Madriddə 3 may 1808 Haqqinda Melumat - Vikipedia

Madriddə 3 may 1808 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

3 may 1808

(Madriddə 3 may 1808 səhifəsindən istiqamətləndirilmişdir)

3 may 1808 və ya 1808-ci il mayın 3-nə keçən gecə üsyançıların güllələnməsi[2] — ispan rəssam Fransisko Qoyyanın 1814-cü ildə tamamladığı rəsm əsəri. Hazırda əsər Madriddə yerləşən Prado muzeyində sərgilənir. Əsər 1808-ci ildə Fransanın İspaniyanı işğal etməsindən sonra fransızlara qarşı müqavimət hərəkatı başladan ispanlara həsr edilmişdir. İspan rəssamın həmin dövrdəki eyniölçülü bənzər işi "2 may 1808" də İspaniyanın müvəqqəti hökuməti tərəfindən sifariş edilmişdir. Qoyya araqon dilində yazdığı bir məktubunda bu rəsm əsərini çəkmək məqsədini belə açıqlamışdır:

3 may 1808
isp. El tres de mayo de 1808 en Madrid
3 may 1808
3 may 1808
Rəssam Fransisko Qoyya
Tarixi 1814
Üslubu tarix rəssamlığı
Texnikası Yağlı boya
Ölçüləri 268 sm[1] × 347 sm[1]
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Prado muzeyi
Saytı wga.hu/html/g/goya/7/715…
wga.hu/html/g/goya/7/714…
İnventar nömrəsi P000749[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
" … Məqsədim Avropanın zorakı qüvvələrinə qarşı başlatdığımız şərəfli üsyandakı ən inanılmaz və qəhrəmanca hərəkətləri fırça zərbələrim ilə əbədiləşdirməkdir.[3] "

Əsərin tərkibi, təqdimatı və emosional gücü onu müharibənin qorxuncluğunu əks etdirən simvol halına gətirmişdir.[4] Yaradıldığı dövrdəki incəsənətin bütün imkanlarından yararlanan sənətçinin bu əsəri böyük şöhrət qazanmışdır.[5] Xristianlıq incəsənəti və ənənəvi müharibə motivlərindən uzaqlaşması əsəri bənzərsiz etmiş və öz növünün ilk nümunələrindən birinə çevirmişdir.[6] İncəsənət tarixçisi Kennet Klarka görə rəsm əsəri üslub, mövzu, məqsəd baxımından, sözün əsl mənasında, inqilaba səbəb olmuş ilk rəsm əsəri idi.[7]

Sonradan Prado muzeyinin idarəçisi olacaq rəssam Xose Madraso 1850-ci illərdə rəsm əsərinin Qoyyanın stilini əks etdirmədiyini iddia etmiş və səbəb kimi Qoyyanın digər əsərlərinə nisbətən bu tablonun daha aşağı səviyyəli olmasını göstərmişdir.[8] İllər sonra - romantizm üslubunun məşhur olduğu dövrdə rəsm əsəri bütün dünyada tanınmışdır.[9] 1937-ci ildə başlayan İspaniya vətəndaş müharibəsi zamanı rəsm əsərini qorumaq üçün onu Valensiyaya aparmışdırlar. Yük maşınında aparılarkən rəsm əsəri ziyan görmüş, lakin daha sonra bu defektlər aradan qaldırılmışdır. Bu prosedur zamanı rəsm əsərinin rəng kompoziyası daha tünd olmuşdur. 2008-ci ildə yenə restorvasiya olunan əsər, nəhayət, əvvəlki rənglərinə qovuşmuşdur.[10]

"3 may 1808" bir çox əsərin yaradılmasına ilham vermişdir. Bu əsərlər arasında Eduard Manenin çəkdiyi bəzi rəsmlər, Pablo Pikassonun "Koreyada qətliam""Gernika" tabloları da var.[11]

Tarixi redaktə

Tarixi motivlər redaktə

 
Qoyyanın "Müharibənin fəlakətləri" seriyasına (1810-1812) daxil olan "Və köməkçi ola bilməz" əsəri "3 may 1808" tablosundakı elementlərin əvvəlcədən canlandırmasıdır.[12]
 
Qoyyanın "Manuel Qodoy, Alsudiya hersoqu, Sülh şəhzadəsi" adlı rəsm əsəri, 1801. Qodoy 1808-ci ildə Napoleon İspaniyanı işğal etdiyi zaman ölkənin baş naziri idi.

18 fevral 1799-cu ildə Napoleon Bonapart özünü Fransanın birinci konsulu elan etmiş, 1804-cü ildə isə imperatorluq tacını geymişdir. Aralıq dənizinə çıxış İspaniyanın əlində olduğundan bu ölkə stratejik baxımdan fransızlar üçün çox əhəmiyyətli idi. 1788-ci ildən İspaniya imperatoru olan IV Karlos beynəlxalq arenada o qədər uğurlu şəxs deyildi. Bir çox şəxs onun ovçuluq həvəskarı olmasına görə ölkəsini düşünməyən ağılsız kral və həyat yoldaşı Parmalı Mariya Luizaya nəzarət edə bilməyən ər kimi görürdü.[13] Ölkəni həyat yoldaşı və həyat yoldaşının dostu Manuel de Qodoy idarə edirdi. Napoleon zəif kralı olan İspaniyaya Portuqaliyaya hücum edib torpaqlarını bölüşdürməyi təklif etmişdir. Fransa və İspaniya bu ölkənin bir hissəsini alarkən, 3-cü hissə Manuel de Qodoya veriləcəkdi. Beləliklə, Manuel de Qodoy Alqavri şahzadəsi titulunu alacaqdı.[14] "Sülh şəhzadəsi" kimi tanınan Qodoy bu təklifi çox bəyənmiş və təklifi qəbul etmişdir. Nazir Portuqaliyaya çatmaq üçün Fransa qüvvələrinin İspaniya torpaqlarından keçməsinə icazə vermişdir. Amma Napoleonun əsl məqsədi həm Portuqaliya, həm də İspaniyanı tutub idarəni qardaşı Jozef Bonaparta vermək idi. Məqsədinə çatmaq üçün IV Karlosun oğlu VII Fernando ilə gizli bir ittifaq quraraq ona atasının taxtını vəd etmişdir.[15] Napoleonun dəstəyi ilə Şahzadə Fernando İspaniya parlamentini və səltənətini ələ keçirmişdir. VII Fernando hakimiyyəti ələ keçirmək üçün sadəcə Qodoyu deyil, hətta valideynlərini belə öldürməyə hazır idi.[13]

