MET Haqqinda Melumat - Vikipedia

MET Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Budapeşt Metropolitan Universiteti

(MET səhifəsindən istiqamətləndirilmişdir)

Budapeşt Metropolitan Universiteti (azərb. Budapeşt Metropolitan Universiteti"‎, mac. "Budapesti Metropolitan Egyetem", ing. "Budapest Metropolitan University") və ya qısaca Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Tələbələrin sayı 6000 yaxındır. Unversitet, 2005-ci ilin yazında Erasmus Universitet nizamnaməsi ilə təltif olunub. Universitetdə biznes, marketinq, incəsənət, mediya, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.Universitetin dörd kampusu var: üç kampus Budapeştdə, biri isə Macarıstanən cənubundə yerləşən Hödmezörveşerhey (Hódmezővásárhely) bölgəsindədir.[3]

Budapeşt Metropolitan Universiteti
Xəritə
47°30′23″ şm. e. 19°08′06″ ş. u.
Şüar Kreativlikdən ilhamlanaraq
Əsası qoyulub 2000
Tip Özəl
Rektor Dr habil. László Vass CSc
Tələbə sayı təxminən 6 min[1]
Şəhər Budapeşt
Ölkə
Ünvan Nagy Lajos király útja 1-9., 1148 Budapest, Hungary
Sayt metropolitan.hu
metubudapest.hu

Tarixi redaktə

  • 2000-ci il – Buapeşt Kommunikasiya Kollecinin əsası qoyuldu və ona dövlət akkeditasiyası verildi. Kollec, ali təhsil, böyükləriüçün təhsil və mütərəqqi peşə təhsil kurslarını beynəlxalq və Avropa Birliyi standartları əsasında tədbiqi rabitə və biznes elmləri sahələrində 2001-ci ildən bəri təmin etməyə başladı.
  • 2001-ci il – Kommunikasiya və Biznes kommunikasiyası sahələrində 2001-ci ildə 126 tələbə təhsil alırdı.
  • 2003-cü il – Metropolitan Universiteti böyüklər üçün akkreditasiyalı institut adını alır və ECDL (European Computer Driving Licence) təhsil və imtahan mərkəzi kimi fəaliyyət göstərməyə başlayır. Bundan başqa, Kollecin Dillər departamenti (bura həmçinin TOEIC dil imtahanlarını vermək üçün rəsmi mərkəzdir), xüsusi və ümumi ingilis dili kursları təşkil edir. Metropolitan Universiteti tələbələrinə iş tapmaq üçün Karyera Mərkəzinin əsasını qoyur
  • 2004-cü il – Metropolitan Universitetinin yeni proqramı : Avropa İctimai Xidmət və Biznes təşkilatı. WiFi şəbəkə bütün binada qurulur. Tələbələrin sayı 1000 keçir.
  • 2005-ci il – İlk buraxılış mərasimi təşkil edilir. Yenicə yenilənmiş binalar və yeni tikilmiş gözəl park istifadəyə verilir. Yeni çoxfunskiyalı bina, 1 milliard HUF dəyərində olan sərmayədən sonra hazır olur. Bu sərmayəni AB ali təhsilin inkişafı üçün ayırır.
  • 2006-cı il – Bolonya prinsiplər əsasında Kollec fəaliyyətə başlayır. Yeni təhsil proqramları bunlardır : Beynəlxalq İqtisadiyyat, İctimai Xidmət, Biznes və Menecment, Kommunikasiya və Mediya elmləri.
  • 2007-ci il – tələbələrin sayı 2000-i keçir
  • 2009-cu il – Heller Farkaş İqtisadiyyat və Turizm Kolleci, Budapeşt Kommunikasiya, İncəsənət və Biznes Kolleci ilə birşləşir. Bu birləşmə ilə ET, Macarıstanın ən böyük özəl kollecinə çevrilir. Bu andan etibarən tələbələr, biznes, kommunikasiya, turizm və incəsənət sahələrinə aid proqramları iki fakültetdə qəbul edə bilərlər. Tələbələrin sayı 6000-i keçir.
  • 2010-cu il – Roja küçəsindəki yenilənmiş kampus istifadəyə verilir. Burada incəsənət, turizm və iaşə sahələrindəki tələbələr təhsil alır. İki yeni proqram daha tələblərin ixtiyarına verilir : Kommunikasiya və Mediya elmləri və Menecment və Liderlik üzrə magistratura proqramları. Metropolitan Universiteti «İlin kreativ istedadı» adlı mükafat təyin edir . Həmçinin, universitet orta məktəb şagirdləri üçün də istedad yarışmasını elan edir.
  • 2011-ci il – Metropolitan Universitetinin 10 yaşı tamam olur. İki yeni bakalavr pilləli proqramların (Ticarət və Marketinq və Turizm və İaşə) Metropolitan Universitetinin Regional Bilik Mərkəzində Hödmezörveşerheydə əsası qoyulur. Ümumilikdə, tələbələrin sayı 7000-i keçir.
  • 2012-ci il – beynəlxalq əməkdaşlıqların sayı 50-ni keçir
  • 2014-cü il – Media-incəsənət institutu yeni Rottenbiller kampusunun binasına köçür
  • 2015-ci il - 1 sentyabr 2015-ci ildən etibarən Universitetin adı dəyişilərək Tətbiqi Elmlər üzrə Budapeşt Metropolitan Universiteti (Budapest Metropolitan University of Applied Sciences) olur.[4]
  • 2016-cı il 1 yanvardan etibarən ali məktəbin adından "Tətbiqi Elmlər üzrə" hissəsi çıxarılaraq Budapeşt Metropolitan Universiteti adlanmağa başlayıb.

