatı - FOTOLAR".

Saytda 47 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024