İspaniya orduları ilə gücləndirilmiş 23.000 fransız əsgəri heç bir müqavimətə rast gəlmədən 1807-ci ilin noyabrında İspaniyaya daxil olmuşdur.[16] İspanlar zənn edirdilər ki, fransızların məqsədi Portuqaliyaya hücum etməkdir. Amma fevral ayında Fransanın İspaniyanı işğal etmək istəyi məlum olanda belə fransızlara qarşı ciddi müqavimət yaşanmamışdır. Bu müqavimətlər Saraqosa kimi yerlərdə baş vermişdir.[17] Napoleonun baş komandanı Yoahim Mürat İspaniyanın Burbonlardan daha bacarıqlı insanlar tərəfindən idarə olunmasını istəyirdi. Onun namizədi Napoleonun qardaşı Jozef Bonapart idi.[18] Bu fikrini 1 mart 1808-ci ildə imperatora yazdığı məktubda dilə gətirmişdir.[19] 19 mart 1808-ci ildə VII Fernando taxtdan endirilmiş və valideynləri ilə birlikdə əsir alınmışdır. 6 iyun 1808-ci ildə İspaniyada hakimiyyətə Jozef Bonapart gətirilmişdir.

İspaniya xalqı keçmişdə dəfələrlə başqa monarxiyaların hakimiyyətini qəbul etsələr də, Fransanın İspaniya üzərindəki hakimiyyətindən heç məmun deyildilər. 2 may 1808-ci ildə İspaniya kral ailəsinin son üzvünün də Fransaya aparılıb həbs ediləcəyi xəbəri yayılandan sonra madridlilər üsyana qalxmışdırlar. Bu üsyan daha sonra Madrid üsyanı kimi tarixə düşəcəkdi. Mürat isə həmin gün Napoleona da göndərdiyi bir bildirişi əsgərlərinə oxumuşdur: "Madrid xalqı yoldan çıxıb. Cinayət və üsyanla məşğul olurlar. Artıq bir çox fransızın qanı tökülüb və qisas alınmalıdır. Üsyanda iştirak edən hər kəs öldürüləcəkdir."[20] Qoyya baş verən bu üsyanı "2 may 1808" əsərində təsvir etmişdir. Əsərdə Madriddə yerləşən Puerto-del-Sol meydanında fransız süvariləri ilə üsyançılar arasında baş verən və saatlarla davam edən şiddətli döyüş əks olunmuşdur.[21] Daha çox tanınan digər əsər "3 may 1808" isə səhər radələrində Fransa əsgərlərinin yüzlərlə əsgəri yığıb öldürməsinə həsr olunmuşdur. 2 may 1808-ci ildəki üsyanda tutulan üsyançılar ertəsi gün məhkəmə qərarı olmadan edam edilmişdilər. Bu edamlara baxmayaraq, ispanlar 5 il davam edən Yarımada müharibəsi ilə (tarixdə ilk partizan müharibəsi hesab olunur) fransızlara müqavimət göstərməyə davam etmişdirlər.[18] Vellinqton hersoqu Artur Uellesli komandanlığındakı ispan qüvvələr Britaniya, İspaniya və Portuqaliya əsgərlərindən ibarət orduya dəstək vermişdir. Bu ordu Portuqaliyaya 1808-ci ilin avqustunda daxil olmuşdur. Rəsm əsərinin yarandığı dövrdə xalq üsyançıları qəhrəmanlıq və vətənpərvərlik simvolu kimi görürdü.[22]

Qoyyanın reaksiyası redaktə

 
"Onu gördüm", "Müharibənin fəlakətləri" seriyası,  1810–1812

Digər liberallar kimi Fransisko Qoyya da Fransa işğalı dövründə çətin vəziyyətə düşmüşdü. Rəssam Böyük Fransa inqilabına dəstək vermiş və belə bir hadisənin ölkəsində də baş verməsini arzulamışdı. Şair Xuan Melendez Valdes və Leandro Morantiz de Fernandin kimi bir çox dostu Jozef Bonapartı dəstəkləyən afrensesado idi.[23] Qoyyanın 1798-ci ildə çəkdiyi Fransa səfiri və komandanı Ferdinand Qillemardetin portreti rəssam haqqında bir çox şeydən xəbər verirdi.[24][25] Jozefə sədaqət andı içdikdən sonra rəssamın çəkdiyi "Madrid alqoritmi" adlı tablo sədaqətinin bir nümunəsi idi.[26] Amma öz vətəndaşlarının fransız əsgərlərinə boyun əyməsinə şahid olurdu.[27] İllər ərzindəki müşahidəsi "Müharibənin fəlakətləri" seriyası üçün ilham versə də, rəssam həmin dövrdə çox az şəkil çəkə bilmişdir.[24]

1814-cü ilin fevralında fransızlar İspaniyadan çıxarılmışdır. Qoyya müvəqqəti hökumətə müraciət edərək "Avropanın zorakı qüvvələrinə qarşı başlatdığımız şərəfli üsyandakı ən inanılmaz və qəhrəmanca hərəkətləri fırça zərbələrim ilə əbədiləşdirmək" istədiyini bildirmişdir.[28] Təklifi bəyənilmiş və Qoyya "3 may 1808" əsəri üzərində işləməyə başlamışdır. Daha sonraları rəssamı 3 may hadisələrinə daxil etmək cəhdləri olsa da[29], əslində Qoyyanın üsyanlara şahid olub-olmadığı məlum deyil.[21] Bu mövzuda ən məşhur hekayə rəssamın bağbanı İsidoronun yazıçı Antonio de Truebaya danışdıqlarıdır. İddiaya görə rəssamla bağbanı ilə gecə saat dörddə Prinsipo Pio təpəsinə getmişdilər. Bağban orada gördüklərini "Qan göllərinin ortasında parçalanmış bədən üzvləri gördük. Bəziləri üzü üstə, bəziləri kürəyi üstə idi. Bəziləri elə bil yeri öpürdülər. Bəziləri isə sanki yerdə mərhəmət diləyirmiş kimi uzanmışdı" sözləri ilə təsvir etmişdir.[30]

Rəsm əsəri redaktə

Əsərin təsviri redaktə

"3 may 1808" əsərində üsyanın ertəsi gününün səhəri təsvir olunmuşdur.[31] Əsərdə iki qrup diqqət mərkəzindədir. Birinci qrup düzülərək əllərində tüfəng tutan və üsyançıları öldürən fransızlar, ikinci qrup isə onların qabağında duran əsir ispanlardır.