Strukturu redaktə

  • Senat – Universitetin qərarverici və müşahidə orqanıdır. Senatın təşkilatı və əməliyyat səlahiyyəti var. Orqan, universitetin fəaliyyətini müəyyən edir və buna cavabdehdir, əsasən də onun təhsil və araşdırma tapşırıqlarında. Universitetə aid bütün tapşırıqların icrasını və əməliyyatını müşahidə edir.
  • Masterlər Şurası – Universitet üçün görkəmli ekspertlərin fikirləri və strateji qərarları çox önəmlidir. Məhz bunun üçün də bütün dörd təhsil sahələri üçün Masterlər Şurasının əsası qoyuldu.[5]
  • Daxili dil kurslarından əlavə, Metropolitan Universiteti həmçinin bialarında tələbələri üçün dil imtahanlarını təşkil edir.Universitet, KITEX fil mtahan mərkəzi ilə yaxın əməkdaşlıq edir və bütün diqqəti ticarət və turizm sahələri üzrə ingilis və alman dillərinin öyrədlməsinə və dövlət akkreditasiyalı dil imtahanına hər iki sahədə və dildə üstünlük verir. Həmçinin, universitet məşhur amerikan TOEIC imtahanının verilməsində də tələbələrini hazırlayır.

Təhsil strukturu redaktə

İnstitutları redaktə

  • İqtisadiyyat və Biznes elmləri institutu
  • Marketinq institutu
  • Metodologiya institutu
  • Turizm və Otelçilik məktəbi
  • Xarici dillər institutu
  • Sosial elmlər və beynəlxalq elmlər institutu
  • Komunikasiya elmləri institutu [6]

Hazırlıq proqramları redaktə

  • İncəsənət proqramları üçün hazırlıq proqramları
  • İntensiv İndilis dili hazırlıq proqramları [7]

Bakalavr [8] redaktə

  • Biznes
    • Biznes Administrasiyası və menecment
    • Beynəlxalq Biznes İqtisadiyyatı
    • Ticarət və Marketinq
    • Maliyyə və Mühasibat
  • Turizm
    • Turizm və İaşə
  • Sosial elmlər
    • Beynəlxalq münasibətlər
  • Kommunikasiya
    • Kommunikasiya və media elmləri
  • İncəsənət
    • Animasiya
    • Kino və mediya elmləri
    • Qrafik dizayn
    • Mediya dizayn
    • Fotoqrafşunaslıq

Master redaktə

  • Biznes
    • Menecment və Liderlik
  • Kommunikasiya
    • Kommunikasiya və Mediya elmləri
  • Turizm
    • Turizm menecmenti
  • İncəsənət
    • Qrafik dizaynı[9]

Koventri Universiteti proqramları redaktə

  • Beynəlxalq reklam (bakalavr);
  • Beynəlxalq biznes (bakalavr);
  • Beynəlxalq tədbirlər və otelçilik (bakalavr)[10].