Əsgərlər və əsirlər kiçik bir sahədə üz-üzə dayanıblar. Kennet Klarka görə "fırça zərbələri, əsgərlərin hərəkətlərindəki sərt incəliklər və tüfənglərin səliqəli cərgəsi ilə hədəf aldıqları dağınıqlıq arasındakı ziddiyyət mövcuddur."[32] İki qrup arasında yerdə dayanan fənər görüntüyə dramatik hava qatır. Ən parlaq işıqlandırma sol tərəfdə bir-birini qucaqlamış əsirlərin üzərinə düşür. Bu xaos içərisində tanrıya dua edən keşiş və ya rahib də vardır.[33] Rəsmin tam ortasında və sağında digər qurbanlar təsvir olunub.[34] Ən ortadakı adam daha əvvəl öldürülmüş ispanlardan axan qanın üzərində diz çöküb və qollarını ya mərhəmət diləmək, ya da meydan oxumaq üçün açıb.[35] Sarı və ağ rənglərdən ibarət geyimi isə fənərin yaydığı rəngləri yamsılayır.

Edam cərgəsinin sağ tərəfində isə gecənin qaranlığında itmiş böyük başqa qrup var. Əsgərlərin süngüləri və papaqlarının arxasında qalan bu insanların çoxunun üzləri görsənmir. Bu qrupun ən önündə dayanan, əsərdəki əsas qurban kimi təsvir edilmiş şəxsin sağında olan adam isə əlləri ilə üzünü örtüb və qorxu ilə əsgərə tərəf çevrilib. Bu adam arxada qalan qrubun repoussoiri olmuşdur. Gecənin qaranlığına baxmayaraq, kilsəyə aid iti uclu qüllələrin ayırd edildiyi bir şəhər mənzərəsi görünür.[36] Kilsə, böyük ehtimalla, fransızlar üçün barak rolu oynamışdır.[36][37] Arxa planda yamac ilə əsgərlər arasında əllərində məşəllər tutan qrup ayırd edilir. Bu qrup edamı izləyənlər və ya növbəti qurbanlar ola bilər.

Madriddə 2 may 1808 redaktə

border=none  Əsas məqalə: Madriddə 2 may 1808
 
"Madriddə 2 may 1808", 1814-cü ildə, "Madriddə 3 may 1808"'dən iki ay əvvəl tamamlanmışdır. 3 maydakı edamlara səbəb olan üsyanları əks etdirir.

Qoyya 3 may 1808-ci ildə baş verən və Yarımada müharibəsinin başlanğıcı sayılan Dos de Mayo üsyanını "Madriddə 2 may 1808" və ya "Məmlüklərin Hücumu" əsərində təsvir etmişdir. Bu əsər fransızlar ilə ispanlar arasındakı döyüş və ispanların Napoleonun göndərdiyi məmlükləri öldürməsindən bəhs edir.[38]

"Madriddə 2 may 1808""Madriddə 3 may 1808" böyük bir seriyanın başlanğıcı kimi qəbul edilir.[39] Yazılan şəhrlər və sübutlar Qoyyanın may hadisələrinə 4 tabloda rəsm həsr etdiyini göstərir. Xose Kaveda 1867-ci ildə yazdığı xatirələrində bu dördlükdən bəhs etmişdir. Həmçinin rəssam və Qoyya kolleksiyaçısı Kristobal Ferris də iki fərqli əsər daha olduğunu demişdir. Bunlardan birincisi kral sarayındakı çevrilişlə bağlı ikən, ikincisi top qışlasındakı müdafiədən bəhs edirdi.[39] Bu iki əsərin itməsi ictimaiyyətin baş vermiş üsyana olan məmnuniyyətsizliyinin sübutu ola bilər.[39]

Rəssam "Madriddə 2 may 1808" əsərində çəhrayı, narıncı, göy, boz, qəhvəyi kimi rənglərdən istifadə etməyə üstünlük vermişdir. Pastel tonlar şəkildəki zülmü və vəhşəti qəribə də olsa əsərdə təsirini "Müharibənin Fəlakətəri" və ya da "Madriddə 3 may 1808"-də olduğu kimi ayırd edilə bilən personajlardan almır.[40] Əksinə, bu əsərin sahib olduğu bəlirsizlik və İspaniya üsyançılarının təsviri əsərin əsas xüsusiyyətlərindəndir.[40]

İki rəsm əsərində kompozisiya fərqləri vardır.[41] Məsələn, ilk rəsmdə üfiq xətti daha yüksəkdə olsa da, ikinci rəsmdə alçaqdadır. Həmçinin ilk tabloda rəssamın çəkdiyi insan sıxlığı qeyri-müəyyən idi. Sıxışıq və qarışıq idi. Hərəkətin və müharibənin varlığı hiss olunurdu. Başqa tərəfdən "Madriddə 3 may 1808"-də iki tərəfin varlığı açıq-aşkar görünürdü və hər şəxs açıq şəkildə təsvir olunmuşdu. İspanlar və fransızlar arasındakı münasibətlər də hər iki tabloda zidd göstərilmişdi. Madriddə 2 may 1808də güclü tərəf ispanlar ikən ikinci əsərdə fransızlar intiqam alan edamçılara çevrilmişdilər.

İki əsərin kompozisiyaları arasında bənzərliklər də vardır.[41] Ən təməl bənzərlik ikisinin də sahib olduğu parabolik quruluşdur. Qoyya "Madriddə 2 may 1808"-də fransızlara hücum edən əyri qruplaşma ilə "Madriddə 3 may 1808"dəki edam manqasını çəkərkən eyni texnikadan istifadə etmişdir.

Müharibənin Fəlakətləri redaktə

 
Fransisko Qoyyanın "Müharibənin Fəlakətləri" (Los desastres de la guerra) seriyasından No se puede mirar ("Kimsə buna baxa bilməz"),  1810–1812. Bu əsərdə "Madriddə 3 may 1808"dəkinə çox bənzər kompozisiya vardır. Bunda Qoyyanın ənənəvi texnikadan istifadə etməsinin rolu böyükdür.[42]

Qoyya mis üzərinə turşu ilə qazma texnikasından istifadə edərək qəliblərdən hazırladığı qravür seriyası olan "Müharibənin Fəlakətləri"ni (Los desastres de la guerra), çoxunu 1810-1814-cü illərdə hazırlamasına baxmayaraq 1820-ci ilə qədər tamamlaya bilməmişdir. Qoyyanın bir dostuna verdiyi və indi Britaniya muzeyində sərgilənən hazırlıq rəsmləri bir çox ipucu verirdi.[43] "Müharibənin Fəlakətləri" ən erkən rəsmləri həm "Madriddə 2 may 1808"dən, həm də "Madriddə 3 may 1808"dən əvvəl çəkilmişdir. Rəsmlərdə Qoyyanın bu iki tablosunda olduğu kimi bir-birilə əlaqəli olan və rəssamın Saraqosa ziyarəti zamanı şahid olduğu hadisədən bəhs edən kompozisiya vardır.[44] "No se puede mirar" ("Kimsə buna baxa bilməz) həm mövzu, həm də quruluşu ilə "Madriddə 3 may 1808"i xatırladırdı.[45] Əsərin ortasında yer alan qadın qollarını iki yana açarkən, digərində qadın əllərini birləşdirərək tanrıya dua edirdi. Geri qalanlar isə ya üzlərini gizlədirdilər, ya da siper almışdılar. "Kimsə buna baxa bilməz"ə "Madriddə 3 may 1808"in əksinə əsgərlər görünmürdü. Sadəcə silahlarının süngüləri təsvir olunmuşdu.

Qoyyanın erkən rəsmlərindən biri olan "Və bundan qaçmaq mümkün deyil"dir ("Y no hay remedi"). Bu əsər "Müharibənin Fəlakətləri" seriyasının bir digərlərindən daha sonra çəkilən bir qrupda yer alır. Müharibənin ən qızğın və rəsm üçün lazım olan ləvazimatların tapılmadığı zamanlarda Qoyya bu və seriyaya daxil olan digər rəsmləri çəkmək üçün daha əvvəl çəkdiyi mənzərə rəsminin qəlibini təmizləyib ondan istifadə etmişdir. "Və bundan qaçmaq mümkün deyil"də papaq geymiş edam manqasının geri çəkilişi bu dəfə arxadan deyil, qarşıdan göstərilmişdi[12]

İkonaqrafiya və yaradıcılıq redaktə

 
Ejen Delakruanın "Xalqa Yol Göstərən Azadlıq" (1830) adlı tablosu. Qəhrəmanca bir tərzə sahib incəsənətin erkən dövrünün nümunələrindən biridir.[46]

İlk zamanlarda əsər tarixçilər və incəsənət tənqidçiləri tərəfindən müxtəlif rəylər almışdır. Qoyyadan əvvəl rəssamlar müharibə haqqında tabloları tarix rəsmlərinin tərzi ilə çəkməyə üstünlük verirdilər. Qoyyanın tabloda qəhrəmanlıqdan bəhs etməməsi hər kəsi təəccübləndirmişdir. Qurbanların və edam manqasının həqiqətə uyğun olmayaraq bir-birinə çox yaxın dayanması ilk tənqidlərdə deyilən bəzi qüsurlardan biri idi. Bunlar tamamilə doğru olmasına baxmayaraq yazıçı Riçard Şikkel Qoyyanın akademik incəsənətə uyğunlaşmağa çabalamadığını, əksinə, əsərin izləyici üzərində təsirini gücləndirmək üçün çalışdığını demişdir.[47]

Tablo keçmiş zamanlarda yaradılmış bir çox əsərə işarə versə də gücünü ənənəvi kompozisiyadan almır.[36] Rəssam ustalığı ilə vəhşiliyin epik təsvirini verə bilmişdir. Dövrün romantik rəssamları da ədalətsizlik, müharibə və ölüm kimi mövzularla maraqlanmalarına baxmayaraq əsərlərində böyük gözəllik yaradan ünsurlara əhəmiyyət verirdilər. Teodor Jerikonun "Meduzanın Salı" (1818-1819) adlı əsəri və Ejen Delakruanın "Xalqa Yol Göstərən Azadlıq" adlı tablosu bu tərzdəki romantik rəsmlərə bir nümunədir.[46]

Əsər quruluşuna və mövzusuna görə xristianlıq incəsənətindəki şəhid mövzusuna aiddir. İşıq və kölgə incəsənətinin dramatik şəkildə istifadəsinə nümunədir və həyat ilə yaxında baş verəcək edamı yan-yana göstərir.[48] Bütün bunlara baxmayaraq Qoyya bu əsəsrində bəzi ənənələrdən uzaq qalmağı da lazım bilmişdir. Qoyyanın əksinə Xose de Ribera kimi rəssamların etdiyi vəhşəti göstərən işlər texnikaya və kompozisiyaya sahib idi.[49]

Əsərin zamanın irəliləyişini göstərmə tərzinin qərb incəsənətində nümunəsi yoxdur.[50] Rəssam günahsız qurbanın ölümünü ard-arda parçalar şəklində və qəhrəmanca əks etdirərək daha öncə də təsvir etmişdir. Amma bu əsər katarsis əks etdirmir. Bunun yerinə məhkumların öldürülməsi cinayətin mexaniki şəkildə göstərildiyi şəkildə təsvir olunmuşdur. Qaçınılmaz son isə əsərin sol alt küncündə yerə sərilmiş cəsəddir. Tabloda cəsədin başı və bədəni yenidən həyata qayıtmasını əngəlləyəcək şəkildə biçimsizləşdirilmişdir.[46] Qurban mənəvi və estetik zərafətdən uzaqdır. Rəsmin geri qalan hissəsində izləyicinin gözü mərkəzi hissədə gəzir. Sadəcə yerdə yatan qurban üçün baxış açısı dəyişir və izləyici qurbanı daha yaxşı görmək üçün daha aşağı baxar.[50]

Əsərdə diqqət mərkəzindəki əllərini yuxarı qaldırmış adam çox vaxt İsanın çarmıxa çəkilməsi ilə qarşılaşdırılır.[51] Bənzər poza İsanın Getsemani bağlarında çəkdiyi əzabı təsvir etmək üçün çəkilən rəsmlərdə rastlanır.[52] Qoyyanın fiqurunun sağ əlində stiqma diqqət çəkir.[48] Tablonun mərkəzində yer alan fənər isə İsanı tutan romalı əsgərlərin ənənəvi xüsusiyyətidir.[53] Qoyyanın rəsmindəki adam sadəcə sanki çarmıxa çəkilirmiş kimi poza vermir, geymi papalığın rəngi olan ağ və sarı rəngdədir.[50] Hər şeyə baxmayarq "Madriddə 3 may 1808"də üstünlük tapmaq üçün səy yoxdur və axirətdəki qurtuluş üçün həyatını itirmək fikri yoxdur.