Rus dilli proqramlar [11] redaktə

  • Turizm və İaşə (bakalavr)

Tələbə həyatı redaktə

2010-cu ilin yayında Metropolitan Universiteti və Tiszacipő şirkəti arasında aparılan danışıqlardan sonra 2010-cu ilin avqustunda Metropolitan Universitetinin Tələbə Birliyi yaradıldı. Bu təşkilatın məqsədi universitetin tələbələri üçün iş tapılmasında, onların peşəkar karyerasının qurulmasında yardımçı olmaq və tələbələri işə cəlb etməyi istəyən şirkətlərə yüksək səviyyədə xidmət göstərmək.[12]

Ali məktəbin sadə qəbul proseduru siyasəti yürütməsi səbəbindən burada 100-lərlə xarici tələbə təhsil alır.[13]

Kampus redaktə

Nad Lajoş Kirali küçəsindəki bina redaktə

Universitetin mərkəzi kompleksi öz müasir dairəvi binası ilə 2006-cı ildə açılıb. Bu bina Macarıstanın digər ali təhsil institutlarının binaları arasında ən unikal binalardan hesab edilir. Mərkəzi kampusun iki binası yaşıllıq ərazisində yerləşir. Mühazirələr dairəvi binanın iki geniş mühazirə zallarında aparılır. Hər zal 360 tələbə tutumuna malikdir. Bundan əlavə binada iki kiçik mühazirə zalları da var. Binada həmçinin 21 kiçik və orta seminar otaqları da mövcuddur. Bütün zallar və otaqlar müasir təhsil texnologiyaları ilə təchiz edilib. IT dərsləri və kursları üçün də 9 otaq istifadəyə verilib.Dairəvi binada universitetin mərkəzi kitabxanası yerləşir. Kitabxana təkcə kitabları deyil, həmçinin oxu zalını, internetə çıxışı, fotokopiya, printer və skayner xidmətlərini də tələbələrin ixtiyarına verib. Tələbələr təhsil alqdıqları zaman universitetdə WiFi şəbəkəsindən istifadə edə bilərlər və bu şəbəkə bütün kampusu əhatə edir. Həmçinin, bir neçə yerdə kompüter stansiyaları da yerləşdirilib. Binanın yeməkxanası 350 nəfəri qəbul edə bilər. Yeməkxana soyuq və isti yeməkləri hazırlayır, içki və qəlyanaltı maşınlarından da istifadə etmək olar. Havadan asılı olaraq tələbələr bağda da yerləşə bilərlər və ya kantində stolüstü tennis oynaya bilərlər.[14]

Roja küçəsindəki Bina redaktə

Bu küçədəki bina Tədbiqi İncəsənət institutuna aiddir. Şəhərin mərkəzinə yaxın yerləşən binada üç böyük mühazirə zalı, bir neçə seminar otaqları və IT otaqları yerləşir. Kompyuter otaqlarında tələbələr ödənişsiz internetə daxil ola bilərlər, lakin binanın çox hissəsi WiFi ilə təchiz olunub. Bu binada həmçinin Turizm kitabxanası da yerləşir. Kitabxana kitabları icarəyə verə bilər, orada oxu zalı da yerləşir və fotokopiya, printer və skayner xidmətləti də tələbələrə göstərilir. Binanın yeməkxanası da mövcuddur.

Eqreşi küçəsindəki bina redaktə

Bu bina 2008-ci ildə istifadəyə verildi. Burada əsasən orta təhsil kursları və ali səviyyəli hazırlıq kursları təşkil olunur. Binanın böyük mühazirə zalı var. Bundan başqa tam təchiz edilmiş 10 seminar otaqları, iki dil laboratryası və IT otaqları da mövcuddur. Bütün binada WiFi var. Həmçinin, tələbələr iki idman zalından da istifadə edə bilərlər. Binanın yeməkxanası 60 nəfəri qəbul edə bilər.

Kitabxana redaktə

Metropolitan Universitetinin kitabxanası, universitetin daxili bir hissəsidir. Kitabxanın əsas məqsədi, tələbələr üçün tam şəkildə lazımi məlumatları təşkil etmək və hər iki kampusda universitetin təhsil proqramlarına əsaslanmaq.