 
Covanni Batista Tyepolonun 1722-ci ilə aid "Sent Bartholomeu" adlı tablosu. Əsər müqəddəsin tanrıya yalvardığı ənənəvi bir şəkildədir. Qoyya bu növ vəhşi səhnələrə malik tablolardakı ikonaqrafiyadan ilham almışdır.[48]

Fənər incəsənətdə işıqlandırma mənbəyi kimi istifadə olunur. Çox vaxt barokko rəssamları tərəfindən istifadə olunsa da bu mövzudakı mükəmməliyyətə Karavacco çata bilmişdi.[54] Ənənəvi olaraq dramatik işıq mənbəyi və işıq kölgə (it. chiaroscuro) ilə meydana gələnlər tanrının varlığının metaforu olaraq istifadə olunurdu. Fənər və ya şam işığı ilə işıqlandırma ağla ilk əvvəl dini fikirlər gətirsə də "Madriddə 3 may 1808"'dəki fənər heç bir möcizəni açıqlamaz. Əksinə, sadəcə edam manqasının qorxunc işini tamamlaya bilməsi üçün işıq verməkdədir və izləyicinin əxlaqsız vəhşətə baxmasını təmin etməkdədir. Qoyya işığın incəsənətdəki öyrəşilmiş rolunu bu əsərlə yıxmışdır.[54]

"Madriddə 3 may 1808"in kompozisiyasındakı bir digər məqam parabolik olmasıdır. Rəsmə əyri yerləşdirilən və qısaldılmış perspektive sahib edam manqası bir yayın kirişi kimidir.[55] Həmçinin edam olunmağı gözləyən qurbanlar ilə edam olunmuş qurbanlar, yerdə qan içində yatmış cəsədlər, arxa plana doğru uzanan qövsün əsasını təşkil edirlər. Rəsmin mərkəzində kəsişən iki üfuqi və bir-birinə zidd qövs də vardır. Bunlardan birincisi edama sipərlik edən torpaq yığını digəri isə əsgər papaqlarının cərgəsində yaranan nöqtədir.

Qoyyanın çəkdiyi qurbanlar qatilləri kimi anonim idi. Yalvarışlarının ünvanı dini rəsmlərdə olduğu kimi tanrı deyil, əhəmiyyətli olmayan və şəxsiyyətləri məlum olmayan insanlardan ibarət edam manqasıdır.[48] Vurulmaq üzrə olan adam digər qurbanların bir parçası kimi göstərilmiş, qəhrəmanlaşdırılmamışdır. Adamın aşağısında qanlı cəsəd uzanır; arxasında və ətrafında qısa müddət sonra eyni hadisənin qurbanı olacaq insanlar dayanır. Bioqrafiya yazıçısı Fred Liçtə görə ilk dəfə tək başına şəhid olmağın yerini nizmasızlıq, müqəddəscinayətin zülmü və adsızlıq almışdır.[50]

Son olaraq rəssam texnik qabiliyyətini istifadə edərək mövzunun vəhşətini yumşaltmağa çalışmamışdır. Metod və mövzu bölünməzdir. Qoyyanın üsulunu ənənəvi virtuozluq deyil, ürküdücü mövzulara marağı müəyyənləşdirmişdir.[56] Fırça zərbələri sevinc verici kimi dəyərləndirici hesab olunmur. Rənglərin keyfiyyəti Qoyyanın gələcək işlərindən xəbər verirdi.[57] Əsər teatral çatışmazlıqları və ya qorxuducu xüsusiyyətləri kimi incəsənət xüsusiyyətləri ilə bağlı çox az tənqid almışdır.[56]

Sərgilənməsi redaktə

 
"IV Karlos və ailəsi, 18001801. Qoyya Burbonların bir çox şəklini çəksə də ailə "Madriddə 3 may 1808"a kral kolleksiyasına salacaq qədər əhəmiyyət verməmişdir.

İşin dəyərinə baxmayaraq rəsm əsərinin ilk dəfə sərgilənməsi haqqında məlumat yoxdur və o dövrə aid olan qeydlərin heç birində adı yoxdur. Bunun səbəbi VII Fernandonun seçiminin neoklassik incəsənət olması[58] və mövzusu məşhur üsyanlar olan rəsmin Burbonlar tərəfindən qorunması ola bilər. 1814-cü ildə müvəqqəti hökumətin üsyanın xatirəsinə hazırladığı abidə də VII Fernando tərəfindən əngəllənmişdir. Bunun səbəbi Fernandonun gözündə üsyan qəhrəmanlarının və liderlərinin uğuru inqilabçı hərəkətləri üzündən əhəmiyyətsiz olması olmuşdur.[59]

Bəzi mənbələrə görə rəms əsəri sərgilənməzdən qabaq 30-40 il müddətində anbarlarda saxlanmışdır.[60] 1819-cu ildə Prado muzeyi açıldıqdan sonra kral kolleksiyasının böyük hissəsi muzeyə gətirilmişdir. Amma 1834-cü ildə muzeyin çıxardığı inventara görə tablo hələ də dövlətin və ya monarxiyanın malı hesab olunurdu.[39] Teofil Qotye 1845-ci ildə Prado muzeyini ziyarət edərkən Qoyyanın çəkdiyi qətliam rəsmini gördüyünü demişdir. Eyni ifadəni 1858-ci ildə muzeyə gələn bir ziyarətçi də səsləndirmişdir. Bu iki ifadə də ağla "Madriddə 2 may 1808"əsərini gəitirir.[39] Amma böyük ehtimalla hər ikisinin də gördüyü tablo "Madriddə 3 may 1808"dir. Bu qarışıqlığın səbəbi isə Dos de Mayo ifadəsinin nun həm 2 mayda, həm də 3 maydakı hadisələri ifadə etməsində idi.[61]

Eyni mövzulu tablolar redaktə

 
Tomas Lopes Enjidanosun "2 may 1808" adlı əsəri (1813)

Müxtəlif bölgələrdə baş verən və partizan müharibələrinə də səhnə olan Yarımada müharibəsi bir çox rəssamın diqqətini çəkmiş və əsərlərinə mövzu olmuşdur. Bəzi rəssamlar komandanlarla birlikdə ikən, bəziləri qəzetlərdən izlədilər.[62] Napoleon Bonapartın bütün səfərlərində onunla birlikdə peşəkar rəssamlarda gəlmiş və imperatorun incəsənət naziri Dominik Vivant Demonun əmri ilə işləmişdirlər.[62]

 
Manuel Kastelyanonun "Daoisin Ölümü adlı yağlı boya tablosu (1862)

İspan rəssam Tomas Lopez Enjidanos də 2 may3 may hadisələrinə aid rəsmlər çəkmişdir. Rəssam əsərlərində bu döyüşləri yenidən canlandırmış və ispanların qəhrəmanlıqlarını vurğulamışdır. İspaniyada 50 ildən çox müddətdə bu mövzuda əsərlər hazırlanmağa davam edilmişdir.

Bu hadisələrdən bəhs edən əsərlərdə ən çox istifadə olunan adlar topçu zabitləri Daois, Velarde və onların başçılığı altında üsyan edən ispan xalqıdır. Bu iki əsgər çevrələrindəkilərlə bərabər Montelon parkına qədər öldürülənə qədər fransızlarla döyüşmüşdürlər. Madriddə onların xatirəsinə həsr olunmuş heykəllər vardır. Həmçinin XIX əsrdə bu iki adamın qəhrəmanlıqları və ölümləri haqqında əsərlər hazırlanmışdır. Bu əsərlər arasında Manuel Kastelyonun "Daoisin Ölümü" də yer alır. O, bu əsərini hadisələrdən 54 il sonra — 1862-ci ildə çəkmişdir. Rəssam bu tablonu hazırlayarkən şahidlərdən və tarixi qeydlərdən yararlanmışdır.[40] Qoyya da bunun haqqında 1814-cü ildə rəsm çəkmişdir. Amma Qoyya Tomas və Manuelin əksinə obrazların və məkanın məchul qalmasına üstünlük vermişdir. Qoyyanın çağdaşı Zakarias Qonzales Velaskes "Mayın Üçü" tablosunda isə çəkdiyi insanlar qrupunda hər kəs ayırd edilirdi.[38]

 
Xose Madrasonun "Viriatonun Ölümü" adlı yağlı boya tablosu (1806), Prado muzeyi

Yarımada müharibəsindən sonra Madrid Kral Akademiyasında ən məşhur əsər Xose Madrasonun "Viriatonun Ölümü" adlı tablosu idi.[63] Rəssam neoklassik tərzdəki bu əsəri İtaliya yaşadığı müddətdə çəkmiş və 1817-ci ildə ölkəsinə qayıdarkən özü ilə gətirmişdir. Tabloda romalılara qarşı Pireney yarımadasını müdafiə edən Viriatonun öz silahdaşları tərəfindən yuxuda öldürülməsi bəhs olunurdu. Madraso da bu əsərdə azadlıq mübarizəsini təsvir etmək üçün müəyyən bir liderin qəhrəmanlığını və öndərliyini vurğulamağı seçmişdir. Halbuki Qoyya bu uğuru göstərmək üçün adsız ispan xalqını seçmişdi.[63]

"Madriddə 2 may 1808""Madriddə 3 may 1808"in eyni mövzudan bəhs edən əsərlərin əksinə uzun müddət sərgilənməməsinin səbəbinin Fransisko Qoyyanın dövründən uzaq fikirlə və müasir tərzdə çəkməsi qəbul olunmuşdur.[64]

İlham mənbəyi redaktə

 
Jak-Lui Davidin 1784-cü ildə çəkdiyi "Horas qardaşlarının andı" əsərinin Qoyyanın "3 may 1808"də istifadə etdiyi elementlərə ilham olduğu hesab olunur.[65]

"Madriddə 3 may 1808"ə ilham mənbəyi əsərlərin çoxu nəşrlər, elanlar və təsvirlər olmuşdur. Napoleon Fransasına qarşı döyüşdükləri dövrdə ispan siyasi rəsmlərində edam manqası təsviri tez-tez istifadə olunurdu.[66] Qoyyaya maddi dəstək verənlər rəssamdan xalqa böyük təsir göstərəcək rəsm istəmişlər.[66] Migel Qambiranonun 1813-cü ildə çəkdiyi dini rəsm "Valensiyadan beş keşişin öldürülməsi"nin Qoyyanın bu əsərindəki kompozisiyasına ilham mənbəyi olduğu düşünülür.[67] Öldürülmək üzrə olan qurbanların digərlərindən fərqli ağ geyimdə olması, başının təpəsi qırzılmış, dizlərinin üstünə çökmüş keşişin iki əlini açaraq yalvarması və yerdə yatan və az öncə öldürülmüş insan iki rəsm arasındakı oxşarlıqlardan sadəcə bəziləridir.[68] Amma Qamborinonun əksinə Qoyya əsərinə mələklər yerləşdirməmişdir.

Əsərin kompozisiyasının geometriyasının fransız rəssam Jak-Lui Davidin "Horas qardaşlarının andı" (1784) adlı tablosunun ironik bir şərhi olaraq qəbul oluna bilər. Bu baxımdan Davidin üç romalı Horasın atalarını salamlamaq üçün uzanmış qolları idam edam manqasının tüfənglərinə çevrilmişdir. Başqa tərəfdən iki yana açılmış qolları ilə duran Horasın atası da fransızlarla üz-üzə gələn qurban olmuşdur. Davidin insan təsvirlərindəki ifadələr neoklassik bir üslubda ikən, Qoyya əsərini gerçəklik ilə şəkilləndirmişdir.[65]

 
Piter Paul Rubensin "Məsumların qətli" (1611) kimi əsərləri böyük ehtimalla Qoyyaya ilham vermişdir.[69]

Həmçinin Qoyya Antuan-Jan Qroya aid bir tabloya da cavab verə bilər.[70] Madridin fransızlar tərəfindən işğal edilməsi Qronun "Madridin təslim olması, 4 dekabr 1808" əsərinə mövzu olmuşdur.

Qoyya Rubensin 1638-ci ildən sonra hazırladığı "Məsumların qətli""Müharibənin dəhşəti" kimi əsərlərə də baxmış ola bilər. Bu versiyanı rəssamın "Uşaqlarını yeyən Saturn" (1819-1823) isimli əsəri ilə Rubensin 1636-ci ildə çəkdiyi və hal-hazırda Prado muzeyində sərgilənən eyni adlı əsər arasındakı oxşarlıqlar dəstəkləməkdədir. Kennet Klark isə "Madriddə 2 may 1808"{in uğursuzluğunun səbəbinin Qoyyanın Rubensin bənzər əsərlərini yaddan çıxarması ilə əlaqələndirmişdir.[32] Qoyya 1819-1823 ildə çəkdiyi Saturn mövzulu tablodan öncə 1796-1797-ci illərdə eyni mövzuda rəsm çəkmişdir. Bu rəsm rən baxımından Rubenin əsərinə çox bənzəyirdi.

"Madriddə 3 may 1808"dəki diz çökmüş adamın şalvarının boza çalan yaşıl rəngi isə Dieqo Velaskesin 1619-ci ildə çəkdiyi və indi Prado muzeyində sərgilənən "İbadət" tablosundakı diz çökmüş adamın geyimi xatırladır.[71]

Təsirləri redaktə

 
Eduard Manenin "İmperator I Maksimilianın edamı" (1868-1869) Avstriya doğumlu Meksika imperatorunun 19 iyun 1867-ci ildə baş tutan edamının haqqında rəssam tərəfindən hazırlanan beş əsərindən biridir. Mane bu tablosunda mövzu və texnika olaraq Fransisko Qoyyanın "Madriddə 3 may 1808" əsərindən bəhrələnmişdir.[72]
 
Eduard Manenin "Barikada" adlı tablosu, 1871.