Metropolitan Universitetinin Mərkəzi Kitabxanası, Nad Layoş Kirali küçəsindəki dairəvi binada yerləşir. Kitabxanada nadir tapılan kitablar da var. Təhsillə bağlı kitablardan əlavə, həmçinin bədii ədəbiyyata aid və məşur olan kitablar da tələbələrin istifadəsinə verilib. Həmçinin, ingilis dilində də kitablar mövcuddur.

İncəsənət Kitabxanası, 2010-cu ildə əsası qoyulub. Kitabxanada 12 bakalavr pilləli proqramların kitablarını tapmaq olar. Hər iki kitabxanda jurnallar və qəzetlər də istifadəyə verilib. Bunun üçün xüsusi « jurnal oxu zalı » var. Kitabxanalarda ksreokopiya, skayner, printer və kompüter xidmətləri də göstərilir.[15]

Reytinqi və göstəriciləri redaktə

  • Ali məktəbin tələbələri təhsillərini bitirdikdən sonra orta hesabla 2.1 aydan sonra iş tapa bilirlər. Bu göstərici, Macarıstanın universitetləri arasında ən yaxşı göstəricidir. Universiteti bitirən tələbələrin 1/3, tam vaxtlı işlərə qəbul edilirlər. Bundan əvvəl isə onlar həmin şirkətdə təcrübə praktikasını keçirlər.
  • Müxtəlif növ araşdırmalara və sorğulara əsasən Metropolitan Universiteti Macarıstanın üç ən yaxşı universitetlərndən biridir. Özəl təhsil ocaqları arasında isə top universitetlər arasındadır.
  • Universitetin 78 % müəllimlərinin akademik dərəcələri var (PhD və ona ekvivalent).
  • Metropolitan Universitetinin Kommunikasya və İncəsənət departamentləri, öz növlərinə görə Macarıstanın ən böyükləridir. Mənbələr göstərir ki, Metropolitan Universitetinin kommunikasiya sahəsində təhsil alan tələbələri, Macarıstanın ən yaxşı tələbələridir.
  • Sosiyal elmlər üzrə oxuya tələbələrin fikrincə Metropolitan Universiteti karyera inkişafı və imkanlar və iş tapmaq baxımından bir nömrəli universitetdir. Çünki universitetin iş bazarındakı şirkətlərlə geniş münasibəti var.
  • Milli Ali Təhsil Reytinqi Sisteminə görə, Turizm fakültəsi, turizm sahəsində sürətlə irəliləyən fakültələrdən biridir. Proqramın keyfiyyəti, xidmətlərn standartları və institutun geniş peşəkar şəbəkəsinə görə, Metropolitan Universitetinin Beynəlxalq Biznes İqtisadiyyatı proqramı tələbələr tərəfindən ən yaxşı qəbul edilir. Macarıstanın aparıcı 10 institutlarının Biznes İqtisadiyyatı və Menecment sahəsində təhsil alan tələbələrinə göstərdiyi xidmətə görə Metropolitan Universiteti dörd kateqoriyada birinci yerdədir.[16]

İstinadlar redaktə

  1. "Metropolitan-university.com Haqqımızda". 2016-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-01.
  2. 1 2 GRID Release 2017-05-22. 2017-05-22 2017. doi:10.6084/M9.FIGSHARE.5032286
  3. "METROPOLITAN – A RELIABLE PARTNER IN EU-PROJECTS". 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
  4. "History". 2017-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
  5. "Leadership". 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
  6. "Organization". 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
  7. "Preparatory programs". 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
  8. "Bachelor proqrams". 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
  9. "Metropolitan.hu: Master programs". 2017-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
  10. "Metropolitan.hu: Why Coventry degree?". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
  11. "Programs in Russian". 2017-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
  12. "Job opportunities". 2016-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.
  13. "Metropolitan-university.com: Qəbul proseduru". 2021-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-01.
  14. "Campuses". 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.
  15. "Metropolitan-university.com: Kampus". 2021-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-01.
  16. "Budapest Metropolitan University of Applied Sciences". 2015-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.

Həmçinin bax redaktə


Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024