"Madriddə 3 may 1808"in təsirinin görüldüyü ilk iş Eduard Manenin "İmperator Maksimilianın edamı" adlı tablosu olmuşdur.[73] Mane 1867-1869-ci illəri arasında bu mövzunu ələ alan əsərlər çəkmişdir. Bu əsərində isə Qoyyadan ilham almışdır.[72] Rəssamın "Madriddə 3 may 1808"i öz çalışmasına başlamamışdan qabaq 1865-ci ildə Prado muzeyində görməsi ehtimalı xeyli yüksəkdir.[74] Manenin əsəri olduqca həssas mövzuya toxunduğundan uzun illər Fransada sərgilənməmişdir.[74] "Madriddə 3 may 1808"in 1867-ci ildə çıxan bir nüsxəsinin bir dostu vasitəsi ilə Maneyə çatması isə mütləqdir.[75] İncəsənət tənqidçisi Artur Danto Qoyya və Manenin işlərini belə dəyərləndirmişdir:

"  "Madriddə 3 may 1808" İspaniya ilə Fransa arasında baş verəcək Yarımada müharibəsindən əvvəl baş verən edamlardan bəhs edir. Napoleon Bonapart 1808-ci ildə İspaniyanı işğal etdi, kral ailəsini əsir aldı və hakimiyyətə qardaşı Cozefi gətirdi. Fransızlar həmin günlərdə İspaniyada sevilmirdilər. Daha sonrakı illərdə eyni nifrəti meksikalılar da hiss etməyə başladılar. Fransızlar bu ölkələrdə üsyanlarla qarşılaşdılar və bu üsyanları uğurla yatıra bildilər. Bu əsərdə bir öncəki gün fransızlara qarşı çevrilən partizan müharibəsindən sonra fransızların ispanları öldürməyə başlaması təsvir olundu. Qoyyanın əsərində qorxu dolu ispan vətəndaşlar edam manqası tərəfindən edam edilməsi bunu izləyən ispanlarda qəzəb və kin yaratdı. Bu baxımdan rəssamın əsəri romantik və dərinliyi olan işdir.[72] " 

Mane 1871-ci ildə tüfənglə edam edən edam manqasını Paris küçələrində işini görərkən rəsmini çəkmişdir. Rəssamın "Barikada" ("La Barricade") adlı bu yağlı boya tablosunu da "Madriddə 3 may 1808"dən ilham alaraq çəkdiyi məlumdur.[76]

 
Pablo Pikassonun "Gernika" adlı əsəri, 1937, Reyna Sofiya muzeyi, Madrid

Qoyyanın əsəri Pablo Pikassonun "Gernika" adlı tablosuna da ilham vermişdir. Pikasso bu əsərində nasistlərin İspaniyada həyata keçirdikləri Gernika bombardmanını təsvir etmişdir.[77] 2006-cı ildə Prado və Reyna Sofiya muzeyləri tərəfindən təşkil olunan ortaq sərgidə "Madriddə 3 may 1808", "Gernika""İmperator Maksimilianın edamı" əsərləri eyni salonda sərgilənmişdir.[78] Həmçinin eyni salonda Pikassonun 1951-ci ildə çəkdiyi və Koreya müharibəsindən bəhs edən "Koreyada Qətliam" adlı əsəri də vardı. "Koreyda qətliam" "Gernika"ya nisbətən "Madriddə 3 may 1808"ü daha çox xatırladır. Rəsmdə bu əsərə birbaşa göndərmələr var.[79] Bu əsərdə cinayət işləyənlər ABŞ ordusu və ya da onların BMT-dəki müttəfiqləridir.

 
Pablo Pikasso "Koreyada qətliam" adlı əsərini (1951) ABŞ-nin Koreyaya müdaxilə etməsinə etiraz etmək üçün çəkmişdir.[80] Pikassonun Qoyyanın əsərindən bəhrələndiyi[79] tablosu Qoyyanın işinə görə daha yumoristik və şişirdilmiş idi.[81]

Oldos Haksli 1957-ci ildə Qoyyanın Rubensin sahib olduğu tablonu kompozisiya ilə doldurmaq bacarığına sahib olmadığını yazmışdır. Buna baxmayaraq Haksli "Madriddə 3 may 1808"i uğurlu olduğunu açıqlamışdır. Çünki Qoyya "öz təbii dilində danışmışdı və dahası, söyləmək istədiklərini böyük ölçüdə güc və açıqlıqla ifadə edə bilmişdi."[47]

Kennet Klark tablonun tarixi rəsmlərdən fərqinə və nadir tapılan kəskinliyinə aid bu cümlələri diqqət çəkmişdir:

"  Qoyyanın bu işində emalatxanasını və ya da rəssamın əziyyətini düşünmürük. Sadəcə hadisəni düşünürük. Bu düşüncə bu əsərin keyfiyyətli bir jurnalistika nümunəsi və ya da diqqət toplamağın dərinliyinin ani bir təsirinə qurban getdiyinəmi işarə edir? Utanaraq etiraf edirəm ki, belə düşündüyüm anlar olub. Amma bu əsər və Qoyyanın digər əsərlərinə baxdığımda yanıldığımı açıq bir şəkildə görürəm.[82] " 

Andre Malro isə "Madriddə 3 may 1808""Qoyyanın sənəti haqqında bunları demişdir:

"  Bitməz-tükənməz acılar axın-axın, illərin dərinliyindən bu fiqurlara doğru axar, yeraltı xorun işgəncəsinə yoldaşlıq edər; artıq eşitməyən bu adam ölkəsinin çəkdiyi bu acıların ötəsindən səsini ölümün səzsizliyinə həsr etmək istəmişdir. Müharibə bitmişdir, amma axmaqlıq dəvam edir.[83] " 

İstinadlar redaktə

  1. 1 2 3 4 5 https://www.museodelprado.es/coleccion/obra-de-arte/el-3-de-mayo-en-madrid-o-los-fusilamientos/5e177409-2993-4240-97fb-847a02c6496c.
  2. "Fransisko Qoyya (1746-1828)". Uşaq portalı. 2015-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
  3. Kirlot, səhifə 86-87.
  4. Ferrari, səhifə 86.
  5. Ferrari, səhifə 85.
  6. Liçt, səhifə  116–127.
  7. Klark, səhifə  130.
  8. Madrasonun II İzabelə yazdığı məktub
  9. Əsərin uzun müddət Prado muzeyinin anbarında saxlanıldığı hesab olunur. Əsərin muzey katoloqunda yer aldığı tarix əsərin ən məşhur olduğu dövr idi. Bəzi rəssamlar bu əsərdən ilham alaraq buna bənzər rəsm əsərləri yaratmışdırlar. Baxın: Əsərin təsirləri.
  10. "Prado Muzeyi Ensiklopediyasında "Restauración y nueva reintegración de zonas perdidas en El dos y el tres de mayo de 1808 en Madrid"". 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2008.
  11. Baxın: Əsərin təsirləri
  12. 1 2 Bareau, səhifə 48–50.
  13. 1 2 Konnell, səhifə  145–146.
  14. Konnell, səhifə 146.
  15. Simmons, səhifə 230
  16. Edvard Beyns. History of the Wars of the French Revolution. Philadelphia: McCarty and Davis, 1835. səhifə  65.
  17. Konnell, səhifə  145–148.
  18. 1 2 Liçt, səhifə  109.
  19. Liçt, səhifə 109.
  20. Kovans Jon. "Modern Spain: A Documentary History". University of Pennsylvania Press, may 2003. ISBN 0-8122-1846-9
  21. 1 2 Liçt, səhifə 112.
  22. Murray, Kristofer Con. "The Third of May 1808–1814", Encyclopedia of the Romantic Era, 1760–1850. Taylor and Francis, 2004. səhifə 1133–1134. ISBN 1-57958-422-5
  23. Bareau, səhifə 45.
  24. 1 2 Liçt, səhifə  111.
  25. Qillimardet İspaniyaya Fransa səfiri kimi gəlmiş və İspaniyada rəsmi çəkilən ilk əcnəbi olmuşdur. Daha sonra Qillemardet rəssamın isp. "Caprichos" adlı işlərindən birinin nüsxəsini Fransaya aparmışdır. Bu işlər Ejen Delakrua tərəfindən məmnuniyyətlə qarşılanmış və romantizm cərəyanına ilham vermişdir. Heras, səhifə 73.
  26. Klark, səhifə 129.
  27. Qoyya "Müharibənin fəlakətləri" adlı seriyanın bir rəsminə "Onu gördüm" adını verməsi bununla bağlı idi.
  28. Klark, səhifə 126.
  29. Konnell, səhifə  153–157. Belə bir iddia var ki, Qoyya Puerta-del-Solda bir evdə yaşayırdı. Amma bu məlumat dəqiq deyil və bu iddia, böyük ehtimalla, bunu rəssamın bağbanı İsidorodan eşitdiyini iddia edən Antonio de Trubea tərəfindən yayılmışdır. İsidoro iddia etmişdir ki, rəssam tablonu çəkən zaman onun yanında olmuşdur.
  30. Kirlot, səhifə 90.
  31. Hagen, Rose-Marie and Hagen, Rainer. "What Great Paintings Say". Taschen, 28 fevral 2003. səhifə  363. ISBN 3-8228-2100-4
  32. 1 2 Klark, səhifə 127.
  33. Boym, səhifə 297. Mürat öldürüləcəklər arasında alt təbəqənin insanları ilə onları idarə edən keşişlərin olmasını istəmişdir.
  34. Boym, səhifə  299–300.
  35. Liçt, səhifə  116.
  36. 1 2 3 Liçt, səhifə  117.
  37. Artıq o bölgədə Nubiya məbədi olan Debod məbədi vardı.
  38. 1 2 Vilyams, səhifə 5.
  39. 1 2 3 4 5 Tomlinson, səhifə 139.
  40. 1 2 3 Simmons, səhifə 261.
  41. 1 2 Ferrari, səhifə 88.
  42. Stoiçita, səhifə  37.
  43. Bareau, səhifə 50. Böyük ehtimalla bütün rəsmlər üçün bir ön rəsm vardır. Albomda Qoyyanın son sıralanmasından fərqli nömrələmə sistemi vardır.
  44. Bareau, səhifə 49–50.
  45. Spivey, səhifə 193–195.
  46. 1 2 3 Liçt, səhifə 124.
  47. 1 2 Connell, səhifə 158–159.
  48. 1 2 3 4 5 Liçt, səhifə 121.
  49. Liçt, səhifə 118.
  50. 1 2 3 4 Liçt, səhifə 122.
  51. 1 2 Spivey, səhifə 195.
  52. Liçt, səhifə 121; belə canlandırmanı 1819-cı ildə Qoyya da çəkmişdir Arxivləşdirilib 2008-05-29 at the Wayback Machine.
  53. Şiller səhifə  56.
  54. 1 2 Liçt, səhifə 119.
  55. Ferrari, səhifə 89.
  56. 1 2 Liçt, səhifə 125–127.
  57. Qudiol (1971), səhifə 171.
  58. Tomlinson, səhifə 137–139.
  59. Ford, səhifə 678.
  60. Robert Hyüges "The Unflinching Eye Arxivləşdirilib 2008-03-28 at the Wayback Machine". The Guardian, 04 oktyabr 2003. Ford, səhifə 686
  61. ispanca tam ifadə El levantamiento del dos de mayo-dir. Amma bunlar İspaniya tarixində qısaca El dos de mayo kimi xatırlanır.
  62. 1 2 Simmons, səhifə 235.
  63. 1 2 Simmons, səhifə 265.
  64. Vilyams, səhifə 6.
  65. 1 2 Boym, səhifə  211.
  66. 1 2 Tomlinson, səhifə 143–146.
  67. Konnell, səhifə  158.
  68. Hayes, səhifə 314.
  69. Clark, sayfa 127.
  70. Honour, Hugh. Romanticism. Westview Press, 1979. səhifə  376. ISBN 0-06-430089-7
  71. Ferrari, səhifə 91.
  72. 1 2 3 Danto, Artur K. "Surface Appeal Arxivləşdirilib 2008-12-03 at the Wayback Machine" The Nation, 11 yanvar 2007.
  73. Conson, Li.; "A New Source for Manet's 'Execution of Maximilian'". The Burlington jurnalı, 119-cu say, avqust 1977. səhifə 560–564.
  74. 1 2 "Mane və Maksimilianın edamı Arxivləşdirilib 2008-04-03 at the Wayback Machine". Müasir İncəsənət Muzeyi, Nyu York. 11 aprel 2008.
  75. Brombert, Bet A. Edouard Manet: Rebel in a frock coat. Chicago: University of Chicago Press, 1997. əhifə  216. ISBN 0-226-07544-3
  76. Simmons, səhifə 322
  77. "An Introduction to Guernica Arxivləşdirilib 2013-04-05 at the Wayback Machine". National Gallery of Victoria. 12 aprel 2008.
  78. Ridinq, Alan. "Picasso Comes Home to Spain's Pantheon Arxivləşdirilib 2011-05-11 at the Wayback Machine". The New York Times, 10 iyun 2006.
  79. 1 2 Kin, Kirsten Hovinq. "Picasso's Communist Interlude: The Murals of War and Peace". The Burlington Magazine, say 122, No. 928, Special Issue Devoted to Twentieth Century Art, iyun, 1980. səhifə 464.
  80. Picasso A Retrospective, Müasir İncəsənət Muzeyi, hazırlayan: Uilyam Rubin, MoMA 1980, səhifə 383.
  81. Boeck, Vilhem və Sabartes, Ceym. Pikasso. Nyu York: Harri N. Abrams, 1955. səhifə 302.
  82. Klark, səhifə 123.
  83. Théma Larousse: Tematik Ensiklopediya, Milliyət, 1993-1994. səhifə 283.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024